Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-859/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)- *****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin adından X1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, m ü ə y y ə n e t d i: Işin halları
1. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 680 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 149 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 11 300 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
3. Cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti adından X1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması ... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. ... Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. ... Maddə 74. Nümayəndənin səlahiyyəti 74.2. Iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
Maddə 361. Apellyasiya şikayətinin məzmunu ... 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. ... Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; ... Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. MPM-in 361 və 363-cü maddələrindən göründüyü kimi apellyasiya şikayətinin məzmunu müəyyən prosessual tələblərə tabedir və bu tələblərə uyğun olmayan apellyasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu tələblərin pozulmasını aşkar etdikdə isə MPM-in 366-cı maddəsinə uyğun olaraq apellyasiya şikayətini qeyrimümkün hesab edir. Həmin tələblərdən biri də MPM-in 361.2-ci maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması və bu səlahiyyətin mövcudluğunu təsdiq edən sənədlərin şikayətə əlavə edilməsi tələbidir. 6.Iş materiallarından müəyyən edilir ki, apellyasiya şikayətində şikayəti verən şəxsin nümayəndəsi kimi nümayəndə1 qeyd olunmuş və şikayətə onun səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilmişdir. Lakin “Elektron Məhkəmə” informasiya sistemində yerləşdirilmiş apellyasiya şikayəti elektron imza ilə etibarnamədə və şikayətdə adı göstərilməmiş başqa şəxs - X1 tərəfindən imzalanmışdır.
7. MPM-in 69.2-ci maddəsinin məzmununa görə, hüquqi şəxsi təmsil etmək səlahiyyəti qanun və ya digər hüquqi aktlardan, təsis sənədlərindən və ya belə səlahiyyətin müəyyən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilməsindən irəli gələ bilər. 8.S.Mikayılovun cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda o, MPM-in 69.2-ci maddəsinə əsasən ya əsas iş yeri həmin hüquqi şəxs olan işçi, yaxud da vəkil kimi hüquqi şəxsin nümayəndəsi ola bilər. Apellyasiya şikayətinin imzalana bilməsi üçün S.Mikayılovun MPM-in 74.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə aktlarından şikayət vermək hüququnun xüsusi göstərildiyi etibarnamə, habelə onun hüquqi şəxsin işçisi və ya vəkili olmasından asılı olaraq əsas iş yerinin cavabdeh hüquqi şəxs olmasını təsdiq edən sənədlər və ya vəkil orderi şikayətə əlavə edilməli idi. 9.Qeyd olunan sənədlərin mövcud olmamasına baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətini imzalayan şəxsin MPM-in 361.2-ci maddəsinin tələblərinə riayət edilmədiyini nəzərə almaqla, həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətini geri qaytarmalı olduğu halda, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
10. Odur ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- *****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
11. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Kommersiya işi müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.