Məhkəmə qərarları › İş №e-2-2(121)-44/2021

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-44/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-44/2021 09.02.2021 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Misirzadə Namidar Əlöysət oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatına və qeyrilərinə qarşı – kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması, tələbin girov qoyulmuş əmlaka yönəldilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC cavabdehlər “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı – AK130/2012 saylı müqavilə üzrə 541511,02 manat məbləğində əsas borc, 106740,51 manat məbləğində faiz borcu, 64576,77 manat məbləğində cərimə, cəmi 712828,30 manat məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99964,35 manat məbləğində əsas borc, 7280,74 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355021,75 manat məbləğində kredit borcunun, ümumilikdə 1067850,05 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 3 000 000 manat məbləğində, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 84 ay müddətinə, illik 6 faiz ödəmək şərtilə 600 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləs(lər)inin təminatı olaraq, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə malları - 600 baş inək (cins iribuynuzlu heyvanlar); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə malları - 200 baş inək (cins iribuynuzlu heyvanlar) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AK130/2012 saylı müqavilə üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 64576,77 manat məbləğində cərimə, cəmi 1 976 861,80 manat məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99964,35 manat məbləğində əsas borc, 8063,79 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355 804,8 manat məbləğində kredit borcunun, ümumilikdə 2 332 666,6 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, AK130/2012 saylı müqavilə üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 64576,77 manat məbləğində cərimə, cəmi 1 976 861,80 manat məbləğində kredit borcunun, AK369/2012 saylı müqavilə üzrə 99964,35 manat məbləğində əsas borc, 8063,79 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355 804,8 manat məbləğində kredit borcunun, ümumilikdə 2 332 666,6 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ekspertiza xərcinin müqabilində 2000 manat vəsaitin cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından tutularaq iddiaçıya ödənilməsi, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev (Məmməd Araz) küçəsi, 58b saylı 2 mərtəbəli fərdi yaşayış evi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara); AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilməsi, həmin daşınmaz əmlakların və dövriyyə mallarının açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə cavabdehin nümayənədsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, (onlar) məhkəmə iclasına gəlməmiş və gəlməməs(lər)inin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir(lər). Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh(lər)in iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 120 ay müddətinə 3 000 000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK132/2012 saylı, xx.xx.2012ci il tarixli dövriyyədəki malların girovu müqaviləsinə əsasən, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə malları - 600 baş inək (cins iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış AK222/2007 saylı, xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə xx.xx.2012-ci il tarixli razılaşmaya əsasən, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* saylı və xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh4 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış AK177/2009 saylı, xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə və həmin müqaviləyə xx.xx.2012-ci il tarixli razılaşmaya əsasən, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* saylı və xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evi Cavabdeh3 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə illik 6 faiz ödəmək şərti ilə 84 ay müddətinə 600 000 manat məbləğində kredit verilmişdir. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK371/2012 saylı, xx.xx.2012ci il tarixli dövriyyədəki malların girovu müqaviləsinə əsasən, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə malları - 200 baş inək (cins iribuynuzlu heyvanlar) kreditin təminatı olaraq girov ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış AK370/2012 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən, AK369/2012 saylı, xx.xx.2012-ci kredit müqaviləsi üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* saylı və xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili Cavabdeh3 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış M1-H077KK13 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı və xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış(lar)dan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatına borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildiriş-pretenziya göndərmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh(lər)ə “ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə xx.xx.2020-ci il tarixli bildiriş(lər) göndərmişdir. İşdən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli ərizə(lər) ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehin AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 64576,77 manat məbləğində cərimə, cəmi 1 976 861,80 manat məbləğində kredit borcu, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 99964,35 manat məbləğində əsas borc, 8063,79 manat məbləğində faiz borcu, 247776,66 manat məbləğində cərimə, cəmi 355 804,8 manat məbləğində kredit borcu, ümumilikdə 2 332 666,6 manat məbləğində borcu vardır. İşə əlavə olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4449 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə cavabdeh “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatı arasında bağlanmış AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 1 791 511,02 manat, faiz borcu üzrə 179 959,2 manat; AK369/2012 saylı, xx.xx.2012ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 99964,35 manat məbləğində əsas borc, 8125,66 manat məbləğində faiz borcunun olması müəyyən olunur. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğində təşkil edir. İş materiallarından görünür ki, məhkəmənin qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin əmlak(lar)ın dəyərinin müəyyən etmək üçün 266/BOB/20 saylı, 267/BOB/20 saylı, 268/BOB/20 saylı, 269/BOB/20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatları (rəyləri) ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin likvid dəyəri 500 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin likvid dəyəri 170 000 manat məbləğində; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin likvid dəyəri 850 000 manat məbləğində; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin likvid dəyəri 1 020 000 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləs(lər)i əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu və faizləri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Ona görə ki, iş materiallarında olan məhkəmənin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4447 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borcu üzrə 1 791 511,02 manat, faiz borcu üzrə 179 959,2 manat; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 99964,35 manat məbləğində əsas borc, 8125,66 manat məbləğində faiz borcunun olması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hissələrdə qismən təmin edilərək, cavabdehdən AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu; AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində (müqavilə müddətinə) faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işə əlavə edilmiş sənədlərdən aşkar surətdə göründüyü kimi tərəflər arasında bağlanmış AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinə kimi müəyyənləşdirilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə yaranan münasibətlər müddətli münasibətlər olduğundan kreditin qaytarılma müddəti xx.xx.2019-cu il tarixədək müəyyənləşdirilmişdir. Göründüyü kimi, borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam etsə də, müqavilənin qüvvədə olma müddəti xx.xx.2019cu il tarixdə bitmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilənin qüvvədə olma müddəti ərzində yəni, xx.xx.2019-cu il tarixinə kimi faizləri tələb etmək hüququna malik olsa da, müqavilənin qüvvədə olma müddəti bitəndən sonra bu hüququ itirmişdir. Lakin, iddiaçı borclu tərəfindən öhdəliklərin icra edilməməsinə görə zərərin ödənilməsini tələb edə bilər. Odur ki, iddiaçının borcludan müqavilə müddəti bitdikdən sonra hesablanmış faizləri tələb etməsi əsassızdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2019-cu il tarixinə kimi əsas borca hesablanmış 3593,94 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin iddianın cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimənin 64576,77 manat məbləğində deyil, 6400 manat məbləğində, AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cərimənin 247776,66 məbləğində deyil, 24000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 30 manat dövlət rüsumunun 25 manatı cavabdehə, 5 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin girov qoyulmuş dövriyyədəki mallara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən mallara yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 306.1-ci maddəsinə əsasən, dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş mallara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən mallara yönəldilməsi girovla yüklü edilmiş göstərilən malların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlak(lar)a yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmet(lər)inin ilkin satış qiyməti qiymətləndiricinin hesabat(lar)ı əsasında məhkəmə tərəfindən edilməklə, qeyd edilən daşınmaz əmlak(lar) açıq hərracdan satılmalı və həmin əmlak(lar)ın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, xx.xx.2020ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın “daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən daşınmaz əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 2000 manat ödənildiyindən, iddia isə qismən təmin edildiyindən, 2000 manat qiymətləndirmə xərcinin 1500 manatı cavabdehə, 500 manatı isə iddiaçıya aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərcinin 1500 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 350 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 350 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçıdan, 300 manatı isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 1 791 511,02 manat məbləğində əsas borc, 120 774,01 manat məbləğində faiz borcu, 6400 manat məbləğində cərimə, cəmi 1 918 685,03 manat məbləğində kredit borcu “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq İddiaçı ASC-yə ödənilsin. AK130/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tələb Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evi; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə mallarına - 600 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilsin. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58b saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 850 000 manat məbləğində olmaqla; Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi, 58 saylı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 1 020 000 manat məbləğində olmaqla açıq hərracdan satılsın. “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 1 200 000 manat dəyərində dövriyyə malları - 600 baş inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılsın. Həmin daşınmaz əmlakların və dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 1 918 685,03 manat məbləğində kredit borcu İddiaçı ASC-yə ödənilsin. AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 99964,35 manat məbləğində əsas borc, 3593,94 manat məbləğində faiz borcu, 24000 manat məbləğində cərimə, cəmi 127 558,29 manat məbləğində kredit borcu “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq İddiaçı ASC-yə ödənilsin. AK369/2012 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə tələb Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzili; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsi; “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə mallarına - 200 baş inək (cins iribuynuzlu heyvanlara) yönəldilsin. Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 11 saylı evin, 11 saylı mənzilinin ilkin satış qiyməti 170 000 manat məbləğində olmaqla; Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli-5 küçəsində yerləşən 0,18 ha torpaq sahəsinin ilkin satış qiyməti 500 000 manat məbləğində olmaqla açıq hərracdan satılsın. “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatının mülkiyyətində olan 400 000 manat dəyərində dövriyyə malları - 200 baş inək (cins iribuynuzlu heyvanlar) açıq hərracdan satılsın. Həmin daşınmaz əmlakların və dövriyyə mallarının satılmasından əldə edilən vəsaitdən 127 558,29 manat məbləğində kredit borcu İddiaçı ASC-yə ödənilsin. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 1500 manat məbləğində pul vəsaiti və ödənilmiş 25 manat məbləğində dövlət rüsumu “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 350 manat məbləğində pul vəsaitinin 50 manatı İddiaçı ASC-dən, 300 manatı isə “Hacı Camalxan” Kəndli (Fermer) Təsərrüfatından alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar