Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1031/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1031/2026

09.09.2026 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1031/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı iddiaçı1 cavabdeh “Cavabdeh” ASC-yə qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadından cavabdeh “Cavabdeh” ASC (“xxxx” ASC ) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddiaçı1 iddia və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Cavabdeh” ASC-nin üzərinə 2015-2024-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə bağlı hesabat və mühasibat balanslarının; ümumi yığıncaqların protokollarının; idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlərlə bağlı sənədlərin; cəmiyyətin səhmdarlarının reyestrinin; cəmiyyətin ilkin və dəyişiklik edilmiş nizamnamələrinin; səhmdarlara ödənilmiş dividendlərlə bağlı sənədlərin; bağlanmış əqdlərin təsdiq olunmuş surətlərinin verilməsi, cəmiyyətin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılması öhdəliyinin qoyulması, habelə, iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə çəkilmiş 400 manat məbləğində xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh “Cavabdeh” ASC-nin üzərinə 2015-2024-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə bağlı hesabat və mühasibat balanslarının; ümumi yığıncaqların protokollarının; idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlərlə bağlı sənədlərin; cəmiyyətin səhmdarlarının reyestrinin; cəmiyyətin ilkin və dəyişiklik edilmiş nizamnamələrinin; səhmdarlara ödənilmiş dividendlərlə bağlı sənədlərin; bağlanmış əqdlərin təsdiq olunmuş surətlərinin verilməsi, cəmiyyətin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılması öhdəliyi qoyulması qət edilmişdir. Cavabdeh “Cavabdeh” ASC ##.##.2026-cı il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, iş № e-2-2(113)- 8574/2025 üzrə çıxarılmış qiyabi qətnaməsi ləğv edilməsini, iş ümumi qaydada məhkəmə baxışına təyin edilməsin və təqdim edilən sübutlar və etirazlar məhkəmə tərəfindən araşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qqərardadı ilə cavabdehin həmin ərizəsi müddət ötürülərək verildiyi üçün geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh “Cavabdeh” ASC (“xxxx” ASC) şikayət verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- ****/**** saylı qərardadının ləğv edilməsi və işin ümumi qaydada məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə həmin şikayət və ona əlavə olunmuş sənədlər qanunvericilikdə nəzərdə tutulmuş formada verilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2-2(113)- ****/**** saylı qərardadından yenidən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(113)- ****/**** saylı qərardadının ləğv edilməsi və işin ümumi qaydada məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında MPM-in 130.1 və 130.3-cü maddələrinə istinad etmiş və 10 günlük müddətin keçdiyini əsas götürmüşdür. Lakin prosessual müddətin ötürülməsi barədə nəticəyə gəlmək üçün həmin müddətin başlanma tarixi ilk növbədə düzgün müəyyən edilməlidir. Bu işdə isə ## ##### 2026-cı il tarixinin müddətin başlanğıcı kimi qəbul edilməsi mübahisəlidir. Çünki qiyabi qətnamənin özündə, qətnamənin çatdırılması haqqında müşayiət məktubunda və məhkəmə bildirişində cavabdehin adı düzgün göstərilməmişdir. Buna görə də, əvvəlcə aşağıdakı məsələlər müəyyən edilməli idi: məhkəmə bildirişində cavabdehin adı necə göstərilmişdir; bildiriş MPM-in 139-cu maddəsinin digər tələblərinə cavab verirmi; bildiriş məhz “xxxx” ASCyə aid edilmişdirmi; qiyabi qətnamə hansı hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir; qətnamənin özü və müşayiət məktubu düzgün cavabdehin adını ehtiva edirmi; qiyabi qətnamə MPM-in 243-cü maddəsinə uyğun olaraq məhz cavabdehə rəsmi qaydada təqdim edilmiş hesab oluna bilərmi. Bu suallar cavablandırılmadan ## ##### 2026-cı il tarixindən 10 günlük müddətin hesablanması və ## #### 2026-cı il tarixdə verilmiş ərizənin müddətinin ötürülmüş hesab edilməsi əsaslı deyil. Qiyabi qətnamənin ləğvi barədə ərizədə cavabdeh yalnız hüquqi şəxsin adının səhv göstərilməsini deyil, eyni zamanda “xxxx” ASC-nin adına məhkəmə gedişatı barədə heç bir bildiriş və digər sənəd daxil olmadığını və qiyabi qətnamənin həmin hüquqi şəxsə çatdırılmadığını bildirmişdir. Bu dəlillər MPM-in 250-ci maddəsi baxımından birbaşa hüquqi əhəmiyyət daşıyır. Çünki cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi müəyyən edilərsə, qiyabi qətnamənin ləğvi üçün qanunda nəzərdə tutulan hüquqi nəticə yaranır. Məhkəmə isə bu məsələləri mahiyyəti üzrə araşdırmadan ərizəni yalnız prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarmışdır. Halbuki müddətin başlanması özü rəsmi və qanuni təqdimetmənin olubolmamasından asılıdır. Məhkəmə bildirişində və digər mühüm prosessual sənədlərdə cavabdehin adının düzgün göstərilməsi yalnız texniki rekvizit deyil. Bu məlumat hüquqi şəxsin hansı iş üzrə və hansı prosessual statusda məhkəməyə cəlb edildiyini müəyyən etməyə imkan verir. Hazırkı işdə “xxxx” ASC ilə “Cavabdeh” ASC adlandırmalarının məhkəmə sənədlərində ardıcıl şəkildə fərqli göstərilməsi cavabdehin məhkəmə icraatından lazımi qaydada xəbərdar edilməsi məsələsini real və əsaslı mübahisəyə çevirir. Bu səbəbdən məhkəmənin yalnız VÖEN-in eyni olmasına əsaslanaraq cavabdehin lazımi qaydada müəyyən edildiyi və məhkəmə sənədlərinin ona rəsmi qaydada təqdim edildiyi nəticəsinə gəlməsi MPM-in 139- cu maddəsinin tələbləri ilə əsaslandırıla bilməz. Bundan əlavə, məhkəmə bildirişinin məzmununa dair qanuni tələbin pozulması yalnız texniki və əhəmiyyətsiz yanlışlıq kimi qiymətləndirilə bilməz. Çünki bu hal cavabdehin məhkəmə icraatından lazımi qaydada xəbərdar edilib-edilmədiyinin müəyyən olunmasına birbaşa təsir edir. Xüsusilə də eyni uyğunsuzluğun yalnız bildirişdə deyil, həmçinin qiyabi qətnamənin çatdırılması haqqında müşayiət məktubunda və qiyabi qətnamənin özündə təkrarlanması həmin pozuntunun təsadüfi texniki səhv olmadığını və məhkəmə sənədlərinin məzmununun qanunun tələblərinə uyğunluğunun ayrıca qiymətləndirilməsini zəruri etdiyini göstərir. Başqa sözlə, VÖEN hüquqi şəxsin dövlət qeydiyyatı baxımından identifikasiya vasitələrindən biri olsa da, onun mövcudluğu məhkəmə bildirişində cavabdehin adının qanuna uyğun və düzgün göstərilməsi tələbinin yerinə yetirilməsini əvəz etmir. Əks halda, MPM-in 139-cu maddəsində cavabdehin adının bildirişdə göstərilməsi barədə ayrıca tələbin nəzərdə tutulmasının hüquqi əhəmiyyəti faktiki olaraq aradan qalxmış olardı. Hazırkı işdə isə cavabdehin hüquqi adı “xxxx” ASC olduğu halda, məhkəmə bildirişində, qiyabi qətnamənin çatdırılması haqqında müşayiət məktubunda və qiyabi qətnamənin özündə cavabdehin adı “Cavabdeh” ASC kimi göstərilmişdir. Bu halda sonradan VÖEN-in eyni olması faktına istinad etməklə MPM-in 139-cu maddəsinin tələb olunan məzmununa riayət edildiyi nəticəsinə gəlmək mümkün deyildir. Əksinə, MPM-in 139-cu maddəsi məhkəmə bildirişinin məzmununa dair konkret tələblər müəyyən edir və işdə iştirak edən şəxsin, o cümlədən cavabdehin adının bildirişdə göstərilməsini nəzərdə tutur. Deməli, qanunverici hüquqi şəxsin məhkəmə icraatında identifikasiyasını yalnız VÖEN göstəricisi ilə deyil, qanunda nəzərdə tutulmuş məhkəmə sənədinin məzmunu və rekvizitləri əsasında həyata keçirməyi tələb edir. Bu baxımdan, yalnız VÖEN-in eyni olması MPM-in 139-cu maddəsində məhkəmə bildirişinin məzmununa dair müəyyən edilmiş tələblərə əməl olunmasını əvəz etmir. Mülki Prosessual Məcəllənin məhkəmə bildirişlərinə və məhkəmə sənədlərinə dair tələblərindən görünür ki, hüquqi şəxsin məhkəmə bildirişində və ya qətnamədə yalnız VÖEN-i əsasında identifikasiya edilməsini nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Cavabdehin məhkəmə bildirişində, qiyabi qətnamədə və onun çatdırılması barədə müşayiət məktubunda hüquqi şəxsin adının “Cavabdeh” ASC kimi göstərilməsinin MPM-in 139-cu maddəsinin tələblərinə zidd olması barədə dəlili də yuxarıda göstərilən nəticəni dəyişmir. Belə ki, həmin sənədlərdə göstərilən adın başqa hüquqi şəxsə aid olması iş materialları ilə müəyyən edilmir. Əksinə, həmin adın cavabdehin VÖEN-i ilə eyni hüquqi şəxsə aid olduğu və qiyabi qətnamənin həmin hüquqi şəxsin elektron kabinetinə yerləşdirildiyi müəyyən olunur. Buna görə də konkret halda ad fərqinin cavabdehin məhkəmə icraatında identifikasiyasına və qiyabi qətnamənin ona rəsmi qaydada təqdim edilməsinə mane olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Cavabdehin qiyabi qətnamənin ləğvi barədə ərizənin verilməsi müddətinin başlanmadığı və məhkəmənin həmin ərizəni müddət məsələsini araşdırmadan geri qaytarmasının əsassız olduğu barədə dəlilləri qəbul edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi vəkili etiraz ünvanlayaraq qeyd etmişdir ki, hazırki iş üzrə qətnamə icra mərhələsindədir və cavabdeh məsuliyyətdən və icradan yayınmaq üçün sözügedən şikayəti (və digər şikayətləri) verərək işi məqsədyönlü şəkildə uzatmaqla məşğuldur. Cavabdehin özünə aid VÖEN-lə bağlı sənədi sübut qismində təqdim etməsi onun bütün məhkəmə sənədlərindən və bildirişlərindən göstərilən VÖEN üzrə elektron kabinet vasitəsi ilə xəbərdar olduğuna birmənalı olaraq dəlalət edir. Əks təqdirdə, cavabdehin ərizəsi və ona əlavə edilmiş VÖEN-lə bağlı sübut göstərilən iş üzrə elektron kabinetə yüklənə bilməzdi. İş materiallarından da görünür ki, iddia tələbi ********** VÖEN üzrə mövcud hüquqi şəxsə qarşı qaldırılmışdır. Hüquqi şəxsin adında sözlərin yer dəyişikliyi qiyabi qətnamənin ləğvi üçün qətiyyən əsas hesab edilə bilməz. Ona görə ki, cavabdeh yuxarıda göstərilən VÖEN-ə malik hüquqi şəxsdir və məhkəmə icraatınadək bütün məktub, sənəd və müraciətlər, məhkəmə icraatı zamanı isə bütün bildirişlər, ən nəhayəti isə məhkəmə qətnaməsi həmin VÖEN üzrə elektron kabinetə yerləşdirilmişdir. İddia ərizəsində cavabdehin hüquqi ünvanı da eyniyyət təşkil edir. Qeyd etməliyəm ki, cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi Əsgərov İlham Məmmədəli oğludur (cəmiyyətin səhmdarlarının reyestrində 38-ci şəxs) ki, o, hazırki iş üzrə iddiaçının səhmdar hüquqlarını uzun illərdir ki, pozmaqda davam etməklə bərabər məsuliyyətdən yayınır. İş materiallarından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*-*(***)-****/**** saylı qiyabi qətnaməsi ## ##### 2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində “Cavabdeh” ASC adı ilə qeydiyyatda olan elektron kabinetə yerləşdirilmiş, cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi barədə ərizə isə ## #### 2026-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdeh şikayətində qiyabi qətnamənin və digər məhkəmə sənədlərinin “xxxx” ASCnin adına deyil, “Cavabdeh” ASC-nin adına rəsmiləşdirilməsinə, bu səbəbdən qiyabi qətnamənin ona rəsmi qaydada təqdim edilmədiyinə və qiyabi qətnamənin ləğvi barədə ərizənin verilməsi üçün nəzərdə tutulmuş müddətin başlanmadığına istinad etmişdir. Həmin dəlillə bağlı məhəkmə qeyd etmişdir ki, iş materialları ilə “Cavabdeh” ASC və “xxxx” ASC-nin fərqli hüquqi şəxslər olmadığı, eyni VÖEN-ə malik olduqları və həmin VÖENin eyni hüquqi şəxsə aid olduğu müəyyən edilir. Beləliklə, məhkəmə sənədlərində “Cavabdeh” ASC adının göstərilməsi başqa hüquqi şəxsin iş üzrə cavabdeh kimi müəyyən edilməsi və ya məhkəmə sənədinin başqa hüquqi şəxsə aid elektron kabinetə yerləşdirilməsi nəticəsini yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 243.2-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qiyabi qətnamə işdə iştirak edən şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnaməni çıxarmış məhkəməyə həmin qətnamənin ləğvi barədə ərizə verə bilər. Məhkəmə qeyd etmişdir ki, qiyabi qətnamənin ## ##### 2026-cı il tarixdə cavabdeh hüquqi şəxsin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi nəzərə alınmaqla, onun ləğvi barədə ərizənin verilməsi üçün nəzərdə tutulmuş müddətin həmin tarixdən hesablanması əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: “Cavabdeh” ASC (“xxxx” ASC ) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar