Məhkəmə qərarları › İş №e-2-2(3-6)-381/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-381/2026

12.06.2026 · Kommersiya mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-381/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, avtomobilin təmir xərcinin cavabdehə aid edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Əliyeva Leyla Rauf qızının sədrliyi və məruzəsi ilə, X8 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi, avtomobil təmirinin cavabdehə aid edilməsi və pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh ASC arasında iki lizinq müqaviləsi bağlanmışdır. ##.##.2024cü il tarixdə bağlanmış birinci müqaviləyə görə Cavabdeh ASC İddiaçı “WULİNG Avez” markalı, 2024-cü il buraxılışlı avtomobili lizinqə verməyi, iddiaçı isə lizinqin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə lizinq obyektinin qiyməti 32700 manat, mükafat məbləği 14849,7 manat, ilkin ödəniş 3700 manat, sığorta haqqı 931,95 manat, rəsmləşdirmə komissiyası 1308 manatlizinq məbləği 29000 manat, müddəti 48 ay, illik faiz dərəcəsi 22% müəyyən edilmişdir. Həmin müqavilə üzrə lizinqə verilən avtomobildə istehsalat qüsuru olduğundan sonradan tərəflərin şifahi razılığı ilə ləğv edilmişdir.

2. İddiaçı ilə Cavabdeh ASC arasında ikinci, ****************-NV/** saylı lizinq müqaviləsi ##.##.2024-cü il tarixdə bağlanmışdır. Müqaviləyə əsasən Lizinq verən (Cavabdeh ASC) Lizinq alanın (İddiaçı) sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə və qeyd edilən “WULİNG Asta” markalı, 2024-cü il buraxılışlı avtomobilin (bundan sonra - Avtomobil) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq müqaviləsinə əsasən lizinq obyektinin qiyməti 39900 manat, lizinq verənin mükafat məbləği 16952,1 manat, ilkin ödəniş məbləği 3100 manat, sığorta 1137,15 manat, rəsmiləşdirmə komissiyası 1596 manat, lizinq məbləği 36800 manat, lizinq müddəti 48 ay, illik faiz dərəcəsi 20%, aylıq standart ödəniş 1119,84 manat müəyyən edilmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə görə lizinq obyektinin qəbulu və istifadəyə verilməsi, lizinq verənin və lizinq alanın səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış qəbul və istifadəyə verilmə aktına əsasən həyata keçirilir. Lizinq obyekti ilə birlikdə onun istismara verilməsi üçün zəruri olan bütün sənədlərin lizinq alana verilməsini lizinq verən öhdəsinə götürür. 2.2-ci bəndinə görə lizinq alan lizinq obyektinin istismarını istisna edən çatışmazlıqlara görə təhvil-təslim aktını imzalamaqdan imtina etdikdə, lizinq verəni və satıcını bütün çatışmazlıqlar barədə 3 iş günü ərzində yazılı formada xəbərdar etməlidir. Lizinq obyektinin aşkar edilmiş çatışmazlıqları barədə bildirişin verilməməsi lizinq obyektinin bu müqavilənin şərtlərinə uyğun vəziyyətdə verilməsi faktının tanınması üçün əsasdır. Həmin andan lizinq alan lizinq obyektinin keyfiyyəti üzrə pretenziyaların verilməsi hüququnu itirir. 5.1-ci bəndinə görə bu müqavilə üzrə nəzərdə tutulmuş pul öhdəliklərinin yerinə yetirilməsi üzrə lizinq alanın lizinq verənlə hesablaşmaları, lizinq ödənişlərinin cədvəlində müəyyən edilmiş ilkin ödəniş və cari ödəmələr formasında həyata keçirilir. 5.2-ci bəndinə görə lizinq alan lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri cədvəlində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. 8.2-ci bəndinə görə lzinq verən lizinq obyektini lizinq alanın hesabına sığorta etdirəcəkdir. Lizinq Obyekti sığorta bazarında iki ildən çox fəaliyyət göstərən sığorta şirkətində sığorta etdirilməlidir. Sığorta hadisəsi baş verdiyi təqdirdə fayda alan tərəf Lizinq verəndir. 8.3-cü bəndinə görə sığorta müqaviləsi üzrə sığorta ödənişinin məbləği bu Müqavilənin 1.5-ci bəndində göstərilən ümumi məbləğdən (16952,1 manat) az olmamalıdır; 8.6-cı bəndinə görə sığorta şirkəti tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina edildikdə, lizinq obyektinə dəymiş ziyan tam həcmdə lizinq alan tərəfindən ödənilməlidir. 9.1-ci bəndinə görə bu müqavilə lizinq alanın təşəbbüsü ilə aşağıdakı hallarda məhkəmə qaydasında ləğv edilə bilər: Lizinq verən bu müqavilə ilə lizinq obyektinin verilməsi müddətindən 30 təqvim günü keçdikdən sonra lizinq obyektini lizinq alana vermədikdə; 9.1.2. Lizinq alana verilmiş lizinq obyekti lizinq müqaviləsi bağlanarkən lizinq alan tərəfindən şərtləndirilməmiş, ona əvvəlcədən molum olmamış və lizinq obyektini keyfiyyət və komplektlilik üzrə qəbul edərkən onun tərəfindən aşkar olunmamalı istifadəsinə mane olan çatışmazlıqlara malik olduqda; 9.1.3. Lizinq alanın cavabdehlik daşımadığı hallarda Lizinq obyekti istifadə üçün yararsız hala düşdükdə. 9.2. Lizinq alan aşağıdakı hallarda bu müqavilənin icrasından birtərəfli qaydada imtina edə bilər: 9.2.1. Lizinq verən lizinq alanı lizinq obyektinin bu müqavilə ilə şərtləşdirilmiş müddətlərdə gətirilməsinin mümkün olmadığını bildirdikdə, digər uzadılmış müddət isə lizinq alanı qane etmədikdə.

3. Ödəniş cədvəlinə əsasən lizinq alan tərəfindən 48 ay müddətində hər ay 1119,84 manat olmaqla cəmi 53752,19 manat məbləğində lizinq ödənişləri edilməli idi.

4. “Otodok” servis xidməti tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş qüsur aktına görə Avtomobilə 11165 manat məbləğində maddi ziyan dəymişdir.

5. Cavabdeh ASC ilə “xxxx” ASC arasında ##.##.2025-ci il tarixdə, MV-C(L) *****-** saylı kasko sığortası növü üzrə sığorta müqaviləsi bağlanmışdır. Avtomobil “xxxx” ASC-də kasko sığorta növü üzrə sığortalanmışdır.

6. ##.##.2025-ci il tarixli məktubla “xxxx” ASC sığorta hadisəsi ilə bağlı ödəniş verməkdən imtina etmişdir. “xxxx” ASC imtina məktubunda Avtomobilə dəyən zərərin 9140 manat, iddiaçının özünün bildirdiyinə görə 11165 manat, şərtsiz azadolma məbləğinin 500 manat, taksi fəaliyyəti ilə məşğul olduğu üçün və icarə məqsədləri ilə məşğul olunduğu halda 11970 manat əlavə azad olma məbləği ilə birlikdə, cəmi azadolma məbləğinin 12470 manat olmasına əsaslanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ####### 2024-cü il tarixli **************** saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, “WULING ASTA” markalı avtomobilin təmirinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş lizinq haqlarından kənar 12343 manat vəsaitin, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat məbləğin və 128 manat dövlət rüsumunun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ## ####### 2024-cü il tarixli **************** saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, “WULING ASTA” markalı avtomobilin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətində saxlanılmaqla, təmiri ilə bağlı avtomobilin uzun müddət iddiaçıdan asılı olmayaraq cavabdehin nəzarətində olunduğundan hesablanmış lizinq haqlarının əsassız hesab edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş lizinq haqlarından kənar 12343 manat vəsaitin, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat məbləğin və 128 manat dövlət rüsumunun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı taksi fəaliyyəti göstərmək üçün lizinq yolu ilə təzə və ekonom avtomobil almaq istədiyi üçün Cavabdeh ASC-yə yaxınlaşmış və orada “WULING” markalı avtomobillərin lizinq yolu ilə satışının aparıldığı, avtomobillərin əksəriyyətinin taksi fəaliyyəti göstərmək üçün alındığı, həmin avtomobillərin 0 kilometr, ekonom maşınlar olduğu bildirilmiş, özlərinin servis xidmətləri olduğunu, orada ödənişsiz xidmət göstərildiyini, avtomobillərin risklərdən özləri tərəfindən əməkdaşlıq etdikləri sığorta şirkəti ilə sığortalandığını, sığorta hadisəsi ilə bağlı ödənişlərin problem yaradılmadan ödənildiyini və 10 faizilkin ödəniş edib, sərfəli lizinq şərtləri ilə avtomobilalıb, rahat sürüb pul qazanmağın mümkün olduğu barədə iddiaçıya məlumatlar verilmişdir. İddiaçı həqiqətən də avtomobillərin yeni olduğunu, avtomobillərin texniki problemləri servis tərəfindən ödənişsiz təmir olunması, qəza olduğu zaman sığortanın təmir edəcəyini düşünərək, lizinq yolu ilə avtombilin alınmasına razılıq vermişdir. ## ######## 2024-cü il tarixdə iddiaçı ilə cavabdeh Cavabdeh ASC arasında daxili lizinq müqaviləsi bağlanmış, 10 faiz ilkin ödənişdən əlavə, “digər xərclər” adı ilə ümumilikdə 5940 manat ödəniş tələb olunmuş, iddiaçı ödədikdən sonra “WULING ALVEZ” markalı avtomobillər iddiaçıya lizinq yolu ilə verilmişdir. Həmin avtomobilin iddiaçı tərəfindən istehsal qüsurlu olduğu müəyyən olmuşdur, bu barədə cavabdehə məlumat vermişdir. Cavabdeh öz serivislərində yoxlayaraq əvvəlcə qüsurlu olduğunu qəbul edilməmiş, bir neçə gün yoxlanışdan sonra məsələyə servis rəhbərliyi və cavabdehin məsul şəxsləri qoşulduqdan sonra avtomobilin həqiqətən də istehsal qüsurlu olduğunu bildirilmişdir. İddiaçıya başqa maşın təklif olunmuşdur, iddiaçı isə ödədiyi pulu qaytarmalarını müqaviləyə xitam vermələrini xahiş etmişdir. Cavabdeh isə bu halda 2000 manat tutulacağı bildirilmiş, uzun mübahisədən sonra cavabdeh daha yaxşı avtomobil verəcəyini, narazılıq olmayacağını bidirmişdir. Bir aya yaxın iddiaçını razı salmağa çalışdıqdan sonra, iddiaçı yenidən cavabdehə inanmış və başqa avtomobil götürməyə razı olmuşdur. ##.##.2024-ci il tarixdə hazırki mübahisələndirilən daxili lizinq müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh iddiaçıdan mübahisəli daxili lizinq müqaviləsinə əsasən 3100 manat ilkin ödəniş, 2734 manat digər xərclər, 569 manat hüquq ötürülməsi, ümumilikdə 6403 manat ödəniş tələb olunduğunu bildirmişdir. İddiaçı cavabdehlə arasında ## ####### 2024-cü il tarixli **************** saylı daxili lizinq müqaviləsi bağlanaraq, iddiaçı cavabdehdən illik 20 faiz hesablanması qaydasında ## ###### 2024-cü il tarixdən başlayaraq 48 ay müddətində hər ay 1119,84 manat ödənilməsi şərt ilə 1 ədəd “WULING ASTA” markalı avtomobil lizinq yolu ilə istifadəsinə götürmüşdür. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə avtomobili ##.##.2025-ci il tarixinə kimi idarə etməsi üçün X3 etibarnamə verilmişdir. Lizinq obyekti taksi fəaliyyəti göstərməsi nəzərə alınaraq, cavabdeh özünün təklif etdiyi müqavilənin standart şərtinə uyğun olaraq, avtomobili risklərdən sığortalanmasını öz üzərinə götürərək iddiaçıdan lizinq obyektinin sığortalanması üçün aldığı 1137,15 manat vəsait hesabına sığorta müqaviləsi bağlayaraq, lizinq obyektini sığortalamışdır. Həmin sığorta müqaviləsi cavabdeh ilə “Qala” sığorta arasında bağlanmış, lakin müqavilə şərti ilə iddiaçı və etibarnamə ilə idarə edən şəxs tanış edilməmişdir. İddiaçı tərəfindən dekabr və yanvar ayları üzrə lizinq haqqları ödənilmişdir. Lakin ## ###### 2025-ci ildə etibarnamə ilə avtomobili idarə edən X3 avtomobillə qəza etmiş və dərhal sığortalı cavabdehə məlumat vermişdir, hadisə yerinə sığortaçı xxxx gəlmiş və avtomobilə baxış keçirimişdir, sonra isə cavabdeh avtomobili cavabdehə aid olan “Otodok” avto servisə təhvil verilməsini bildirmişdir. Avtomobil qeyd olunan servisə təhvil verilmiş və orada avtomobilə 11165 manat zərər dəyməsi müəyyən edilmişdir. Bundan sonra cavabdeh “xxxx” şirkəti ilə aralarında bağlanmış sığorta müqaviləsinin şərtinə əsasən avtomobilin etibarnamə əsasında başqa şəxsin idarə etdiyi və taksi fəaliyyəti məşğul olduğu halda azad olma məbləğinin 12470 manat təşkil etdiyini bildirərək, sığortaçının avtomobilin təmiri üçün ayrılacaq məbləğdən imtina etdiyini bildirmişdir. Sığortaçının imtina etməsində cavabdeh təqsirkar olduğundan, sığorta müqaviləsini cavabdeh bağlayaraq məsuliyyəti öz üzərinə götürdüyündən, avtomobilin təmir olunması ilə bağlı sığortaçı ilə danışacaqlarını, bir həftə 10 günə məsələ həll olunacağını, rəhbəlik səviyəsində məsələ danışılıb deyərək məsələni həlledəcəklərinə cavabdeh tərəfindən iddiaçıya vədlər verilmişdir (Həmin danışıqlar iddiaçı və cavabdehin arasında olan Whatsappda yazı və səs mesajlarında özəksini taparaq, telefonda saxlanılmışdır). Bundan sonra, cavabdeh tərəfindən avtomobilin düzəltdirilməsi əvəzinə iddiaçıya lizinq haqlarını ödəməsi, ödəmədiyi üçün cərimə hesablandığı barədə bildiriş göndərilmişdir. İddiaçı cavabdehin məsələni həll etməsini ona inanaraq aylarla gözlədiyinin yalan olduğunu görmüş və avtomobilin təmirinin cavabdehə aid edilməsi, ödənilmiş əlavə məbləğləri geri qaytarılması və müqavilənin ləğv edilməsin düzgün olacağını düşünmüşdür. Belə olduğu halda iddiaçı tərəfindən bildirişə yazılı cavab verilmişdir və elektron qaydada pretenziya göndərilərək, avtomobilin təmirini cavabdehin öz üzərlərinə götürməsini, 2 ay ödənilmiş lizinq haqlarından başqa ödədiyi ilkin ödəniş, digər xərclər üçün aldıqları məbləğləri geri qaytararaq daxili lizinq müqaviləsinə xitam vermələrini tələb etmişdir. İşin hallarından göründüyü kimi, avtomobilin risklərdən sığoralanmasını cavabdeh öz üzərinə götürərək, özünün seçdiyi sığorta şirkətində özü tərəfindən sığortalanmasını təklif etmiş, sığorta müqaviləsinin şərtləri barədə iddiaçını və lizinq obyektini idarə edən (risk daşıyan şəxsi) məlumatlandırmamış, lizinq obyektinin özünə aid servisə təhvil verilməsini tələb etmiş və sığorta haqqının imtina olunmasında birbaşa təqsirli olmuşdur. Hesab edirlər ki, cavabdehin səhlənkarlıq edərək, sığorta şərtlərinə aid lazımi məlumatları iddiaçıya və risk daşıyan şəxsə vermədiyindən iddiaçı lizinq obyektini sığorta hesabına düzəltdirərək taksi fəaliyyətini davam etdirməsindən və lizinq haqlarını ödəməsindən məhrum olmuşdur. Lizinq obyekti cavabdehə aid olan “Otodok” avtoservisə təhvil verilmiş və avtomobil cavabdehin nəzarətindədir. Onların razılığı olmadan lizinq obyektinə iddiaçının yaxınlaşmağı, lizinq obyektindən hər hansı bir istifadə etməsi və oradan götürməsi mümkün deyildir. Belə olan halda iddiaçıdan əsassız olaraq lizinq haqqları tələb olunur və cavabdehin müraciəti əsasında iddiaçının adı Mərkəzləşdirilmiş Kredit Reyestrdində krediti gecikdirilənlər siyasında qeydə alınmışdır. Cavabdehdən lizinq yolu ilə alınan avtomobillərin əksəriyyəti taksi fəaliyyəti üçün alındığından, eyni zamanda iddiaçı da avtomobili taksi fəaliyyəti üçün lizinq yolu ilə aldığından avtomobilin sığortalanmasında cavabdehin seçdiyi və cavabdehin özü tərəfindən sığortalanması cavabdehin bu işdə təcrübəli olması və iddiaçı tərəfidən avtomobilin lizinq obyektinin istifadəsinə uyğun sığortalandığı başa düşülmüşdür. İddiaçı taksi fəaliyyəti göstərdiyinə görə azadolma məbləğinin 12000 manat olmasını və buna görə sığorta ödənişindən imtina olmasını düşünülə bilməzdi. İddiaçının bu haldan əvvəldən məlumatı olsaydı, taksi fəaliyyəti göstərdiyini nəzərə alaraq sığorta ödənişi ödəyən sığorta şirkəti ilə özü tərəfindən müqavilə bağlayardı və sığorta şərtlərinə görə məsuliyyəti özü daşıyardı. Cavabdehdən alınan maşınların əksəriyyəti taksi fəaliyyəti üçün alındığından taksi fəaliyyəti göstərilməsi barədə lisenziya alınması tarixi və sahibklar taksi fəaliyyəti ilə məşğul olub gəlir əldə etməsi halı nəzərə alınaraq, ödənişlərin başlanması tarixi müqavilənin bağlanması tarixindən 2 həftəyə qədər uzadılması nəzərə tutulur. Ona görə də, iddiaçı ilə cavabdeh arasında daxili lizinq müqaviləsi ## ####### 2024-cü il tarixdə bağlansa da, ödənişlər növbətiayın, yəni ## ###### 2024-cü il tarixdən deyil, ##.##.2024cü il tarixdən aparılması nəzərdə tutulmuşdur. Tksi fəaliyyəti göstərmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ## ###### 2024-ci il tarixdə verilmiş lisenziyaya uyğun olaraq, “Lizinq ödənişləri və hesablaşma” qaydası olan Əlavə № *-də aylıq ödənişlər ## ###### 2024-cü il tarixdən başlanması razılaşdırılmışdır. Ayın 7-si qeyri-iş günlərinə düşməsi hallarında ayın 6-sı ödənilməsi qeyd edilmişdir.

10. Cavabdeh iddia ərizəsinə yazılı etirazında bildirmişdir ki, müqavilədə taksi fəaliyyəti üzrə sığorta şərti yoxdur. ##.##.2024-cü il tarixli, N****************-NV/** saylı daxili lizinq müqaviləsində avtomobilin taksi fəaliyyəti üçün istifadə olunması barədə heç bir xüsusi sığorta şərti nəzərdə tutulmamışdır. Müqavilə yalnız ümumi risklərdən - KASKO və üçüncü şəxslərə ziyan vurma hallarından sığortalanmanı əhatə edir. Beləliklə, iddiaçının “taksi fəaliyyəti üzrə dəymiş zərərlər sığorta ilə ödənilməli idi” arqumenti müqavilə şərtlərinə ziddir, çünki biz müqavilə ilə daşıma fəaliyyətini sığortalamalıyıq deyə öhdəlik götürməmişik. İddiaçı bildirir ki, “cavabdeh Cavabdeh ASC-nin lizinq obyektinin taksi fəaliyyəti ilə məşğul olmasını bildiyi halda, taksi fəaliyyəti ilə göstərilməsinə görə sığorta haqqından imtina olunması şərti ilə sığorta müqaviləsi bağlanması və bu barədə iddiaçı lizinq alan X2 və etibarnamə ilə idarə edən X3 məlumat verməmişdir... Cavabdeh ASC tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinə kimi lizinq obyektini idarə etməsi üçün X3 etibarnamə verilmişdir ”. Müqavilə ilə iddiaçının taksi fəaliyyəti ilə məşğul olması və bu fəaliyyətin də franşiza olmadan sığortalanması şərti və öhdəliyi müəyyən edilməmişdir. Qaldı ki, etibarnamənin taksi sürücüsü kimi fəaliyyət göstərən X3 cavabdeh tərəfindən verilməsi bu da müqaviləyə uğundur. Hər bir lizinq alan xahiş etməklə avtomobilə dair digər şəxslərə də etibarnamə verilə bilər. Cavabdeh vasitəçi rolundadır. Müqaviləyə əsasən, lizinq verən yalnız lizinq alanın ödədiyi vəsait hesabına sığorta bağlayır, lakin fayda alan tərəf özü olur. Sığortanın hansı şərtlərlə verilməsi, hansı hallarda imtina olunması isə birbaşa sığorta şirkətinin səlahiyyətinə aiddir. Qanunvericiliyə görə (MM 913), sığorta şərtləri barədə məlumat vermək öhdəliyi sığortaçının üzərindədir. Taksi fəaliyyəti üzrə təminat verilməyib. İddiaçı avtomobili taksi məqsədilə istifadə etsə də, müqavilədə belə risklərin qarşılanacağına dair heç bir təminat yoxdur. Əksinə, Cavabdeh ilə “xxxx” arasında bağlanmış MV-C(L)*****-** saylı sığorta müqaviləsində göstərilir ki, əgər avtomobil ödənişli sərnişin daşımada (taksi), rent-a-car və ya digər icarə məqsədilə istifadə olunarsa, sığortaçı tərəfindən 11.970 manat azadolma (franşiza) tətbiq ediləcəkdir. Bu, iddiaçının gözləntilərinin əsassız olduğunu bir daha sübut edir. Bazar praktikası - franşiza tətbiqi Azərbaycan sığorta bazarında ümumi praktika belədir ki, avtomobillər taksi fəaliyyəti üçün istifadə olunursa, ya sığortalanmır, ya da yüksək franşiza ilə təmin olunur. Bu reallığı lizinq alan da bilməli idi. Əgər o, sırf taksi fəaliyyəti üçün təminat istəyirdisə, müqavilə bağlanarkən ayrıca tələb irəli sürməli idi. Qüsur aktının hüquqi qüvvəsi yoxdur İddiaçı tərəfindən təqdim edilən qüsur aktında imza və möhür yoxdur. Buna görə həmin sənəd rəsmi sübut sayılmır və göstərilən zərərin dəqiq məbləğini təsdiq etmir. Müqavilənin 8.6-cı bəndi cavabdehin xeyrinədir. Müqavilənin 8.6-cı bəndində açıq şəkildə yazılıb: “Sığorta şirkəti tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina edildikdə, Lizinq Obyektinə dəymiş ziyan tam həcmdə Lizinq Alan tərəfindən ödənilməlidir. ’’ Bu müddəa tərəflərin razılığı ilə qəbul edilib və hüquqi qüvvəyə malikdir. Deməli: Əgər sığorta ödənişi edilmirsə, məsuliyyət birbaşa lizinq alanın üzərinə düşür; Cavabdeh (xxxx) bu halda heç bir cavabdehlik daşımır; Əksinə, cavabdehin iddiaçıdan dəymiş zərərin əvəzini tələb etmək hüququ yaranır. Beləliklə, iddiaçının “zərərin cavabdeh tərəfindən ödənilməsi” barədə tələbi əsassızdır. Digər tələblərin qanunsuz və əsassız olması.İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş lizinq haqqlarından kənar 12343 (on iki min üç yüz qırx üç) manat vəsaitin geri qaytarılmasını tələb edir. İddiaçı həmçinin bu məbləğin tərkibində ilkin ödənişi də tələb edir və bildirir ki, “lizinq obyekti cavabdehə qaytarılmış, lakin ilkin ödəniş kimi əvvəlcədən alınmış avans iddiaçıya qaytarılmamışdır”. Müqaviləyə əsasən lizinq obyekti geri qaytarıldıqda hər hansı məbləğ, o cümlədən ilkin ödəniş geri qaytarılmır. İddiaçı 1308 manat komissiya haqqı. 931 manat sığorta haqqı, 3700 manat ilkin ödəniş ödəmişdir, təbii ki, aylıq lizinq ödənişlərini vermişdir. Bu məbləğlər isə müqaviləyə görə geri qaytarılmır.

11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ASC-dən 1707,5 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 18 manat hissəsinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddia ərizəsinin məzmununa uyğun olaraq iddia tələbini iki hissəyə ayrımaq olar: birinci tələb ikinci, yəni ##.##.2024-cü il tarixli lizinq müqaviləsinin birbaşa özünə yönələn; ikinci tələb hər iki lizinq müqaviləsinin bağlanması və icrası nəticəsindən yaranan tələb. İddiaçının birinci tələbinə ##.##.2024-cü il tarixli lizinq müqaviləsinin ləğv edilməsi daxildir. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə bağlı qeyd edib ki, Mülki Məcəllənin 421-ci maddəsində müqavilənin ləğvi üçün iki şərt müəyyən edilmişdir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşması, ikici şərt isə müqavilənin birtərəfli qaydada pozulması ilə bağlıdır. Hazırki mübahisə üzrə birinci şərt, yəni müqavilənin ləğvi barədə tərəflər arasında əvvəlcədən hər hansı bir razılaşma mövcud deyil. İkinci şərt müqavilənin birtərəfli qaydada pozulmasını nəzərdə tutur. Bu zaman müqavilənin digər tərəfi onun əhəmiyyətli dərəcədə pozulması sübuta yetirilməlidir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun. İkinci şərtin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında ikinci lizinq müqaviləsi ##.##.2024- cü il tarixdə bağlanmış, lizinq predmeti iddiaçının istifadəsinə və sahibliyinə verilmi və tərəflər arasında mübahisə yarananadək lizinq ödənişləri də edilmişdir. ##.##.2025-ci il tarikdə ikinci müqavilə üzrə lizinq predmeti olan avtomobili X3 etibarnamə ilə idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil zədələnmiş, lakin avtomobil taksi fəaliyyətində istifadə edildiyi əsas gətirilərək sığortaçı “xxxx” ASC tərəfindən (sığorta müqaviləsi cavabdehlə “xxxx” ASC arasında bağlanmışdır) sığorta ödənişinin verilməsindən, avtomobilə dəymiş zərər azad olma məbləğindən az olduğu üçün imtina edilmişdir (avtomobilə dəymiş zərər 11165 manat olduğu halda, sığorta müqaviləsinin şərtinə görə taksi fəaliyyətində istifadə edildiyi üçün azadolma məbləği 12470 manat müəyyən edilmişdir). Bundan sonra, iddiaçı cavabdehlə aralarında bağlanmış ##.##.2024-cü il tarixli lizinq müqaviləsi üzrə münasibətlərinin davam etdirilməsindən imtina etmişdir. İddiaçı bunu onunla izah edir ki, lizinq şirkətini cavabdeh seçmiş, sığorta haqqı iddiaçı tərəfindən ödənilsə də, sığorta müqaviləsini “xxxx” ASC ilə cavabdeh bağlamış, onun sığorta müqaviləsinin şərtlərindən (avtomobilin taksi fəaliyyətində istifadə edilməsi halında azad olma məbləğinin daha çox müəyyən edilməsi və s.) məlumatı olmamış, bu səbəblərdən avtomobil uzun müddət təmir olunmadığından, bu vəziyətin yaranmasında isə cavabehin təqsiri olduğundan onun lizinq müqaviləsinə marağı itmişdir. Məhkəmə hesab edib ki, iddiaçının irəli sürdüyü dəlillər ##.##.2024-cü il tarixli lizinq müqaviləsinin əhəmiyyətli dərəcədə pozulmasını şərtləndirən əsaslar kimi qəbul edilə bilər. Belə ki, iddiaçı həmin lizinq müqaviləsini bağlayarkən lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə avtomobildən istifadə edərək ondan faydalanmağa, habelə lizinq ödəbişlərini etdikdən sonra avtomobili əldə edərək onu mülkiyyətinə keçirməyi arzu etmiş, lakin avromobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi, zərərin cavabdehin seçdiyi sığorta şirkəti tərəfindən qarşılanmaması, nətcədə isə avtomobilin uzun müddət təmirsiz və yararsız vəziyyətdə qalması iddiaçını müqavilə bağlayarkən arzuladığı nəticələrdən məhrum etmiş, bu hal onu müqavilə münasibətlərini davam etdirmək istəyindən imtina etməsinə səbəb olmuşdur. Eyni zamanda, cavabdeh tərəf də lizinq müqaviləsinin ləğvinə etiraz etmədiyini bildirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edib ki, iddia ##.##.2024-cü il tarixli, ************** saylı lizinq müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir. Tələbin ikinci hissəsinə gəldikdə, iddia ərizəsindən də görünüb ki, iddiaçı həm birinci, həm də ikinci lizinq müqavilələri üzrə müəyyən ödənişlərin ona geri qaytarılmasını tələb edir. ##.##.2024-cü il tarixdə bağlanmış birinci lizinq müqaviləsindən görünür ki, tərəflər həmin müqavilə lizinq obyektinin qiymətini 32700 manat, mükafat məbləğini 14849,7 manat, ilkin ödənişi 3700 manat, sığorta haqqını 931,95 manat, rəsmləşdirmə komissiyasını 1308 manat və lizinq məbləğinin 29000 manat məbləğində müəyyən edilməsini razılaşdırılmışlar. Həmçinin, ikinci (##.##.2024-cü il) lizinq müqaviləsində də görünür ki, həmin müqavilə üzrə tərəflər obyektinin qiymətini 39900 manat, lizinq verənin mükafat məbləğini 16952,1 manat, ilkin ödəniş məbləğini 3100 manat, sığorta haqqını 1137,15 manat, rəsmiləşdirmə komissiyasını 1596 manat, lizinq məbləğini isə 36800 manat məbləğində razılaşmış, hər iki müqavilə qeyd edilən şərtlərlə imzalanmışdır. Məhkəmə qeyd edib ki, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericilin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). İradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar. İddiaçı da hər iki müqaviləni imzalamaqla onun şərtlərini qəbul etdiyini nümayiş etdirmişdir. Lakin məhkəmə onu da qeyd edib ki, qanun müqavilə azadlığı prinsipini onun şərtlərinin qanuna, habelə formalaşmış işgüzar adətlərə uyğun olmasını da tələb edir. Bu halda, müqavilə şərtini irəli sürən tərəf onun qanunauyğun olmamasındasn irəli gələn nəticələrin məsuliyyətini daşıyır. Cavabdeh hər iki müqavilədə yuxarıda qeyd edilən şərtlər əsasında iddiaçının tərəfindən ödənilmiş pul vəsaitlərinin təyinatı barədə məhkəməyə verdiyi arayışdan görünür ki, iddiaçı tərəfindən ödənilmiş 569 manat məbləğində pulun onun lizinq ödənişlərinə ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli lizinq müqaviləsindən görünür ki, avtomobilin sığorta haqqı qismində iddiaçı tərəfindən 1137,15 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edib ki, təfrəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli lizinq müqaviləsi ləğv edildiyindən, iddiaçının həmin müqavilə üzrə lizinq obyekitini istifadə və əldə etməyə artıq marağının olmadığından, habelə sığorta hadisəsi baş versə də, dəymiş zərərə görə sığorta ödənişi avtomobilin taksi fəaliyyətinə cəlb edilməsi səbəbi ilə sığorta şirkəti tərəfindən ödənilmədiyindən və sığorta müqaviləsi iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən bağlanıldığından, nəticədə isə iddiaçı sığorta müqaviləsindən qeyd edilən səbəblərdən yararlanmaq imkanından məhrum olduğundan ödənilmiş sığorta haqqı iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın lizinq oyekti olan “WULİNG ASTA” markalı avtomobilin təmirinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edib ki, məhkəmə baxışı zamanı həmin avtomobilin cavabdeh tərəfindən artıq təmir edilməsini, bununla da iddianın həmin hissəsi ilə bağlı mübahisənin aradan qalxdığını, eləcə də, həmin avtomobillə bağlı ##.##.2024-cü il tarixli lizinq müqaviləsinin ləğv edilməsi barədə iddianın təmin olundğunu nəzərə alaraq məhkəmə hesab edib ki, iddia həmin hissədə rədd edilməlidir

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 421.1, 421.2, 385.1, 386.1, 448.1, 442, 747.1-ci maddələrinə istinad etmişdir.

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə hissəsinin ləğv edilməsini və cavabdeh CavabdehASC-dən birinci lizinq müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 5940 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin lizinq müqaviləsinin ləğvi, 1707,50 manat məbləğin geri qaytarılması və rüsum hissələrində ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri:

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müqavilənin ləğvi üçün “əhəmiyyətli pozuntu” hallarının mövcud olduğu qənaətinə gəlsə də, pozuntu şəxsən cavabdehin hərəkət və ya hərəkətsizliyindən irəli gəlmədiyi üçün bu nəticə yanlışdır. Avtomobilin qəzaya uğraması iddiaçının lizinq obyektindən taksi fəaliyyətində istifadə etməsi nəticəsində baş vermişdir. İstismar təlimatlarına görə həmin istifadə risklidir və tərəflər arasında bağlanmış 8.6-cı maddədə, sığorta şirkəti ödənişi rədd etdikdə, avtomobilin zədələnməsi riskinin lizinq alana məxsus olduğu konkret şəkildə göstərilmişdir. (Mülki Məcəllənin 448.1, 747.1) Müqavilənin 8.6-cı bəndi bu norma əsasında təsdiqləyir ki, sığortaçının ödənişi rədd etməsi halında risk lizinq alanın üzərinə keçir. Cavabdeh bu öhdəliyi icra etmiş, iddiaçı isə avtomobili qəbul edib istismar etmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli pozuntusu olmadığından, müqavilənin ləğv edilməsi Mülki Məcəllənin 421-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi avtomobil sığortasının şərtləri barədə iddiaçının məlumatlandırılmadığını əsas gətirmişdir. Lakin Mülki Məcəllənin 913-cü maddəsi sığortaçıya müqavilə bağlanarkən sığorta şərtləri haqqında məlumat vermək öhdəliyi qoyur. Lizinq verənin belə bir öhdəliyi yoxdur və tərəflərin bağladıqları lizinq müqaviləsinin 8.6-cı bəndi bu məsuliyyəti lizinq alana yönəldir. İddiaçı 2024-cü il ## ####### tarixli “Wuling Asta” avtomobili üzrə lizinq müqaviləsini imzalayaraq sığorta müqaviləsi daxil olmaqla bütün sənədlərlə tanış olduğunu təsdiq etmiş, ilkin ödəniş etmiş və avtomobili təhvil almışdır. Sığorta şirkəti isə avtomaşın taksi fəaliyyəti üçün istifadə edildiyinə görə yüksək franşiza təyin etmişdir; franşizanın 11.970 manat olması sığorta şirkətinin şərtidir və bu barədə iddiaçıya məlumat verilmişdir. (Mülki Məcəllənin 385.1, 386.1, 442) Cavabdeh öz öhdəliklərini tam və düzgün icra etmiş, lizinq alan isə müqavilə üzrə öhdəliklərin (aylıq ödəniş, obyektin sığorta şərtlərinə əməl etmək və s.) bir qismini pozmuşdur. İddiaçı bu əsasları sübuta yetirməmiş, məhkəmə isə Mülki Məcəllənin 421-ci və 448-ci maddələrini səhv tətbiq etmişdir. Birinci instansiya məhkəməsi isə sığorta şərtlərinin tərəflər arasında razılaşdırılmaması və cavabdehin məlumat vermədiyi iddiasını sübut etmədən qəbul etmişdir. İddiaçı lizinq müqaviləsinin ləğvini əsaslandırmaq üçün cavabdehin əhəmiyyətli pozuntuya yol verdiyini sübut edən heç bir sənəd təqdim etməmişdir; bu halda məhkəmənin müqaviləni ləğv etməsi prosessual hüquq normasının pozulmasıdır. Qətnamədə göstərilmişdir ki, tərəflər ##.##.2024-cü il tarixli ilk müqaviləni istehsal qüsuru səbəbi ilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv etmiş, ##.##.2024-cü il tarixdə yeni “Wuling Asta” markalı avtomobil üzrə lizinq müqaviləsi bağlamışlar. İddiaçı həmin müqaviləni imzalayarkən bütün şərtlərlə (o cümlədən sığorta və franşiza ilə) razılaşmış və avtomobili təhvil almışdır. qətnamədə qeyd edildiyi kimi, avtomobil taksi fəaliyyəti zamanı qəzaya uğramış, sığorta şirkəti isə franşiza səbəbi ilə ödənişi rədd etmişdir. 8.6-cı bəndə əsasən, franşiza və ya sığorta ödənişinin rədd edilməsi hallarında risk lizinq alana aiddir; buna görə təmir xərclərinin cavabdehə aid edilməsi əsassızdır. İddiaçının avtomobilin istifadəyə yararsız olması barədə arqumentləri təkzib olunur. "İmotors" MMC-nin ##.##.2025-cü il tarixli arayışı və *********** saylı təmir kartı təsdiq edir ki, avtomobil artıq tam təmir edilmiş və saz vəziyyətə gətirilmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında iki dəfə daxili lizinq müqaviləsi bağlanmışdır. Hər iki müqavilə üzrə iddiaçı tərəfindən ilkin ödəniş, sığorta haqqı, komissiya haqqı ödənilmişdir. Birinci müqavilə üzrə aldığı avtomobil qüsurlu olduğu üçün geri götürülmüş və həmin müqavilə ləğv edilmişdir. Onun əvəzində ikinci müqavilə bağlanaraq, yeni avtomobil iddiaçı tərəfindən lizinqə götürülmüşdür. Lakin birinci müqavilə üzrə ödədiyi ilkin ödəniş, sığorta haqqı, komissiya haqqı geri qaytarılmamışdır. İkinci müqavilə üzrə isə yenidən ilkin ödəniş, sığorta haqqı, komissiya haqqı, əlavə olaraq da hüququn ötürülməsi haqqı ödəniş etmişdir. İkinci müqavilə avtomobildən 2 ay müddətində istifadə etdiyinə görə 2 aylıq lizinq haqlarını da ödəmişdir. Həmin avtomobilidə sonradan cavabdehlə aralarında yaranan mübahisəyə görə geri qaytarmışdır. Bakı Kommersiya məhkəməsi ikinci müqavilə üzrə avtomobili geri qaytarmağını nəzərə alaraq müqavilənin ləğv edildiyini müəyyən etmiş və ikinci müqavilə üzrə 1707,5 manat pulun qaytarılmasını təmin etmişdir. Lakin birinci müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə etmədiyi halda, qüsurlu avtomobil olduğu üçün cavabdeh tərəfindən geri götürülərək əvəzində iddiaçıya başqa avtomobil verməkləri həmin avtomobilə görə yenidən ilkin ödəniş, sığorta haqqı və komissiya haqlarını alaraq, birinci müqavilə üzrə ödədiklərini qaytarmamalarını əsassız hesab edir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh Cavabdeh ASC arasında əvvəlcə ##.##.2024-cü il tarixdə daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında tərəflərindən cavabdehə ilkin ödəniş, komissiya haqqı və sığorta haqqı ödənilmişdir. Birinci müqavilə üzrə lizinqə verilmiş avtomobil qüsurlu olduğundan ondan istifadə edilməmiş və cavabdeh tərəfindən geri götürülmüşdür. Bununla əlaqədar tərəflər arasında bağlanmış birinci lizinq müqaviləsi faktiki olaraq ləğv edilmişdir. Birinci müqavilə üzrə iddiaçı tərəfindən cavabdeh CavabdehASC-yə aşağıdakı ödənişlər edilmişdir: ilkin ödəniş – 3700 manat komissiya haqqı – 1308 manat sığorta haqqı – 931 manat Cəmi: 5940 manat. Birinci müqavilə üzrə lizinq obyekti qüsurlu olduğundan cavabdeh tərəfindən geri götürülmüş, lakin həmin müqavilə üzrə ödənilmiş məbləğlər iddiaçıya geri qaytarılmamışdır. Bundan sonra tərəflər arasında ##.##.2024-cü il tarixdə ikinci daxili lizinq müqaviləsi bağlanmış və cavabehin təkidi ilə iddiaçı əvvəlcə razılaşmasa da, əvvəlki qüsurlu avtomobilin əvəzinə başqa avtomobili lizinqə götürmüşdür. İkinci müqavilə üzrə iddiaçı tərəfindən aşağıdakı ödənişlər edilmişdir: ilkin ödəniş – 3100 manat digər xərclər – 2734 manat hüququn ötürülməsi haqqı – 569 manat Cəmi: 6403 manat İkinci müqavilə üzrə avtomobildən iki ay müddətində istifadə etmiş və iki aylıq lizinq ödənişlərini ödəmişdir. Birinci müqavilə üzrə isə avtomobil qüsurlu olduğundan heç istifadə etməmişdir. Hesab edir ki, birinci müqavilə üzrə cavabdeh "xxxx” ASC-nin hesabına kapita lbank vasitəsi ilə ödədiyi vəsait onun hesabından tamamilə geri qaytarılmalıdır. Cavabdeh istifadəyə yararlı nəqliyyat vasitəsi təqdim etmədiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Qüsurlu avtomobil təqdim edildiyi halda cavabdehin birinci müqavilə üzrə alınmış ödənişləri saxlaması bu prinsiplərə ziddir. Cavabdeh tərəfindən birinci müqavilə üzrə alınmış 5940 manatın saxlanılması üçün hüquqi əsas olmadığından həmin məbləğ əsassız varlanma kimi qiymətləndirilməlidir və geri qaytarılmalıdır. Birinci müqavilə üzrə avtomobilin qüsurlu olması və cavabdeh tərəfindən geri götürülməsi faktı nəzərə alınmamışdır. Birinci lizinq müqaviləsi üzrə lizinq obyektinin qüsurlu olması və cavabdeh tərəfindən geri götürülməsi faktı məhkəmə tərəfindən lazımi qaydada hüquqi qiymətləndirilməmişdir. Həmçinin birinci müqavilə üzrə ödənilmiş məbləğin saxlanılması üçün cavabdehin hansı hüquqi əsasının olması məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə birinci müqavilə üzrə ödənilmiş məbləğin cavabdeh tərəfindən saxlanılmasını əsaslı hesab etsə də, bunun hansı hüquqi əsaslara söykəndiyini göstərən sübutlar mövcud deyildir.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

18. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur -750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. -748-1.1-ci maddəsinə görə lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. -748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

22. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

23. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. -MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdehin apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməsini, iddiaçının isə apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsini və iddiaçı tərəfindən ödənilmiş 5940 manat məbləğin onun xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməsini nəzərə alaraq kollegiya hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə və 5940 manat məbləğində pulun qaytarılmasına dair iddianın rədd edildiyi hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə pul tələbinə dair iddianın mübahisələndirildirilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ASC arasında iki lizinq müqaviləsi bağlanmışdır. ##.##.2024-cü il tarixdə bağlanmış birinci müqaviləyə görə cavabdeh iddiaçıya “WULİNG Avez” markalı, 2024-cü il buraxılışlı avtomobili lizinqə verməyi, iddiaçı isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 3700 manat ilkin ödəniş, 931,95 manat sığorta haqqı, 1308 manat rəsmiləşdirmə komissiyası haqqı ödənilsə də, lizinqə verilən avtomobildə istehsalat qüsuru aşkar edildiyindən həmin müqavilə tərəflərin şifahi razılığı əsasında ləğv edilmişdir.

26. ##.##.2024-cü il tarixdə tərəflər arasında ikinci - ****************-NV/** saylı lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * saylı Əlavədə və qeyd edilən “WULİNG Asta” markalı, 2024-cü il buraxılışlı avtomobilin öz mülkiyyətinə əldə edilməsini və muzdla iddiaçının müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən lizinq obyekti olan avtomobil iddiaçının istifadəsinə verilmiş və iddiaçı tərəfindən 3100 manat ilkin ödəniş, 1137,15 manat sığorta haqqı, 1596 manat rəsmiləşdirmə komissiyası ödənilmişdir.

27. Sözügedən lizinq müqaviləsi bağlandıqdan sonra Cavabdeh ASC ilə “xxxx” ASC arasında ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanaraq lizinq obyekti olan “WULİNG Asta” markalı, 2024-cü il buraxılışlı avtomobil “xxxx” ASC-də kasko sığorta növü üzrə sığortalanmışdır. ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Mirzəağa Əliyev küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilə maddi ziyan dəymişdir. ##.##.2025-ci il tarixli məktubla “xxxx” ASC sığorta hadisəsi ilə bağlı ödəniş verməkdən imtina etmiş və imtinasını avtomobildən taksi fəaliyyəti üçün istifadə olunduğu üçün müqavilə şərtlərinə əsasən sığorta ödənişinə 12470 manat azadolma məbləğinin tətbiq edilməli olması ilə əsaslandırmışdır.

28. Apellyasiya şikayətləri konteksində işə baxan kollegiya əvvəla ikinci (##.##.2024cü il tarixli) lizinq müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, ##.##.2025ci il tarixdə həmin müqavilə üzrə lizinq obyekti olan avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verdikdən və həmin avtomobil hadisə nəticəsində zədələndikdən sonra lizinq obyekti olan avtomobil cavabdehin (lizinq münasibətlərdə lizinq verənin) sahibliyində qalmış, iddiaçı həmin obyektin geri götürülməsinə, cavabdeh isə iddiaçıya yenidən təhvil verilməsinə cəhd etməmiş, yəni hər iki tərəf öz hərəkətləri ilə müqavilə üzrə münasibətləri davam etdirmək niyyətində olmadıqlarını göstərməklə yanaşı lizinq münasibətlərinə faktiki xitam vermişlər.

29. Bununla yanaşı o da qeyd edilməlidir ki, cavabdeh (lizinq verən) 2026-cı ilin fevral ayının 12-də iddiaçıya bildiriş göndərməklə lizinq ödənişlərinin ödənilməməsi əsası ilə lizinq müqaviləsini birtərəfli qaydada ləğv etmişdir.

30. Belə olan halda birinci instansiya məhkəməsi lizinq müqaviləsinin ləğv edilməsi (ləğv edilmiş hesab edilməsi) barədə qənaətə gəlməkdə haqlı olmuşdur.

31. Lakin kollegiya birinci instansiya məhkəməsinin müqavilənin ləğv edilməsi hissəsində nəticəsini əsaslandırdığı motivlərlə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən sığorta müqaviləsində sığortalanmış avtomobilin taksi fəaliyyəti üçün istifadə olunduğu halda yüksək azadolma məbləğinin tətbiq edilməsi barədə şərtin nəzərdə tutulması cavabdeh (lizinq verən) tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusu kimi dəyərləndirmişdir.

32. Halbuki mübahisəli lizinq müqaviləsinə əsasən lizinq obyektini lizinq alanın hesabına sığorta etmək öhdəliyi lizinq verənə aid edilsə də, bağlanacaq sığorta müqaviləsinin şərtlərinə dair xüsusi tələblər irəli sürülməmiş, eləcə də lizinq obyekti vasitəsilə taksi fəaliyyəti ilə məşğul olunacağı şərtləndirilməmişdir.

33. Bununla yanaşı avtomobilin taksi kimi fəaliyyət göstərməsinin sığorta riskinin əhəmiyyətli dərəcədə artırmasını nəzərə alsaq sığorta müqaviləsində nəzərdə tutulan əlavə azadolma şərti ağlabatan və praktikada tez-tez rast gəlinən şərtdir. Bu baxımdan həmin şərtin müqaviləyə daxil edilməsi lizinq verənin vicdansız davranışa yol verməsi də demək deyil.

34. Eləcə də cavabdehin lizinq obyekti barədə avtomobildən taksi kimi istifadə etməsini güman etməli olması barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, həmin dəlillər ehtimallara söykənir. İkincisi, lizinq müqaviləsində xüsusi şərtləndirilmədiyi təqdirdə cavabdehin iddiaçının gələcək fəaliyyətindən xəbərdar olması ehtimal edilsə belə göstərilən hal cavabdeh üçün sığorta müqaviləsi bağlayarkən həmin halı nəzərə almaq kimi bir öhdəlik yaratmır.

35. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, sığorta müqaviləsinə mübahisəli şərtin daxil edilməsinin cavabdeh tərəfindən ikinci lizinq müqaviləsi üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verilməsi kimi qiymətləndirilməsi əsassızdır.

36. Pul tələbinə dair iddianın mübahisələndirilən hissələrinə, yəni ikinci lizinq müqaviləsi üzrə ödənilmiş 1707 manat pulun tutulmasının təmin edilməsi və birinci lizinq müqaviləsi üzrə ödənilmiş 5940 manat məbləğində pulun tutulmasının rədd edilməsi hissələrinə gəldikdə isə kollegiya qeyd edir ki, həmin iddia tələbləri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından qətnamə sözügedən hissələrdə ləğv edilməli və həmin tələblər üzrə yeni qətnamə çıxarılmalıdır.

37. Belə ki, birincisi, ikinci lizinq müqaviləsi üzrə sığorta haqqı olaraq ödənilmiş 1137,15 manat pulun qaytarılması tələbinə dair hissəyə münasibətdə qeyd edilir ki, yuxarıda da şərh edildiyi kimi ikinci müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verilməməsi iş materialları ilə təsdiq edilmədiyindən həmin müqavilə üzrə ödənilmiş sığorta haqqının qaytarılması hissəsində də iddianın təmin edilməsi üçün qanuni əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.

38. Hüququn ötürməsi adı ilə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 569 manat pulun qaytarılması tələbi ilə bağlı kollegiya qeyd edir ki, həmin məbləğin ödənilməsi nə birinci, nə də ikinci lizinq müqavilələrində nəzərdə tutulmuş, bundan əlavə həmin ödənişin cavabdehin qeyd etdiyi kimi iddiaçının gələcək lizinq ödənişlərinə aid edilməsi də iş materialları ilə öz təsdiqini tapmır. Odur ki, cavabdehin 569 manat pulu əldə etməsi üçün müqavilə əsası və ya digər qanuni əsas mövcud olmadığından iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən həmin məbləğin geri qaytarılmasını tələb etmək hüququna malikdir.

39. Birinci müqavilə üzrə ödənilmiş ümumilikdə 5940 manat məbləğində pulun geri qaytarılması tələbinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən həmin müqavilə üzrə lizinq obyektinin dəyərindən 3700 manat ilkin ödəniş, 931,95 manat sığorta haqqı, 1308 manat rəsmiləşdirmə komissiyası ödənilsə də, sonradan həmin müqavilə lizinq obyektinin qüsurlu olması ilə bağlı ləğv edilmişdir. Beləliklə, həmin müqavilə cavabdehin təqsiri nəticəsində, yəni lizinq obyektini saz və işlək vəziyyətdə lizinq alanın istifadəsinə vermək öhdəliyinin lazımi qaydada icra edilməməsi ilə bağlı ləğv edilmiş, bununla da iddiaçı əldə etmək haqqı çatdığı nəticədən (lizinq obyektinin satın almaq) məhrum olmaqla yanaşı maddi itkilərə məruz qalmışdır.

40. Bununla bağlı birinci müqavilə üzrə edilmiş ödənişlərin ikinci müqavilə bağlanarkən nəzərə alınması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd etmək zəruridir ki, cavabdeh göstərilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən iddiaçının fərqli tarixlərdə hər iki müqavilə üzrə ilkin ödəniş, sığorta haqqı və komissiya xərclərini cavabdehin hesabına köçürməsi müəyyən edilir.

41. İşə baxan məhkəmə göstərilən halları nəzərə almamış, həmin hissədə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə birinci müqavilə üzrə ödənilmiş məbləğlərin qaytarılması hissəsində iddianın rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 443-cü və 748-1.5-ci maddələrinin tələblərinə əsasən birinci müqavilə üzrə çəkdiyi xərclərin, yəni ödədiyi məbləğlərin qaytarılmasını tələb etməkdə haqlı olduğundan kollegiya hesab edir ki, həmin hissədə də iddia təmin edilməli və birinci müqavilə üzrə ödənilmiş 5940 manat pul vəsaiti iddiaçıya qaytarılmalıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hər iki şikayət qismən təmin edilməli, qətnamə- pul tələbinə dair iddia üzrə mübahisələndirilən hissədə, yəni birinci lizinq müqaviləsi üzrə ödənilmiş 5940 manat məbləğində pulun qaytarılmasına dair iddianın rədd edildiyi və 1707,5 manat pulun tutulmasına dair iddianın təmin edildiyi hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, birinci lizinq müqaviləsi üzrə ödənilmiş 5940 manat və ikinci müqavilə bağlanarkən hüququn ötürülməsi adı ilə ödənilmiş 569 manat, cəmi 6509 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qalan hissədə həmin iddia rədd edilməlidir. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Buna müvafiq olaraq birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də dəyişdirilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

44. İddiaçının apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən həmin şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 32 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

45. Cavabdehin apellyasiya şikayəti də qismən təmin edildiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq həmin şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə cavabdehin özünə aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

İddiaçı İddiaçı və cavabdeh Cavabdeh ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi - pul tələbinə dair iddia üzrə mübahisələndirilən hissələrində, yəni 1707 manat məbləğində pulun qaytarılmasının təmin və 5940 manat pulun qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ASC-dən ##.##.2024-cü il tarixli lizinq müqaviləsi üzrə ödənilmiş 5940 manat və ##.##.2024-cü il tarixli müqavilə bağlanarkən ödənilmiş 569 manat olmaqla, ümumilikdə 6509 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Qalan mübahisələndirilən hissədə həmin iddia rədd edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində isə qətnamə dəyişdirilsin, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumunun 32 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin, dövlət rüsumunun qalan hissəsi isə cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə cavabdeh Cavabdeh ASC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar