Məhkəmə qərarları › İş №e-2-2(3-8)-129/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-8)-129/2026

23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2-2(3-8)-129/2026 23.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov Ilqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)- ****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-2-2(119)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh cavabdeh1 qarşı verilmiş “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2024-cü il tarixli ****/*****-** nömrəli daxili lizinq müqaviləsi ləğv edilməsi və lizinq obyekti olan “BMW 530 İ” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı (tip:Sedan, buraxılış ili:2016, ban nömrəsi: WBAJA5C30HG455760, rəngi: qara metallik, mühərrik həcmi: 1998 sm3) nəqliyyat vasitəsinin cavabdeh cavabdeh1 alınaraq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, cavabdeh cavabdeh1 ## ###### 2024-cü il tarixli ****/*****- ** nömrəli daxili lizinq müqaviləsi üzrə ## ###### 2025-ci l tarixinədək yaranmış 682,56 (altı yüz səksən iki manat, əlli altı qəpik) manat məbləğində əsas borc, 594,61 (beş yüz doxsan dörd manat, altmış bir qəpik) manat məbləğində faiz borcu, 70 (yetmiş) manat məbləğində cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının və 170,72 (yüz yetmiş manat, yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1867,89 (min səkkiz yüz altmış yeddi manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır (hakim Könül Mirzəfərova). Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-2-2(119)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 tərəfindən ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e- *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh cavabdeh1 Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni məhkəmə qərardadı qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin ## ######## 2026-cı il tarixli, e-2-2(119)- ****/**** nömrəli qərardadı ilə cavabdeh cavabdeh1 Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadından şikayətinin təmin edilməməsi və Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)- ****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Könül Mirzəfərova). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-1129/2025 kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)- ****/**** nömrəli qətnaməsi cavabdeh tərəfindən ## ###### 2025-ci il tarixdə təhvil alınmışdır. Bundan başqa iş materiallarından görünür ki, X1 işə baxılması zamanı keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, işin məhkəmənin icraatında olmasından və iş üzrə qəbul edilmiş məhkəmə aktından məlumatlı olmuşdur. Lakin həmin qətnamədən cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 tərəfindən imzalanmış apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ## ###### 2026-cı il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Iş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-1129/2025 kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdeh1 ailə üzvü kimi Afət Osmanova tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir (i/v 104). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2-2(119)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar