Məhkəmə qərarları › İş №e-2(3-10)-310/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-310/2026

02.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-310/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarma və s» tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi» nə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “«zəbt olunmuş torpaq sahəsindən çıxarma və s» tələbinə dair ilk, «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi»”nə dair qarşılıqlı iddia tələbi, qismən ləğv) Hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarma və s» tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə, eyni zamanda Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli əlavə qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarma və s» tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun əmlaka daxil olmasına mane olmaqla müşayət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ilk iddia üzrə cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 24.000 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi, ilkin iddia tələbinin Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 24.000 (iyirmi dörd min) manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qax Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## ##### 2025-ci il tarixli qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarma və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunması qərara alınmışdır.

4. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən cavabdeh Cavabdeh qarşı ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakına daxil olmağa mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi, 2009- 2025ci illər ərzində 360 ədəd fındıq topasından əldə etdiyi 57.600 kq-dan artıq fındıq məsulunun 28.800 kq fındıq məhsulunun natura şəklində ona verilməsi, iddianın qaldırılması məqsədilə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilk iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvlərinin ümumi paylı mülkiyyətində Qax rayonu, Güllük kəndində 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Onların həmin torpaq sahəsi üzərindəki hüquqları ## ###### 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış»la rəsmiləşdirilmişdir. Iş üzrə cavabdeh Cavabdeh heç bir hüquqi əsas olmadan o və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən onun istifadə etməsinə maneçilik törədir. O və ailə üzvləri iş üzrə cavabdeh Cavabdeh qanunsuz hərəkətlərinə görə ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişən məhsulları yığa bilmir. Iş üzrə cavabdeh Cavabdeh, ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmasını tələb etməsinə baxmayaraq cavabdeh bundan qərəzli olaraq imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakına daxil olmağına mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin özünə təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh heç bir hüquqi əsas olmadan özlərinin ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən özlərinin istifadə etməyinə maneçilik törətmişdir. Ailə üzvləri cavabdehin qanunsuz hərəkətlərinə görə ümumi paylı mülkiyyətlərində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişən məhsulları yığa bilmirlər. Iddiaya qarşı münasibət olaraq bildirir ki, Qax rayon Aqrar Islahat Komissiyasının qərarına əsasən onun və İddiaçı ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Torpaq sahələri paylandıqdan sonra hərə özünün istifadəsində olan torpaq sahəsini istifadə edirdi. 2002-ci il tarixdə torpaq sahəsinin ümum birgə mülkiyyətçilərindən mərhum Daşdəmirov Məhəmməd onun yanına dəfələrlə gələrək torpaq sahələrinin yerini dəyişmələrini, dəyişdikləri torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etdi. Buna səbəb ona verilmiş torpaq sahəsi özlərinin yaşayış yerinə yaxın ərazidən verilməsi, özlərinə verilmiş torpaq sahəsinin isə onun yaşayış yerimə yaxın ərazidən verilməsi idi. Özlərinə verilmiş torpaq sahəsinin özlərinə uzaq olduğu üçün həmin torpaq sahəsinə gediş gəlişləri çətin idi. Aralarında torpaq sahəsinin satılması ilə bağlı razılaşma oldu. Həmin vaxtdan sonra o onların, onlar isə onun torpaq sahəsindən istifadə etməyə başlamışlar. İddiaçı və onun ailə üzvlərinə məxsus olan 2.1543 ha kənd təsərrüfatın təyinatlı torpaq sahəsində onun tərəfindən 360 ağac (topa) fındıq kolu, 200 ədəd akasiya ağacı əkilmişdir. Fındıq ağacları 12-14 illik ağaclardır. Artıq bağ tam məhsul vermə qabiliyyətindədir. Cavabdeh və onun ailə üzvləri torpaq sahəsində əkilmiş ağacların artıq məhsul verməyə başladığını gördükdən sonra torpaq sahəsini geri tələb etdilər. O, həmin torpaq sahəsində əkilmiş ağaclar və çəkilmiş xərclərin dəyəri ödəniləcəyi təqdirdə torpaq sahəsini mülkiyyətçilərə verməyə etiraz etmədiyini bildirdi. Lakin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri torpaq sahəsində əkilmiş ağaclar və çəkilmiş xərclərin dəyərini ödəməkdən imtina etmiş və məhkəməyə müraciət etmişlər. Həmin ərazidə 1 ha torpaq sahəsinin dəyəri 8.000 manat təşkil edir. Cavabdehin torpağının ümumi dəyərini 16.000 manadır. Torpaq sahəsində fındıq bağı salındığından həmin torpağın dəyəri artmışdır. Fındıq bağı ilə birlikdə həmin torpağın dəyəri 40.000 manat təşkil edir. Bunun üçün iddiaçının ilkin iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Onun 20 ildən artıq istifadə etdiyi, əkib becərdiyi, qulluq etdiyi torpaq sahəsi fındıq kolları və digər ağaclarla birlikdə cavabdehlərin istifadəsində qalacaqdır. Həmin ağaclarlardan artıq hər topadan 10 kq-dan artıq məhsul əldə olunur. Qeyd etdiyi əsaslar torpaq sahəsinin ümumi dəyərini artırdığı və cavabdehlər əsassız varlandığı üçün çəkilmiş xərclər ona ödənilməlidir. Torpaq sahəsindən çıxdığı təqdirdə cavabdehlər onun hesabına əsassız yerə 24.000 manat varlanacaqlar. Bunun üçün cavabdehlərdən 24.000 manat məbləğ alınaraq ona ödənilməlidir. Qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

8. Ilk iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Qax rayon Məhkəməsinin icraatında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakına daxil olmağa mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi, iddianın qaldırılması məqsədilə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi tələbi üzrə iddia ərizəsi vardır. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsində göstərdiklərinə istinad edərək hal-hazırda iddia tələbində yol verilən formal qüsurları aradan qaldırmaq məqsədilə iddia tələbini dəyişdirmək zərurəti yaranmışdır. Belə ki, cavabdeh ərizəsində göstərir ki, ona məxsus torpaq sahəsini 20 ildən artıq müddətdir ki, 360 topa fındıq kolu əkib və hər topadan 10 kqdan artıq məhsul əldə olunur. Beləliklə il ərzində sadə hesablamalarla sahədən 3600 (üç min altı yüz) kq-dan artıq məhsul əldə edir. Nəzərə alsa ki, əkindən sonra 2-5 il ərzində fındıq ağacı ilk barını verməyə başlayır. Fındıq ağacının tam yetişməsi və maksimum məhsuldarlığa çatması bir qədər uzun müddəti əhatələyə bilər. Ümumilikdə fındıq ağacları 7-8 ilə tam şəkildə yetişir və bar verməyə hazır olur. Cavabdehin ona məxsus torpaq sahəsindən 2001-ci ildən istifadə etdiyini, öz etirafına əsasən həmin ildən 360 ədəd fındıq kolları əkdiyini nəzərə alsa, kollar 2008-2009-cu ildən tam bar verməyə və dediyi kimi hər topadan 10 kq-dan artıq məhsul götürüb. Tam məhsula qədərki dövrü nəzərə almadan, eləcə də tam bar vermə dövrünü maksimum, yəni 8 il götürdükdə cavabdeh 16 ildir ki, sahədən hər il 3.600 kq-dan artıq məhsul əldə edib. Sadə hesablama ilə bu 57.600 kq məhsul deməkdir. Həmin məhsulun orta satış qiymətini 3 manatdan qəbul etsək onda cavabdeh 172.800,00 manat gəlir əldə edib. Bundan başqa cavabdeh fındıq kollarının aralarında olan boş sahələrə uzun illər ərzində davamlı olaraq qarğıdalı və yonca əkərək əlavə gəlir əldə etmişdir. Bu hal mütəxəssis tərəfindən məhkəməyə təqdim edilmiş rəydə olan fotoşəkillərdən də aydın görünür. Torpaq sahəsinə çəkilmiş xərclərin 32.500 manat olduğunu qeyd edən cavabdeh gəlirləri barədə məlumat verməməklə yanaşı torpaq sahəsinin sahibi kimi ona çatmalı məhsulu verməməklə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5.-ci maddəsinin tələblərinə görə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən cavabdeh Cavabdeh qarşı ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakına daxil olmağa mane olmaqla müşaiyət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi, 2009- 2025-ci illər ərzində 360 ədəd fındıq topasından əldə etdiyi 57.600 kq-dan artıq fındıq məsulunun 28.800 kq fındıq məhsulunun natura şəklində ona verilməsi, iddianın qaldırılması məqsədilə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsininin icraatında İddiaçı ilə aramızda mülki iş vardır. Mülki iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə mütəxəsis rəyi təqdim edildiyindən iddia tələbi həcminin artırılması zərurəti yaranmışdır. Mütəxəssis rəyi ilə müəyyən olunur ki, cavabdehlər və qeyriləri 32.500 manat əsassız şəkildə varlanmışlar. Bundan əlavə dövlət rüsumunun fərq hissəsi olan 26 manat ərizəmə əlavə olunur. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad edərək iddia tələbi həcminin artırılmasına dair məhkəməyə müraciət edir. Iddia tələbinin «xahiş edirəm» hissəsini aşağıdakı məzmunda nəzərə alınmasını xahiş edir. Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, 2) Ilkin iddia tələbininQax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən 403013041245 reyestr, 3024019676 qeydiyyat №li, ## ###### 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha torpaq sahəsinin 0.3275 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 0.4567 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, 0.4567 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, 0.4567 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, 0.4567 ha hissəsi X2 mülkiyyətinə verilmişdir. 2002-ci il tarixdə torpaq sahəsinin mülkiyyətçisi olan mərhum Məhəmməd Daşdəmirovla cavabdeh Cavabdeh arasında şifahi qaydada razılaşma əldə olunaraq torpaq sahələrinə gedişgəlişin asanlaşdırılması məqsədi ilə yuxarıda adıçəkilən çıxarışda qeyd qeyd olunan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələri dəyişdirilmiş, həmin vaxtdan etibarən Cavabdeh iddiaçıya İddiaçı və digər payçılara məxsus torpaq sahəsindən istifadə etmişdir. Cavabdeh həmin vaxtdan sonra İddiaçı və digər mülkiyyətçilərin, həmin şəxslər isə Cavabdeh torpaq sahəsindən istifadə etməyə başlamışlar. İddiaçı və onun ailə üzvlərinə məxsus olan 2.1543 ha kənd təsərrüfatın təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən 360 ağac (topa) fındıq kolu, 200 ədəd akasiya ağacı əkilmişdir. İddiaçı ilki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun əmlaka daxil olmasına mane olmaqla müşayət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmasını, cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmiş, cavabdeh Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilk iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 8.1-ci bəndində qeyd olunmuşdur ki, işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia üzrə məhkəmənin mövqeyi ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraatda bir neçə tələb birləşdirildikdə və yaxud işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə, qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Məhkəmə ilk öncə ilk iddia tələbinə tələbə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini qəbul edərək İddiaçı və digər payçıların mülkiyyətində olan 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına etiraz etmədiyini, lakin torpaq sahəsini yaxşılaşdırılmasına dair xərclər çəkdiyini, fındıq və akasiya ağacları əkdiyini göstərərək, həmin ağacların dəyərinin N.G. Daşdəmirova tərəfindən ona ödənilməsini xahiş etmişdir. Beləliklə Cavabdeh tərəfindən İddiaçı və digər mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadə etməsi işin mübahisəsiz halıdır. Bu fakt məhkəmə iclasında Cavabdeh və digər iştirakçıların izahatları, işin faktiki halları və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh mübahisə predmeti olan İddiaçı və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi həmin mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh sözügedən torpaq sahəsindən çıxmasına etiraz etmədiyin və həmin torpaq sahəsinə çəkdiyi xərcləri tələb etdiyini bildirir. Ona görə də məhkəmə hesab edir ki, ilk iddiaçı İddiaçı ilk iddia tələbi əsaslıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 360 ədəd fındıq ağacı və 200 ədəd akasiya ağacı əkilməsini və həmin ağacların hazırda mövcud olmasını İddiaçı və torpaq sahəsinin digər mülkiyyətçiləri danmamışlar. Ona görə də, fındıq ağaclarının mövcudluğu işin mübahisəsiz halıdır. Lakin Cavabdeh tərəfindən əkilən ağacların dəyəri barədə «xxxx»MMC-in IŞ №***- 08/AT-08/2025 rəy verilsə də, torpaq sahəsinin ağaclar mövcud olmadan və yaxud həmin ağaclarla birlikdə dəyəri və alınan qiymət fərqi ilə ağacların dəyəri müəyyən edilsə belə, Cavabdehlə İddiaçı mərhum əri Məhəmməd Daşdəmirovla mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı notariat qaydada təsdiqlənən, hüquqi əsasa söykənməyən əqd bağlamadan qeyd olunan 360 ağac (topa) fındıq kolu, 200 ədəd akasiya ağacı əkməsi Cavabdeh iddiaçı İddiaçı qarşı heç bir çəkilmiş xərclərlə bağlı tələb hüququ yarada bilməz. Çünki Cavabdeh özgəsinin qanuni mülkiyyətində olan torpaqla bağlı gələcəkdə hər hansı bir mübahisənin yaranacağını bildiyi halda özgə mülkiyyətində olan torpaq sahəsində yaxşılaşdırma işləri apararaq xərc çəkmişdir. Bu hal da birmənalı olaraq Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun hesab edilməməlidir. Azərbaycan Respublikasnın Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən «mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya biliməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.» Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsində göstərilmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Cavabdeh hər hansı bir əqd bağlanmadan və şifahi qaydada olan razılıq əsasında özgəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmədən yaxşılaşdırma işləri aparılması, torpaq sahəsinə xərclərin çəkilməsi Cavabdeh vicdanlı sahib olması anlamına gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh X4 və digər mülkiyyətçilərə məxsus torpaq sahəsində həmin ağacları yetişdirərək gəlir götürmüşdür. Ona görə də, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır.

11. Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mirheydər Zeynalov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun əmlaka daxil olmasına mane olmaqla müşayət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi» barədə iddiasının təmin edilməsi, ilk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsi, cavabdeh Cavabdeh İddiaçı qarşı «Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilk iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair» qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

12. Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli əlavə qətnaməsi ilə (hakim Mirheydər Zeynalov) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh qarşı «cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi, 2009-2025-ci illər ərzində 360 ədəd fındıq topasından əldə etdiyi 57.600 kq-dan artıq fındıq məsulunun 28.800 kq fındıq məhsulunun natura şəklində ona verilməsi, iddianın qaldırılması məqsədilə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə» ilk iddiasının «2009-2025-ci illər ərzində 360 ədəd fındıq topasından əldə etdiyi 57.600 kqdan artıq fındıq məsulunun 28.800 kq fındıq məhsulunun natura şəklində ona verilməsi»nə dair hissəsinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 164.1, 165.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən 403013041245 reyestr, 3024019676 qeydiyyat №li, ## ###### 2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha torpaq sahəsinin 0.3275 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 0.4567 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, 0.4567 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, 0.4567 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, 0.4567 ha hissəsi X2 ümumibirgə mülkiyyətinə verilmişdir. Aqronom Rəyindən görünür ki, Aqronom rəyi verilməsi üçün ## #### 2025-ci il tarixdə Qax rayonu, Güllük kəndində yerləşən Cavabdeh istifadəsində olan 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş fındıq kollarının, akasiya ağaclarının yerləşdiyi əraziyə baxış keçirilmişdir. Torpaq sahəsinə baxış keçirildikdə təqribən 10-12 illik fındıq kollarının olması, fındıq kollarının 2012-ci ildən sonra əkilməsi və akasiya ağaclarının yaşının təxminən 5-10 illik olması müəyyən edilmişdir. Fındıq kollarının yaşının 10-12 illik olması və başqa əraziyə köçürüləcəyi təqdirdə ağacların köklərinin zədələnməsi ilə nəticələnəcəyindən və ağaclar azı 10 il məhsuldarlıq qabiliyyətini itirəcəyindən aqrotexniki qaydalara əsasən ağacların başqa əraziyə köçürülməsi yolverilməzdir. Bundan əlavə fındıq kollarına aqrotexniki qaydada qulluq edilmiş və fındıq kollarının arası şumlandığı müşahidə edilmişdir. «xxxx»MMC-in IŞ №***-08/AT-08/2025 Rəydən görünür ki,1.15-18 yaş arası fındıq ağaclarının bir ədədinin dəyəri 100 manat təşkil edir. Akasiya ağacının bir ədədinin dəyəri 40 manat təşkil edir. 2. Qeyd edilən ərazidə bu tip torpaq sahəsinin bir hektarının dəyəri 10.000- 12.000 manat arasında dəyişir. Qiymətləndirmək istədikləri 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi dəyəri 22.000 manat təşkil edir. Bitkilərin ümumi dəyəri 32.500 manat təşkil edir. Ümumilikdə bağ sahəsi və bitkilərlə birlikdə 54.500 manat təşkil edər.3.Qiymətləndirmə işi aparılarkən ağacların müvcudluğunun təsdiqini Yerin relyefi və dəyişikliklər nəzərə alınarak foto şəkilləri özündə əks etdirən Google Earth proqramından illər üzrə skrin şəkillər götürülmüş və hesabata əlavə edilmişdir.4. Bizim mütəxəssis ağaclara yerində baxdı və ağacların yaşı 10-12 arası olması müşahidə etdi. Həmçinin əlavə olaraq PEYK görüntülərindəndə məlum oldu ki, həmin ərzidə ağacların yaşı 10-12 ildən artıq deyildir.

15. Qax Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən, eyni zamanda Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli əlavə qətnaməsindən narazı olan iddiaçı İddiaçı apellyasiya şikayətləri vermişdir.

16. Qax Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən narazı olan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsi ilkin iddanın artırılmış tələbin nəzərə alınmaması hissəsində dəyişdirilməli və iddia tələbi artırılmış tələb daxil olmaqla bütünlüklə təmin olunmalıdır. “xxxx” MMC-nin №-08/AT-08/2025rəyini məhkəməyə təqdim edildikdən sonra hər fındıq topasından 10-12 kq fındıq alındığı, eyni zamanda cərgələrarası yonca və qargıdalı əkildiyi bildirilmiş bu hallar rəyə əlavə edilmiş fotoşəkillərlə də bir daha sübut edilir. Uzun illər ərzində iddiaçıya məxsus torpaq sahəsindən kifayət qədər məhsul götürən cavabdeh bu müddət ərzində iddiaçıya həmin məhsuldan verməmişdir. Rəylə torpaq sahəsinə 22000 (iyirmi iki min) manat, fındıqtopalarına isə 32500(otuz iki min beş yüz) manat qiymət qoyulmuşdur. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı özünə məxsus torpaq sahəsini və əlavə olaraq 10500 (on min beş yüz) manat pul verməklə cavabdehin tələbini ödəməlidir. Cavabdeh torpaq sahəsinə qoyduğu vəsaitdən dəfələrlə çox vəsait əldə etmişdir. Iddia tələbinin artırılmasınasəbəb mütəxəssis rəyində göstərilənlər olmuşdur. Belə ki, hər fındıqtopasından əldə olunan məhsulun miqdarı barədə iddiaçının məlumatı olsa da mütəxəssis rəyi rəsmi sənəd olduğundan bu daha mötəbər olmaqla, rəyə istinad etmək əsaslıdır. Qətnamədən də görünür ki, iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmənin sübutlara münasibət bildirməmişdir. Yuxarıda qeyd olunduğu kimi məhkəmə iddia tələbini qismən təmin edərkən, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmənin sübut kimi qəbul etdiyi mütəxəssis rəyi və cavabdehin izahatları iddia tələbinin tam həcmdə təmin edilməsinə əsas olduğu halda, məhkəmə iddianın artırılmış hissədə təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, işdəki dəlil və sübutlara birtərəfli və qeyri obyektiv hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmənin qətnaməsini iddiaçının tələbinin artırılmış hissəsində qiymətləndirilməməsini əsassız hesab edir. Iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizəni məhkəmənin elektron sisteminə yerləşdirmiş, məhkəmə iş üzrə qətnaməni ##.##.2025-ci ildə çıxarmış və qətnamə elektron məhkəmə sisteminə ##.##.2025-ci il tarixdə yerləşdirilsə də tələbin artırılmasının qəbul edilib-edilməməsi barədə qərardad bu günədək qəbul edilməmişdir. Beləliklə, hesab edir ki, məhkəmə əsassız olaraq iddia tələbinin artırılması hissəsinə qiymət verməmiş, iş üçün əhəmiyyəti olan bu halı nəzərə almamış və bu hala izah verilməmişdir. Ona görə də, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakına daxil olmağa mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdehin zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndindəyerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi, iddianın qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə Qax Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilərək, iddia tələbinin artırılmış hissəsi də daxil olmaqla iddia tələbinin bütünlüklə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Iddiaçı İddiaçı Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli əlavə qətnaməsindən də apellyasiya şikayəti verərək iddiaçı İddiaçı cavabdeh CavabdehFeyzullah oğluna qarşı ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakına daxil olmağa mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, cavabdehin zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndindəyerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi, iddianın qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə Qax Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilərək, iddia tələbinin artırılmış hissəsi də daxil olmaqla iddia tələbinin bütünlüklə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Cavabdeh Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qanunvericiliyinin qeyd olunan normasından da göründüyü kimi Cavabdeh əmlaka 2002ci il tarixdən vicdanlı sahiblik etdiyindən, torpaq sahəsinə 20 ildən artıq qulluq etdiyindən, torpaq sahəsində fındıq kolları və akasiya ağacları əkdiyindən və həmin ağacların torpaq sahəsindən ayrılması mümkün olmadığından çəkdiyi məsrəflərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə sözügedən hüquq normasının tələblərini pozmuşdur. Qeyd edir ki, İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh heç bir hüquqi əsas olmadan özlərinin ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən özlərinin istifadə etməyinə maneçilik törətmişdir. Ailə üzvləri cavabdehin qanunsuz hərəkətlərinə görə ümumi paylı mülkiyyətlərində olan Qaxrayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişən məhsulları yığa bilmirlər. Birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, Cavabdeh qarşılıqlı iddiasının rədd olunmasına dair hər hansı bir əqd bağlanmadan və şifahi qaydada olan razılıq əsasında özgəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmədən yaxşılaşdırma işləri aparılması, torpaq sahəsinə xərclərin çəkilməsi Cavabdeh vicdanlı sahib olması anlamına gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı və digərmülkiyyətçilərə məxsus torpaq sahəsində həmin ağacları yetişdirərək gəlir götürmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbiəsassızdır. Belə olan təqdirdə Cavabdeh torpaq sahəsindən özbaşınaistifadə etməsi müqavilə bağlamadan qeyd olunan 360 ağac (topa) fındıq kolu, 200 ədəd akasiya ağacıəkməsi Cavabdeh iddiaçı İddiaçı qarşı heç bir çəkilmişxərclərlə bağlı tələb hüququ yarada bilməz. Çünki Cavabdeh özgəsinin qanuni mülkiyyətində olan torpaqla bağlı gələcəkdə hər hansı bir mübahisənin yaranacağını bildiyi halda özgə mülkiyyətində olan torpaq sahəsində yaxşılaşdırma işləri apararaq xərc çəkmişdir. Məhkəmənin qeyd olunan mövqeyi iddiaçıları hüquqdan sui-istifadə etməyə zəmin yaratmaqla, ilkin iddia üzrə iddiaçının əsassız varlanmasına zəmin yaradır. Qeyd edir ki, 2002-ci il tarixdə Cavabdeh gələcəkdə belə bir mübahisənin olacağını bilsəydi əlbətdəki həmin torpaqda ağac əkməz və abadlıq işləri həyata keçirməz və ümumiyyətlə torpaq sahəsini Daşdəmirovlar ilə dəyişdirməzdi. Məkhəmə iclasında tərəflərin vermiş olduqları izahatlardan da aydın olur ki, tərəflər torpaq sahələrini şifahi şəkildə dəyişmişlər. Aralarında şifahi razılaşma olması, torpaq sahəsinin tərəflərin iradə ifadəsinə uyğun dəyişdirilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə İddiaçı və digərləri torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüququna malik olsalar da, onun üzərində Cavabdeh tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əkilib becərilmiş fındıq və s. ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Belə olan təqdirdə İddiaçı Cavabdeh məhkəməyə verməklə özlərinə məxsustorpaq sahəsindən çıxarılmasını tələb etmələri hüquqdan sui-istifadədir. Hüquqdan digər sui-istifadə halı İddiaçı tərəfindən iddia tələbi həcminin artırılmasına dair vermiş olduğu ərizədir. Həmin ərizədə Cavabdeh özləri tərəfindən əkilməmiş, bir gün belə qulluq edilməmiş ağaclardan 2009-2025-ci illər ərzində Cavabdeh tərəfindən yığılmış 28800 kq fındıq məhsulunun natura şəklində onlara verilməsini tələb etmişlər. Buradan aydın olur ki, İddiaçı və ailəüzvləri 2002-ci il tarixdən 2025-ci il tarixə qədər gözləmişlər ki, bağ məhsuldar vəziyyətə çatsın və fındıq ağacları ilə birlikdə Cavabdeh torpaq sahəsini geri alsınlar. Qeyd olunan pozuntu halları və İddiaçı və digərlərinin hüquqdan sui-istifadə halları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edir ki, məhkəmə qərarında sübut növü olaraq işin hallarını tam araşdırmamış, mülki iş materiallarına əlavə edilən, arayışları, mütəxəssis rəyini, torpaq sahəsinin Cavabdeh 2002-ci il tarixdən istifadəsində olmasını, tərəfin torpaq sahəsinə vicdanlı sahiblik etməsini, İddiaçı və digərlərinin hüquqdan sui-istifadə etməsi və əsassız varlanma hallarını, eyni zamanda məhkəmə iclasında vermiş olduğu izahatlara düzgün hüquqi qiymət verməmiş, bununla da prosessual hüquq normasının tələblərini pozmuşdur. Odur ki, Qax Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, apellyasiya şikayəti üçün ödənilmiş 94 manat dövlət rüsumunun, hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqının İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Iddiaçı İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi və vəkili vəkil1 verdikləri apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinin isə təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

25. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

31. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. Iddiaçı İddiaçı qətnamənin və əlavə qətnamənin təmin edilməyən hissəsinə münasibətdə dəyişdirilməsini, cavabdeh Cavabdeh isə qətnamənin qarşılıqlı iddiaya münasibətdə ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamələrinin əsaslılığını həmin hissələrdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

34. Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinin dəlilləri əsaslıdır.

35. Belə ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, illər öncə həyat yoldaşı Cavabdeh ilə öz aralarında razılaşaraq, torpaq sahələrini dəyişdi. Cavabdeh torpaq sahəsinə çox əziyyət çəkdi, lakin əkdikləri bar vermədi. O, həyat yoldaşına sağlığında dəfələrlə demişdir ki, öz torpaqlarını qaytarsınlar. Onunla razılaşmamış, bildirmişdir ki, o nə vaxt ölər, ondan sonra istədiklərini edərlər. Torpaq sahəsinin geri qaytarılmasını istəyir.

36. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, atası onlardan xəbərsiz olaraq torpaq sahəsini Cavabdehlə dəyişmişdir. Onlar uşaqları olaraq torpaq sahəsinin geri qaytarılmasını istəyirlər. Çünki Cavabdeh torpağında heçnə bitmir. Həmin torpaq məhsuldar deyil. Həmçinin ekspertizanın verdiyi rəylə razı deyillər. Rəydə göstərilən məbləğlər şişirdilmiş qiymətlərdir.

37. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, mərhum ataları onların razılığı olmadan torpaq sahəsini Cavabdehlə dəyişmişdir. Hal-hazırda öz torpağı geri istəyirlər. Cavabdeh torpağı məhsuldar deyil.

38. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, hal hazırda öz torpağı geri istəyirlər.

39. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi 2002-ci ildən Cavabdeh istifadəsində olmuş, tərəflərin razılaşması əsasında torpaq sahəsi dəyişdirilmiş, Cavabdeh tərəfindən həmin torpaq sahəsində ağaclar əkilmiş və sair işlər görülmüşdür. Həmin illər ərzində İddiaçı və onun ailə üzvləri Cavabdeh istifadəsində olan torpaq sahəsinə dair hər hansısa bir etiraz etməmiş, torpağın qaytarılması ilə bağlı heç bir tələb irəli sürməmişlər.

40. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vicdanlı sahib sayılması üçün mövcud şərtlərdən biri əşyanın müəyyən əvəz qarşılığında əldə edilməsidir.

41. Iş materialından, eyni zamanda tərəflərin izahatlarından görünür ki, torpaq sahələri qarşılıqlı razılıq əsasında dəyişdirilmiş, faktiki və könüllü olaraq bir-birinin sahibliyinə verilmişdir.

42. Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

43. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.

44. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.

45. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.

46. «xxxx» MMC-in IŞ №***-08/AT-08/2025 Rəyindən görünür ki, 1. 15-18 yaş arası fındıq ağaclarının bir ədədinin dəyəri 100 manat təşkil edir. Akasiya ağacının bir ədədinin dəyəri 40 manat təşkil edir. 2. Qeyd edilən ərazidə bu tip torpaq sahəsinin bir hektarının dəyəri 10.000- 12.000 manat arasında dəyişir. Qiymətləndirmək istədikləri 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi dəyəri 22.000 manat təşkil edir. Bitkilərin ümumi dəyəri 32.500 manat təşkil edir. Ümumilikdə bağ sahəsi və bitkilərlə birlikdə 54.500 manat təşkil edər.3.Qiymətləndirmə işi aparılarkən ağacların müvcudluğunun təsdiqini Yerin relyefi və dəyişikliklər nəzərə alınarak foto şəkilləri özündə əks etdirən Google Earth proqramından illər üzrə skrin şəkillər götürülmüş və hesabata əlavə edilmişdir.4. Bizim mütəxəssis ağaclara yerində baxdı və ağacların yaşı 10-12 arası olması müşahidə etdi. Həmçinin əlavə olaraq PEYK görüntülərindəndə məlum oldu ki, həmin ərzidə ağacların yaşı 10-12 ildən artıq deyildir.

47. Bundan başqa, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razılaşır və şikayətin dəlillərini əsassız hesab edir.

48. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh qarşı «cavabdeh Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona verilməsi, 2009-2025-ci illər ərzində 360 ədəd fındıq topasından əldə etdiyi 57.600 kq-dan artıq fındıq məsulunun 28.800 kq fındıq məhsulunun natura şəklində ona verilməsi, iddianın qaldırılması məqsədilə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə» ilk iddiasının «2009-2025ci illər ərzində 360 ədəd fındıq topasından əldə etdiyi 57.600 kqdan artıq fındıq məsulunun 28.800 kq fındıq məhsulunun natura şəklində ona verilməsi»nə dair hissəsi təmin edilməmişdir.

49. MPM-in 156.1.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırması qarşılıqlı iddianın qəbul edilməsi şərtlərindən biridir.

50. Bununla yanaşı iş materialından və tərəflərin izahatlarından görünür ki, torpaq sahələri qarşılıqlı olaraq dəyişdirilmiş və cavabdehə məxsus torpaq sahəsi də iddiaçının istifadəsində olmuş, həmin torpaq sahəsində iddiaçı yonca əkib becərmiş və müvafiq bəhər əldə etmişdir.

51. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qarşılıqlı iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Qax Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən və Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli əlavə qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddiaya münasibətdə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə Cavabdeh qarşılıqlı iddiası təmin edilməlidir.

52. MPM-in 107, 119.1 və 220.5-ci maddələrinə əsasən dövlət rüsumundan və işə baxılması ilə bağlı digər məsrəflərdən ibarət olan məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən və Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli əlavə qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32500 manat pul vəsaiti, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 188 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 94 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. Ilkin iddia tələbinin Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsi və qarşılıqlı iddia tələbinin Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32500 manat pul vəsaiti, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqı, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 188 manat məbləğində dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 94 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməsi eyni anda icra edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar