Məhkəmə qərarları › İş №e-2-2(3-6)-763/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-763/2026

08.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-763/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İL” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə, “transformatorun şəbəkədən açxxxxaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac̈ar̈sözlər:̈əmlak̈və̈əşyähüququ,̈əşyanın̈ləvazimatı,̈subyektiv̈hüquq,̈sübuẗetmə vəzifəsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X23 və X24 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi Novruzov İlham Ağadədə oğlunun iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İL” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə, “transformatorun şəbəkədən açxxxxaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. Satıcı X4 ilə alıcı “İL” MMC adından Orucov İlqar Lətif oğlu arasında imzalanmış ##.##.2021-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı Lənkəran şəhəri, Tofiq İsmayxxxxov küçəsi ünvanında yerləşən, ümumi sahəsi 1261.1 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (1261.1 kv/m) alıcının mülkiyyətinə verir. 2-ci bəndinə əsasən satxxxxan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. AR ƏMDK DƏDRX Lənkəran Əİ tərəfindən ##.##.2010-cu il tarixdə X4 verilmiş ***************** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 1261.1 kv/m. 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 200.000 manat qiymətinə satdı, alıcı isə aldı.

2. ## ### 2005-ci il tarixli aktdan və ona əlavələrdən görünür ki, mübahisəli elektrik xətti və transformatorun quraşdırxxxxması ilə bağlı çəkilmiş xərclər, habelə həmin elektrik xətti və transformatorun “xxxx” MMC-nin balansına verilməsi məsələləri müvafiq müəssisələrin rəhbərləri tərəfindən rəsmiləşdirilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, 802013133661-***** reyestr nömrəli texniki pasporta əsasən Lənkəran şəhəri, Tofiq İsmayxxxxov küçəsi, 32 ünvanında yerləşən Gülüstan şadlıq evinin hüquq subyekti “İL” MMC-dir.

4. Enerjitəchizat müəssisəsi (X20 baş mühəndisi X8) ilə abonent (Gülüstan şadlıq sarayı adından Şahid) arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə) ##.##.2023-cü il tarixli akta əsasən 110/35/10/Lənkəran İ y/st-dan çıxan 10 kV-luq 1-ci bölmədən açarın 10 kV-luq şinə birləşmə nöqtəsindən balans mənsubiyyəti sərhədi sayxxxxsın. Həmin nöqtədə quraşdırxxxxmış 10 kV-luq açar, cərəyan tr-toru, sayğac komplekti, 14 ədəd müxtəlif tipli dayaqlarla çəkilmiş 0,6 km uzunluğunda elektrik veriliş xətti, 10/0,4 kV-luq ******* saylı 40 kVA gücündə tr-tor y/st-sı və digər avadanlıqlar abonentin balans mənsubiyyətinə daxil edilsin.

5. Lənkəran PEŞ-in baş mühəndisi E.X.Şabanov, “xxxx” MMC-nin, “İzmir” MMC-nin və “xxxx” MMC-nin direktorlarının imzaları ilə təsdiq olunmuş ##.##.2005-ci il tarixli aktda qeyd olunmuşdur ki, “Bayva-Enerji” İM-in **/*-*-*** saylı 29.03.05 tarixli texniki şərtinə əsasən 110/10 kV-luq Lənkəran 2 y/st-da quraşdırxxxxmış 10 kV-luq KRN, tikilmiş EVX-i və 10/0,4 kV-luq transformator y/stansiyaları istehlakçının balansındadır. Balans sərhədini 110/10 kVluq Lənkəran 2 y/st-da quraşdırxxxxmış yuvanın 10 kV-luq * nömrəli sistem şinə bağlanan nöqtədən təyin edilir. Texniki istismar və texniki təhlükəsizliyə cavabdehlik istehlakçının üzərində qalır.

6. ##.##.2024-cü il tarixli debet haqqında bildirişə əsasən “İL” MMC tərəfindən Cavabdeh ASCyə *****/** nömrəli müqavilə üzrə 674,41 manat, ƏDV üzrə 121,39 manat, ##.##.2024-cü il tarixdə *****/** nömrəli müqavilə üzrə 5308,53 manat, ƏDV üzrə 955,54 manat pul ödənmişdir. Satıcı X4 ilə alıcı Mustafazadə Nurlan Natiq oğlu arasında imzalanmış ##.##.2024cü il 7. tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı Lənkəran şəhəri. X9 küçəsi. 95 a ünvanında istifadədə olan 0.06 ha torpaq sahəsinin üzərində ümumi sahəsi 103.5 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni (103.5 kv/m) alıcının mülkiyyətinə verir. 2-ci bəndinə əsasən satxxxxan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi idarəsi tərəfindən ##.##.2011 tarixdə X2 B02011000733-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, 103.5 kv/m qeyri yaşayış binası. 4cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 40 000 manat qiymətinə satdı, alıcı isə aldı.

8. X2 RETSİ-nin rəisinə ##.##.2024-cü il tarixli ərizə ilə müraciət edərək qeyd etmişdir ki, mülkiyyət hüququ əsasında ona məxsus 10.000 kvt Vergilər Xətti adlanan cərəyan xəttinin Lənkəran şəhərində yerləşən "Gülüstan" şadlıq sarayının qabağında olan transformatordan açxxxxmasını xahiş edir. Həmin ərizəyə ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Gülüstan Şadlıq sarayının qabağında olan transformatordan hal-hazırda qidalanan abonent vardır. Həmin transformatordan qidalanan abonentlər "Asan Xidmət" Mərkəzinə texniki şərtlə əlaqədar müraciət edərək qida mənbəyini dəyişdirdikdən sonra transformatorun şəbəkədən açxxxxması mümkündür.

9. X5 Təchizatı və Satışı İdarəsinin ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Lənkəran şəhəri T.İsmayxxxxov küçəsində yerləşən “Gülüstan” şadlı sarayı Cabir Dadaşova məxsus olmuşdur və sarayın elektrik enerjisi 110/35/10 kv-luq Lənkəran II y/st-dan çıxan 10 kv-luq ** saylı (sərbəst xətt) hava xəttindən qidalanan (balansında olan) 8023090 kod saylı 400 kva tr-torla təmin olunur. Sonralar Şadlıq sarayı "İL" MMC-nin sahibi Orucov İlqar Lətif oğluna satxxxxmışdır. Obyekt satxxxxan zaman 8023090 kod saylı 400 kva tr-tor sarayın balansında qalmışdır. Hal-hazırda həmin obyekt Cavabdeh ASC-nin kompyuter məlumat bazasında 420180230901002 abonent kodu ilə qeydiyyata alınmış və 400 kva 8023090 kod saylı tr-torda "İL" MMC-yə məxsusdur. Qeyd edir ki, 8023090 kod saylı 400 kva tr-torun şəbəkədən açxxxxması “İL” MMC-nin rəhbərliyinin razxxxxıq məktubu əsasında açxxxxa bilər.

Birinci instansiya məhkəməsindəki icraat:

10. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC-nin mülkiyyətində olmaqla ona məxsus təxminən 1,2 km. uzunluğunda 10 KV-lıq kommersiya elektrik hava xətti və transformator şəbəkəsindən “Gülüstan” şadlıq sarayının açxxxxmasının Cavabdeh ASC-nin üzərinə vəzifə olaraq qoyulması, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilən 60 manat və dövlət rüsumu qismində 40 manat olmaqla, cəmi 100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırxxxxmışdır ki, “İL” Məhdud Məsuliyyətli Cəmiyyəti Lənkəran şəhərində yerləşən və hazırda mülkiyyət hüququ əsasında özünə məxsus “Gülüstan” şadlıq evinə müvəqqəti istifadə üçün verilmiş və “xxxx” MMC-nin mülkiyyətində olmaqla ona məxsus təxminən 1,2 km. uzunluğunda 10 KV-lıq kommersiya elektrik hava xətti və transformatoru qanunsuz mənimsəyərək öz balansına keçirmişdir. Məsələ ilə bağlı 2024-cü ilin may ayından başlayaraq dəfələrlə “İL” MMC və “xxxx” ASC-nin Cənub RETS-nə bu barədə şifahi və rəsmi xəbərdarlıq edilib şadlıq evinin transformatordan açxxxxması tələb edilsə də, bunun müsbət nəticəsi olmamışdır. Belə ki, Cənub RETSİ-i əvvəlcə müxtəlif bəhanələr gətirərək, sonradan isə guya həmin transformatorun və kommersiya xəttinin vətəndaş Cabir Dadaşovla “İL” MMC arasında olan “Gülstan” şadlıq evinin alqı-satqı müqaviləsinə əsasən “İL” MMC-yə satxxxxmasını əsas götürərək qanunsuz olaraq obyekti şəbəkədən açmaqdan imtina etmişlər. Qeyd etmək lazımdır ki, sözügedən elektrik xətti və transformator 2005-ci ildə vətəndaş X2 şəxsi maddi vəsaiti hesabına çəkilmiş təxminən 1,2 km.uzunluğunda 10 KV-lıq kommersiya elektrik hava xətti və transformator qanuna müvafiq olaraq texniki şərti alınaraq “xxxx” MMC-nin balansında olmaqla əlavə sayğac da quraşdırxxxxıb, müvəqqəti istifadə üçün “Gülüstan” şadlıq evinin 2-ci qidalanma xətti kimi verilmişdir. Eyni zamanda, o vaxt həmin xətt və transformatordan bir neçə qeyri-yaşayış obyekti də istifadə etmişdir. Bunlardan vətəndaş mərhum Şakir Lətifova məxsus çörəkbişirmə sexi və Cabir Dadaşova məxsus yanacaq doldurma məntəqəsi olmuşdur. Bundan əlavə “Gülüstan” şadlıq evi “xxxx” MMC-nin deyil, fiziki şəxs olan vətəndaş Q.Dadaşzadənin mülkiyyətində olaraq “İL”MMC-yə satxxxxmışdır. ##.##.2021- ci il tarixdə vətəndaş X4 ilə “İL” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin obyekt satxxxxaraq obyektə məxsus 9-cu xətdən ayrxxxxan və şadlıq evinə məxsus elektrik xətti və bu xəttin üstündə olan sayğacla birlikdə verilmişdir. Lakin o vaxt “xxxx” MMC-yə məxsus kommersiya xətti heç kimə satxxxxmamış, nə də ki buna dair müəssisələr arasında hər hansı bir razxxxxaşma olmamışdır. Buna baxmayaraq “İL” MMC həmin xətt və transformatordan bu günə kimi heç bir haqq ödəmədən təmənnasız istifadə etmişdir. Bu azmış kimi müəssisənin əmlakı olan sözügedən hava xətti və transformatorun istifadəçi kodunu dəyişərək qanunsuz mənimsəmişdir.

12. Cavabdeh tərəf məhkəməyə elektron qaydada etiraz xarakterli ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddia əsassızdır. İddia ərizəsindndən göründüyü kimi mübahisə predmeti olan elektrik təsərrüfatı (transformator, elektrik xətti, dirəklər və s. ) Cavabdeh ASC-yə aid deyil və sonuncunun balansında da olmadığından Cavabdeh ASCnin üzərinə öhdəlik qoyula bilməz. Bundan əlavə göstərilən elektrik təsərrüfatının kimin mülkiyyətində olması, avadanlxxxxarın qiyməti barədə heç bir məlumat yoxdur. Cavabdeh ASC-nin balansında və istifadəsində olmayan transformator, elektrik xətti, dirəklər və s. vətəndaşlara- fiziki və hüquqi şəxslərə aid avadanlıqların elektrik təsərrüfatına görə məsuliyyət balans saxlayanın özünə düşür. İddia tələbində göstərilən - “xxxx” MMC-nin mülkiyyətində olmaqla ona məxsus təxminən 1,2 km. uzunluğunda 10 KV-lıq kommersiya elektrik hava xətti və transformatorun şəbəkədən açxxxxaraq təhvil verilməsi üçün müvafiq sənədlərlə qanuna müvafiq qaydada ASAN kommunal Mərkəzlərinə müraciət olunmalıdır.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “İl” MMC-nin direktoru məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, "Gülüstan" şadlıq evi adlı qeyri-yaşayış obyektinin alqı-satqısı prosesi təxminən 2021-ci ilin yanvar ayından başlanmış, ## ##### 2021-ci il tarixində tərəflər arasında bağlanmış müqavilə ilə başa çatmışdır. Alqı-satqıdan əvvəl və proses zamanı "İL" MMC-nin mütəxəssisləri tərəfindən obyektə yerində baxış keçirilmiş, obyektin özü ilə birlikdə ona aid olan bütün mühəndiskommunukassiya xətləri, o cümlədən elektrik enerjisi, su və qaz təchizatı ilə bağlı bütün nüanslar ətraflı şəkildə araşdırxxxxmışdır. Alqı-satqı zamanı obyekt nə qaz, nə də içməli su ilə təmin olunmuşdur. Alqı-satqıdan sonra məlum olmuşdur ki, obyektin əvvəldən suya 650 manat borcu qalmışdır, həmin borc tərəfindən ödənilmişdir. Bu kommunikasiyalar sonradan tərəfindən şəxsi vəsaiti hesabına çəkilmiş və rəsmi qaydada sayğaclaşdırxxxxmışdır. Obyektə xidmət edən transformator texniki baxımdan qüsurlu olduğundan "İL" MMC tərəfindən yeni transformator alınaraq köhnəsi ilə əvəz edilmişdir. Həm transformator, həm də yüksək gərginlikli hava xətti obyektin texniki pasportunda qeydiyyata alınmışdır. Bununla yanaşı yüksək gərginlikli hava xəttində, həmin xəttə qoşulmuş transormatorda, eləcə də əhalidən çəkilmiş əlavə elektrik xəttində vəsaiti hesabına əsaslı təmir işləri aparxxxxmışdır. İddiaçının ərizəsində qeyd etdiyi kimi guya yüksək gərginlikli hava xəttinin yalnız onun vəsaiti hesabına çəkilməsi və yalnız "Gülüstan" şadlıq evinin transformatorunu qidalandırması iddiaları həqiqətə uyğun deyildir. Məlumat üçün bildirir ki, yüksək gərginlikli hava xətti şərikli şəkildə çəkilmişdir və 3 (üç) hüquqi şəxsin vəsaiti hesabına inşa edilmişdir. Həmin xətt həm keçmişdə, həm də hazırda qonşu obyektin transformatorunu da qidalandırır. Obyektin keçmiş mülkiyyətçisi Cabir Daddaşov alqı-satqı zamanı və sonrakı dövrlərdə dəfələrlə şifahi şəkildə transformatorun və yüksək gərginlikli hava xəttinin obyektə məxsus olduğunu bildirmiş, hətta obyektin həyətində yerləşən transformatoru şəxsən göstərərək bu faktı təsdiqləmişdir. Lakin 2024-cü ilin yay aylarında iddiaçı əvvəlcə əsassız olaraq əlavə 10.000 manat pul tələbi irəli sürmüş, bu tələb rədd edildikdən sonra transformatorun guya satxxxxmadığını iddia edərək yenidən pul tələbi etmiş, nəticə əldə olunmadıqda isə məhkəməyə müraciət edəcəyi və hava xəttini ayıracağı ilə hədələmişdir. Bu hallar iddiaçının real niyyətinin hüququn müdafiəsi deyil, qanunsuz maddi tələblər irəli sürmək və təzyiq göstərmək olduğunu açıq şəkildə sübut edir. Cavabdeh tərəfindən transformator və yüksək gərginlikli hava xəttində ASAN Xidmət vasitəsilə bağlanmış 4 ayrı müqavilə əsasında əsaslı təmir və yenidənqurma işləri aparxxxxmışdır, belə ki, ##.##.2022ci ildə 663,40 AZN; ##.##.2023-cu ildə 657 AZN; ##.##.2024-cü ildə 655,32 AZN və ##.##.2024-cü ildə 6204,07 AZN, ümumilikdə 8179,79 AZN vəsait xərclənmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, “Gülüstan” şadlıq evinin alqı-satqısı zamanı şəxsən iştirak etmişdir. Onun sözlərinə görə, alqı-satqıdan əvvəl, 2021-ci ilin yanvar ayından etibarən tərəflər arasında danışıqlar aparxxxxmış, həmin ilin aprel ayında isə daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. O, qeyd etmişdir ki, obyekti özü taparaq “İL” MMC-yə təklif etmişdir. Müqavilə bağlanmazdan əvvəl və sonrakı dövrlərdə “İL” MMC-nin nümayəndələri tərəfindən əraziyə dəfələrlə baxış keçirilmiş, elektrik enerjisi, su və qaz təchizatı ilə bağlı bütün məsələlər ətraflı araşdırxxxxmışdır. Alqı-satqı müqaviləsinin bağlanması zamanı “İL” MMCnin keçmiş direktoru Orucov İlqar, şahidin özü və Cabir Dadaşov iştirak etmişlər. Şahid göstərmişdir ki, transformator obyektə yaxın məsafədə – təxminən 9-10 metr aralıda yerləşir və alqı-satqı zamanı Cabir Dadaşov şəxsən həmin transformatoru və elektrik xəttini göstərərək onların da obyektlə birlikdə satxxxxdığını bildirmişdir. Onun sözlərinə görə, alqısatqı başa çatdıqdan və ödəniş edildikdən sonra özü Cabir Dadaşovla əlaqə saxlayaraq təhvil-təslim aktının tərtib edilməsini, obyektlə birlikdə satxxxxan əmlakın həmin aktda göstərilməsini təklif etmiş, lakin Cabir Dadaşov obyektdən heç nə aparmayacağını bildirərək belə bir aktın tərtib edilməsinə ehtiyac olmadığını qeyd etmişdir. Şahid əlavə etmişdir ki, alqı-satqıdan təxminən iki il sonra həmin ərazidə “İL” MMC tərəfindən təmir-tikinti işləri aparxxxxmışdır. Lakin 2024-cü ilin yay aylarında Cabir Dadaşov obyektə gələrək əsassız olaraq əlavə 10 000 manat pul tələb etmiş, həmin tələb rədd edildikdən sonra transformatorun guya satxxxxmadığını iddia edərək yenidən pul tələb etmişdir. Şahid onunla razxxxxaşmayaraq bildirmişdir ki, tərəflər arasında belə razxxxxaşma olmamışdır. Eyni zamanda qeyd etmişdir ki, həmin vaxt direktor ölkə xaricində olduğundan məsələ onun qayıdışından sonra aydınlaşdırxxxxmalı idi. Onun sözlərinə görə, bir müddət sonra Cabir Dadaşov transformator və hava xəttini satmadığını bildirərək məhkəməyə müraciət edəcəyini və hava xəttini ayıracağını qeyd etmişdir. Şahid həmçinin bildirmişdir ki, 2023-cü ildə transformatoru öz adlarına keçirmək istədikdə bunun üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb olunmuş, bu məqsədlə Cabir Dadaşova müraciət edildikdə o, bütün sənədlərin obyektdə olduğunu və heç bir sənəd götürmədiyini bildirmişdir. Onlara əsasən texniki şərt lazım olmuş, həmin sənəd tapxxxxsa da sonradan buna ehtiyac qalmamışdır. Şahid qeyd etmişdir ki, iddiaçının ərizəsində mübahisəli elektrik xəttinin yalnız onun vəsaiti hesabına çəkildiyi və yalnız “Gülüstan” şadlıq evinin transformatorunu qidalandırdığı barədə göstərilən məlumat həqiqətə uyğun deyildir. Belə ki, həmin hava xətti üç hüquqi şəxsin vəsaiti hesabına şərikli şəkildə çəkilmiş və həm əvvəl, həm də hazırda qonşu obyektin transformatorunu da qidalandırmışdır. İddiaçının nümayəndəsinin suallarına cavab olaraq şahid bildirmişdir ki, qeyri-rəsmi olaraq “İL” MMC-də fəaliyyət göstərmiş, işlərin təşkilində bilavasitə iştirak etmiş və “İL” MMC-nin keçmiş direktoru Orucov İlqar onun uzunmüddətli – təxminən 30 illik dostudur. Şahid əlavə etmişdir ki, alqı-satqı zamanı “Gülüstan” şadlıq evində iki elektrik xətti mövcud olmuşdur. Əhalidən gələn xətt 1984-cü ildə çəkilmiş və həmin dövrdə yalnız işıqlandırmaya xidmət etmişdir, çünki o vaxtlar şadlıq evlərində nə qızdırıcı, nə də soyuducu qurğular mövcud olmamışdır. Daha sonra, xüsusilə 2005- ci ildən etibarən kondisioner və qızdırıcxxxxarın quraşdırxxxxması ilə əlaqədar həmin xətt tələbatı ödəyə bilmədiyindən transformator çəkilmişdir. Bu məqsədlə texniki şərt 2006-cı ildə alınmışdır. Hazırda da həmin ərazidə iki elektrik xəttinin mövcud olduğu qeyd edilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kənan Z.Hüseynov) iddianın rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

16. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli əmlakın iddiaçının balansında qalmasını təsdiq edən mötəbər və mübahisəsiz sübutlar təqdim olunmamış, alqı-satqı müqaviləsində həmin əmlakın daşınmaz əmlakdan ayrıca saxlanxxxxması barədə hər hansı qeyd nəzərdə tutulmamış, həmçinin iddiaçı uzun müddət ərzində həmin əmlak üzərində hüququnu nə həyata keçirmiş, nə də mübahisələndirmişdir.

17. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisəli transformator və elektrik xətti “Gülüstan” şadlıq evinin elektrik enerjisi ilə təmin olunması üçün zəruri texniki vasitə olmaqla həmin daşınmaz əmlakın normal istismarını təmin edən və onunla iqtisadi və funksional bağlxxxxıq təşkil edən elementdir. Bu səbəbdən həmin əmlak daşınmaz əmlakın ləvazimatı kimi qiymətləndirilməlidir.

18. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırxxxxmışdır ki, iş üzrə toplanmış çoxsaylı mötəbər sübütlarla birmənalı olaraq təsdiq edilmişdir ki, mübahisəli elektrik xətti və transformator hələ çəkilib quraşdırxxxxarkən “xxxx” MMC-nin balansında və paylı mülkiyyətində olaraq heç bir şəxs tərəfindən özgəninkiləşdirilməyib və heç bir daşınmaz əmlakın ləvazimatı kimi digər üçüncü şəxslərə keçməyib. Bu sübutlar aşagadakxxxxardan ibarət olaraq işin materiallarında mövcuddur: 1. “Bayva-Enerji” İM-nə “xxxx”, “xxxx” KM və “İzmir” müəssisələrinin ## #### 2003-cü il tarixli ** saylı kommersiya xəttinin çəkilməsi səbəblərinə dair müraciət məktubu; 2. Sözügedən elektrik xətti və transformatorun quraşdırxxxxmasına dair çəkilmiş xərclər və onların “xxxx” MMC-nin balansına verilməsi barədə həmin müəssisələrin rəhbərləri tərəfindən tərtib edilmiş ## ### 2005-ci il tarixli akt və onun əlavələri; 3. Elektrik xətti və transformator quraşdırxxxxdıqdan sonra Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerjinəzarət İdarəsinin Salyan rayonlararası Enerjinəzarət sektorunun “xxxx” MMC-nin elektrik qurğularının texniki istismarı, əməliyyat xidmətinin təşkili texniki və təhlükəsizliyi vəziyyəti barədə **-**-** saylı ## #### 2005-ci il tarixli aktı. 4. İddiaçı “xxxx” MMC və digərlərinin cavabdeh X11 Təchizat” MMC-yə qarşı iddia tələbinə dair məhkəmə sənədləri. 5. “Gülüstan” şadlıq evinin əvvəlki mülkiyyətçisi X4 cavabdeh “xxxx” ASC-yə qarşı iddia tələbinə dair məhkəmə sənədləri. 6. Axırıncının Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış və notarial qaydada təsdiq olunmuş müraciət ərizəsi.Bu ərizə ilə Q.Dadaşzadə bir daha təsdiq etmişdir ki “Gülüstan” şadlıq evi onun mülkiyyətində olan dövr ərzində həmin qeyri yaşayış sahəsi 2 mənbəydən gələn elektrik xətti ilə qidalanırdı. 1-ci həmin obyektə məxsus 9 nömrə “Əhali” xətti, 2-ci isə “xxxx”MMC-yə məxsus “Vergilər” adlanan kommersiya xətti idi ki bu xətt obyektin yaxınlığında yerləşən və “xxxx” MMC-nin balansında olan transformatordan obyektə daxil olurdu və həmin transformatordan yaxınlıqda yerləşən çörəkbişirmə sexi də qidalanırdı. Həmin qeyri-yaşayış sahəsi 2021-ci ildə “İl” MMC-yə satxxxxarkən hər iki elktrik xətti işlək vəziyyətdə olaraq bunlardan * nömrəli “Əhali” xətti obyektə məxsus yardımçı ləvazimat kimi “İl” MMC-nin mülkiyyətinə keçmiş, lakin kommersiya xətti və transformator “xxxx” MMC-nin mülki kimi obyektin istifadəsində qalmışdır. 7. X16 Natiq oğlu Bakı Kommersiya Məhkəməsinə notarial qaydada təsdiq olunmuş müraciət ərizəsində qeyd etmişdir ki, o 2024cü ilin fevral ayında Z.Əliyeva küçəsi 95 a ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan yanacaqdoldurma məntəqəsini əvvəlki mülkiyyətçisindən alqı-satqı müqaviləsinə əsasən əldə edərkən orada 2 mənbədən daxil olan elktrik xətti mövcud olmuşdur. 1-ci yanacaqdoldurma məntəqəsinə məxsus olaraq işlək deyildi, 2-ci xətt isə qonşuluqda olan və əvvəlki mülkiyyətçi nümayəndə2 məxsus transformatordan çəkilən kommersiya elektrik xətti idi, sonradan həmin kommersiya xətti nümayəndə2 tələbinə əsasən şəbəkədən ayrxxxxmış və o həmin obyektə məxsus olan 2-ci qidalanma xəttini bərpa etdirmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazxxxxı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçxxxxarının izahatları

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, qeyri-yaşayış sahəsinin alqı-satqısı zamanı transformator və elektrik xəttinin alqı-satqı predmeti olmaması barədə tərəflərin razxxxxığı olmuşdur. Lakin bununla bağlı, eləcə də transformator və digər əşyaların mənsubiyyət sənədləri barədə hər hansı sübut təqdim edə bilməmişdir.

22. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanxxxxmasını xahiş etdi. O, izahatında qeyd etdi ki, transformator istehlakçxxxxarın mülkiyyətindədir. Tranformator yalnız istehlakçxxxxarın “Asan Kommunal” Xidmətə müraciəti əsasında, hesablanmış smeta xərcləri ödənildikdən sonra cavabdeh tərəfindən olduğu yerdən götürülə bilər.

23. Üçüncü şəxsin nümayəndəsi də apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanxxxxmasını xahiş etdi. O, izahatında tranformatorun alqı-satqı predmetinin ləvazimatı olduğunu qeyd etdi. O, həmçinin tranformatorun şadlıq evinin arxa tərəfində yerləşdiyini, transformatorun yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində yerləşməsini bilmədiyini qeyd etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayxxxxırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. ... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrxxxxa bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrxxxxa bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayxxxxır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyrimaddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. ... 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparxxxxması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırxxxxan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrxxxxdığı halda da saxlanxxxxır. Əgər ayrı razxxxxaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu ... 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.

Maddə 395. Əşyanın yüklü edilməsi barədə müqavilənin hüdudları Əgər şəxs öz əşyasını özgəninkiləşdirmək və ya yüklü etmək barəsində öhdəlik götürürsə, bu öhdəlik “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, əşyanın ləvazimatına da şamil edilir.

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

Maddə 576. Əşyaya aid ləvazimatı və sənədləri vermək vəzifəsinin icra edilməməsinin nəticələri Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslxxxxığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asxxxxı olmayaraq yoxlayır.

28. Qətnamə tam yoxlanxxxxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanxxxxmalıdır.

30. İşin hallarında göründüyü kimi, mübahisələndirilən tranformator və elektrik xətti iddiaçının mülkiyyətində olan vaxt qeyri-yaşayış sahəsi olan “Gülüstan” Şadlıq evi və digər obyektlərin elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə şadlıq evinin yaxınlığında (arxa tərəfində) quraşdırxxxxmışdır. Daha sonra alqı-satqı müqaviləsi əsasında şadlıq evi üçüncü şəxsə satxxxxmışdır.

31. Hazırda iddiaçı təxminən 1,2 km. uzunluğunda 10 KV-lıq kommersiya elektrik hava xəttinin və transformator şəbəkəsinin “Gülüstan” şadlıq sarayından açxxxxmasının Cavabdeh ASC-nin üzərinə vəzifə olaraq qoyulmasını tələb edir.

32. MPM-in sübutetmə ilə bağlı müddəalarının mənasına görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda mübahisəli elektrik xətti və transformatorun məhz iddiaçıya məxsus olması, “İL” MMC-nin həmin əmlakdan istifadə üçün hüquqi əsasının olmaması və buna görə cavabdeh Cavabdeh ASC-nin şadlıq evini həmin şəbəkədən ayırmaq vəzifəsinin yaranması sübut edilməli olan əsas hallardır.

33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisəli əmlakın iddiaçının balansında qalmasını təsdiq edən mötəbər və mübahisəsiz sübutlar təqdim olunmamış, alqı-satqı müqaviləsində həmin əmlakın daşınmaz əmlakdan ayrıca saxlanxxxxması barədə hər hansı qeyd nəzərdə tutulmamış, həmçinin iddiaçı uzun müddət ərzində həmin əmlak üzərində hüququnu nə həyata keçirmiş, nə də mübahisələndirmişdir.

34. Apellyasiya şikayətində iddiaçı ## #### 2003-cü il tarixli müraciətə, ## ### 2005-ci il tarixli akta, ## ### 2005-ci il tarixli akta və əlavələrinə, ## #### 2005-ci il tarixli akta və şadlıq evinin əvvəlki mülkiyyətçisi Qubad Dadaşzadənin notarial qaydada təsdiq edilmiş ərizəsinə istinad etmişdir. Lakin həmin sənədlər ayrı-ayrxxxxıqda və məcmu halında qiymətləndirildikdə mübahisəli xətt və transformatorun hazırda məhz “xxxx” MMC-nin mülkiyyətində olduğunu təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz.

35. Belə ki, iddiaçının özünün istinad etdiyi sənədlərdən elektrik xətti və transformatorun əldə edilməsində bir neçə müəssisənin iştirak etdiyi və maliyyə vəsaiti qoyduğu görünür. Apellyasiya şikayətində də əmlakın həm “xxxx” MMC-nin balansında, həm də paylı mülkiyyətdə olduğu irəli sürülür. Bu halda əmlakın balansda uçota alınması faktı özlüyündə həmin əmlak üzərində mülkiyyət hüququnun yaranmasını və hazırda da bu hüququn eyni həcmdə iddiaçıya məxsus olmasını təsdiq etmir. İddiaçı paylı mülkiyyətə istinad etdiyi halda isə payların kimlərə və hansı həcmdə məxsus olduğunu, sonradan digər iştirakçxxxxarın paylarının hansı hüquqi əsasla “xxxx” MMC-yə keçdiyini təsdiq edən sübut təqdim etməmişdir.

36. Kollegiya mübahisəli transformatorun və elektrik xəttinin Mülki Məcəllənin 135.11-ci maddəsi baxımından əsas əşyaya xidmət edən ləvazimat kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyinin də apellyasiya şikayətinin təmin olunması üçün əsaslı hesab etmir. Əmlakın ləvazimat olub-olmaması məsələsindən asxxxxı olmayaraq, hazırkı iddianın təmin edilməsi üçün ilk növbədə iddiaçının tələb etdiyi maddi hüququn mövcudluğu sübuta yetirilməlidir. İddiaçı isə təqdim etdiyi sübutlarla mübahisəli xətt və transformator üzərində hazırda iddia etdiyi həcmdə mülkiyyət hüququnun mövcudluğunu sübut edə bilməmişdir.

37. Kollegiya qeyd edir ki, mübahisəli transformator və elektrik xətti “Gülüstan” şadlıq evinin elektrik enerjisi ilə təmin olunması üçün zəruri texniki vasitə olmaqla həmin daşınmaz əmlakın normal istismarını təmin edən və onunla iqtisadi və funksional bağlxxxxıq təşkil edən elementdir.

38. Həmçinin, kollegiya ##.##.2005-ci il tarixli akta münasibətdə qeyd edir ki, həmin sənəd mübahisəli elektrik təsərrüfatının yaradxxxxmasını, texniki şərt əsasında şəbəkəyə qoşulmasını, müvafiq elektrik qurğularının istehlakçının balansında olmasını, habelə balans mənsubiyyəti sərhədini və texniki istismara görə məsuliyyəti təsdiq edən sübut kimi qiymətləndirilməlidir. Bununla belə, həmin aktda elektrik xətti və transformatorun konkret olaraq “xxxx” MMC-nin müstəsna mülkiyyətinə verilməsi göstərilmir, əmlakın “istehlakçının balansında” olması qeyd edilir. Bundan başqa, akt “xxxx” MMC ilə yanaşı “İzmir” MMC və “xxxx” MMC-nin rəhbərləri tərəfindən də imzalanmışdır. Buna görə həmin sənəd elektrik təsərrüfatının balans və istismar mənsubiyyətini təsdiq etsə də, özlüyündə mübahisəli əmlak üzərində müstəsna mülkiyyət hüququnun məhz “xxxx” MMC-yə məxsus olmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz.

39. Apellyasiya şikayətinin dəlillərindən biri də ##.##.2005-ci il tarixli akta lazımi hüquqi qiymət verilməməsi ilə bağlıdır. Kollegiya qeyd olunan aktla bağlı qeyd edir ki, həmin sənəd mübahisəli elektrik xəttinin çəkilməsində istifadə edilmiş material və avadanlıqları, çəkilmiş xərcləri, habelə “xxxx” MMC, “xxxx” MMC və “İzmir” MMC-nin bu prosesdə iştirakını təsdiq etsə də, elektrik xətti və transformator üzərində müstəsna mülkiyyət hüququnun məhz “xxxx” MMC-yə məxsus olduğunu təsdiq etmir. Əksinə, aktın üç müəssisənin rəhbərləri tərəfindən birlikdə tərtib və imza edilməsi əmlakın əldə edilməsində bir neçə subyektin iştirak etdiyini göstərir. Buna görə həmin akt iddiaçının mübahisəli əmlak üzərində hazırda iddia etdiyi həcmdə mülkiyyət hüququnun mövcudluğunu sübut edən sənəd hesab edilə bilməz.

40. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxxxxxmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair ## ### 2025-ci il tarixli qərarına əsasən, hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir.Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanxxxxmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşxxxxıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

45. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanxxxxsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayət verən iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar