Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-492/2026 25.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 ümumi birgə mülkiyyətdə olan əmlakın bölgüsü tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın hərracdan satılması) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, Cavabdehlər cavabdeh3 və cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölgüsü tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadıqda həmin əmlakın qapalı hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi və İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın qapalı hərracdan satılması mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı şəhəri,A.Aslanov küçəsi (indiki Babək küçəsi) ünvanında yerləşən * nömrəli ev 3/6 hissədə onun mülkiyyətindədir. Lakin həmin ev ümumi birgə paylı mülkiyyət olduğu üçün o həmin evin özünə məxsus olan hissəsi ilə bağlı istədiyi kimi sərəncam vermək hüququndan məhrum olmuşdur. Belə ki, cavabdeh ona qeyd edilən əmlakdan istifadə etməyə və qeyd edilən əmlakın ona məxsus olan hissəsi ilə bağlı ona sərəncam verməyə imkan vermir. Buna görə də o ümumi birgə mülkiyyətləri olan yuxarıda qeyd edilən daşınmaz əmlakda olan payının üzərində sərəncam vermək qərarına gəlmişdir. Bu məqsədlə qeyd edilən əmlaklarda olan payının cavabdeh tərəfindən satın alınması, bu mümkün olmadıqda isə satılaraq bölünməsi ilə bağlı cavabdehə təklif göndərmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh onun təkliflərinin heç birinə cavab verməmişdir. Buna görə də o, qeyd edilən daşınmaz əmlaka olan hüquqlarını təmin etmək üçün qeyd edilən ümumi birgə əmlakın satılaraq bölünməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Hesab edir ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlak hərracdan satılmalı və satışdan əldə edilmiş pul məbləği paylarına münasib olaraq aralarında bölünməlidir. Ona görə də İsmayıllı şəhəri,A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadıqda həmin əmlakın qapalı hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi və İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın qapalı hərracdan satılması mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayır. İddiaçı İddiaçı qaynıdır. İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində iddiaçı İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, eyni zamanda digər birgə mülkiyyətçilər onun yəni cavabdeh2 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar, cavabdeh1 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. Ərinin sağlığında qaynı İddiaçı mübahisəli fərdi yaşayış evinə dair hər hansı tələbi olmamış, ərinin vəfatından sonra mübahisəli fərdi yaşayış evinə dair payını tələb etmişdir. O, mübahisəli fərdi yaşayış evinin bölünməsinə və iddiaçının payına düşən hissədə yaşamasına etiraz etmir. İddiaçı istənilən vaxt fərdi yaşayış evinin öz payına düşən hissəsində yaşaya bilər. Onun fərdi yaşayış evinin iddiaçının payına düşən hissəsinə dair kompensasiya ödəmək üçün maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehlər cavabdeh1 və cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər cavabdeh1 və cavabdeh3 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.
7. İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov), İddia tələbinin təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 407013093402-***** olan ##.##.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evinin qapalı hərracda satılması, qapalı hərracdan satılması mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 407013093402-***** olan ##.##.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri,A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 51300 manat məbləğində müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 407013093402-***** reyestr nömrəli çıxarışa əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər cavabdeh2 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar, cavabdeh1 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, inventar nömrəsi 407- 1/270 olan fərdi yaşayış evinə dair texniki pasporta əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi İddiaçı 3/6 hissə, cavabdeh2 fərdi ev 1/6 hissə,torpaq 0.01 hektar,cavabdeh1 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli, QCM/A ***-***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanın ## ###### 2024-cü il tarixinə dəyəri torpaq sahəsi 28000 manat və fərdi yaşayış evi 51300 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, №*-**-**/*-**/****/**** saylı ekspert rəyinə əsasən mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədinin mərtəbələr üzrə otaqlarının təsnifatı hissəsi ilə həmin “Texniki Paspoert” sənədinin tikintilərinin mərtəbələr üzrə planı hissəsi arasında uyğunsuzluq olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin naturada real bölgü əsasında bərabər hissələrə bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyində əsasən işin araşdırılması üçün mütəxəssislər İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə və daxilində yerləşən fərdi yaşayış evinə və köməkçi tikiliyə baxış keçirmişlər və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 407013093402-***** reyestr nömrəli 407- 1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi,torpaq 0.01 hektar), cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evi və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada tərəflər arasında bölgü aparılması mümkün deyildir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, 3-21-3-42/2- ****/**** saylı mütəxəssis rəyinə əsasən kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakla bağlı verilmiş ## ####### 2024-cü il tarixli mütəxəssis rəyi verilərkən fərdi yaşayış evinin iki tərəf (iddiaçı İddiaçı və digər 3 mülkiyyətçinin eyni bir tərəf və ya bir şəxs kimi nəzərə alınmaqla) arasında paylara münasib olaraq bölgüsünü, fərdi yaşayış evinin bütün mülkiyyətçilər arasında paylarına münasib olaraq bölgüsünü və fərdi yaşayış evinin üzərində yerləşdiyi və həyətyanı torpaq sahəsində iddiaçının, yəni İddiaçı payının olmamasını nəzərə alınaraq rəy verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 407013093402-***** reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar), cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evinin naturada (tikilinin faktiki vəziyyəti üzrə) bölünməsi fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda iddiaçı İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmamsı səbəbindən (0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığına görə yola çıxışın mümkünsüz olmasından) və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada fərdi yaşayış evinin tərəflər arasında bölgü aparılması mümkün deyildir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilmiş, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləği iddiaçı İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı İsmayıllı şəhəri,A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadıqda həmin əmlakın qapalı hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi və İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın qapalı hərracdan satılması mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh cavabdeh2 ərinin sağlığında qaynı İddiaçı mübahisəli fərdi yaşayış evinə dair hər hansı tələbinin olmadığını, ərinin vəfatından sonra iddiaçı mübahisəli fərdi yaşayış evinə dair payını tələb etdiyini, mübahisəli fərdi yaşayış evinin bölünməsinə və iddiaçının payına düşən hissədə yaşamasına etiraz etmədiyini, onun fərdi yaşayış evinin iddiaçının payına düşən hissəsinə dair kompensasiya ödəmək üçün maddi imkanı olmadığını bildiri və qeyd etdikləri nəzərə alınmaqla məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər cavabdeh1 və cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən onların iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında 0.06 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər cavabdeh2 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar, cavabdeh1 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli, QCM/A ***- ***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanın ## ###### 2024-cü il tarixinə dəyəri torpaq sahəsi 28000 manat və fərdi yaşayış evi 51300 manat təşkil edir. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin naturada birgə mülkiyyətçilər arasında real bölgü əsasında bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinə sorğular göndərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, №*-**-**/*-**/****/**** saylı ekspert rəyinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ####### 2024-cü il tarixli, 3-21-3-42/2- ****/**** saylı və ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəylərinə əsasən mübahisə predmeti olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda iddiaçı İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmaması səbəbindən (0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığına görə yola çıxışın mümkünsüz olmasından) və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada fərdi yaşayış evinin tərəflər arasında bölgü aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə mübahisə predmeti olan fərdi yaşayış evinin naturada mülkiyyətçilər arasında real bölgüsü mümkün olmadığından həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin mülkiyyətçilər arasında paylarına uyğun bölünməsini və fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 51300 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir.
10. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi 407013093402- ***** olan ##.##.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi qapalı hərracda satılmalı, qapalı hərracdan satılması mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılmalı, satışdan əldə edilmiş pul məbləği mülkiyyətçilər arasında paylarına uyğun bölünməli və İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 51300 manat məbləğində müəyyən edilməlidir.
11. Prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlmişdir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir.
12. Eyni zamanda Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğinin tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən məbləğ Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında verilmiş icra sənədində iddiaçı İddiaçı tutulması qeyd edildiyindən həmin məbləğin hazırkı mülki iş üzrə tərəflərdən tutulması hissəsində təmin edilməməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələri, Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88,106.1, 107, 119.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.
15. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədinin mərtəbələr üzrə otaqlarının təsnifatı hissəsi ilə həmin “Texniki Paspoert” sənədinin tikintilərinin mərtəbələr üzrə planı hissəsi arasında uyğunsuzluq olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin naturada real bölgü əsasında bərabər hissələrə bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmadığı qeyd edilmişdir.Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ####### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı və ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəylərinə əsasən mübahisə predmeti olan fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda iddiaçı İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmaması səbəbindən fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada tərəflər arasında bölgü aparılması mümkün olmamışdır.Mütəxəssis rəyləri aydındır.Bölmək mümkün deyildir.Ancaq ekspert rəyi başa düşülən deyildir, natamam rəydir. Sübut kimi qəbul edilə bilməz.Daşınmaz əmlak 0.06 hektar torpaq sahəsində yerləşir və iki hissədən giriş çıxışı vardır. Mübahisəli əraziyə yerində baxış keçirilərsə bölünməsinin mümkün olması bilinər.Hətta hasardan yol açmaq mümkündür.Fərdi yaşayış evi ya belə, yada belə bölünməlidir.
16. Evin naturada bölgüsü keçirilərsə onun mülkiyyətində olan torpaq sahəsindən ümumi yoldan istifadə edilməsinə razılaşacağını bildirmişdir.Mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir.İsmayıllı şəhəri,A.Aslanov hərracda küçəsi ev 2 ünvanında yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi qapalı satılsması qapalı hərracdan satılması mümkün olmadıqda həmin əmlak açıq hərracdan satılması qət edilmişdir. Məhkəmənin gəldiyi bu nəticə də tam qanunsuz və əsassızdır.
17. Hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə onun yenidən işə baxılmasına yol verilmir. İsmayıllı Rayon Məhkəməsinin hazırkı qətnaməsi və İsmayıllı Rayon Məhkəməsinin e-2(037)- 14/2025##.##.2025-ci il tarixli qətnaməsi məhz eyni hakim İ.Hüesynov tərəfindən çıxarılmışdır. Prosesual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.
18. Məhkəmə mövcud mübahisəli məsələsini həll edilərkən formal mülahizələrdən çıxış edərək, tələb ilə bağlı kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır. İş üzrə torpaqşünaslıq ekspertizası təyin etməmiş, onun mülkiyyətində olan torpaq sahəsinin mülkiyətində olması müəyyən edilməsinə baxmayaraq, mülkiyyətində olan torpaq sahəsinin üzərində olan ümumi mülkiyyətdə olan fərdi yaşayış evinin hərrcadan satılmasına dair nəticəyə gəlinməsi tam əsassız bir nəticədir.
19. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 oğlu apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixdə keçirilmiş iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadının 20ci bəndinə əsasən əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyator İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 407013093402-***** reyestr nömrəli çıxarışlara əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər cavabdeh2 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar, cavabdeh1 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, inventar nömrəsi 407-1/270 olan fərdi yaşayış evinə dair texniki pasporta əsasən İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında 0.06 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evi İddiaçı 3/6 hissə, cavabdeh2 fərdi ev 1/6 hissə,torpaq 0.01 hektar,cavabdeh1 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli, QCM/A ***- ***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı və digərlərinin paylı mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanın ## ###### 2024-cü il tarixinə dəyəri torpaq sahəsi 28000 manat və fərdi yaşayış evi 51300 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, №*-**-**/*-**/****/**** saylı ekspert rəyinə əsasən mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədinin mərtəbələr üzrə otaqlarının təsnifatı hissəsi ilə həmin “Texniki Pasport” sənədinin tikintilərinin mərtəbələr üzrə planı hissəsi arasında uyğunsuzluq olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin naturada real bölgü əsasında bərabər hissələrə bölünməsinin mümkün olub-olmaması barədə tədqiqat aparılmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ####### 2024cü il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyində əsasən işin araşdırılması üçün mütəxəssislər İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə və daxilində yerləşən fərdi yaşayış evinə və köməkçi tikiliyə baxış keçirmişlər və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 407013093402-***** reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi,torpaq 0.01 hektar), cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evi və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada tərəflər arasında bölgü aparılması mümkün deyildir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, 3-21-3-42/2- ****/**** saylı mütəxəssis rəyinə əsasən kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakla bağlı verilmiş ## ####### 2024-cü il tarixli mütəxəssis rəyi verilərkən fərdi yaşayış evinin iki tərəf (iddiaçı İddiaçı və digər 3 mülkiyyətçinin eyni bir tərəf və ya bir şəxs kimi nəzərə alınmaqla) arasında paylara münasib olaraq bölgüsünü, fərdi yaşayış evinin bütün mülkiyyətçilər arasında paylarına münasib olaraq bölgüsünü və fərdi yaşayış evinin üzərində yerləşdiyi və həyətyanı torpaq sahəsində iddiaçının, yəni İddiaçı payının olmamasını nəzərə alınaraq rəy verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 407013093402- ***** reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar), cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evinin naturada (tikilinin faktiki vəziyyəti üzrə) bölünməsi fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda iddiaçı İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmaması səbəbindən (0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığına görə yola çıxışın mümkünsüz olmasından) və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada fərdi yaşayış evinin tərəflər arasında bölgü aparılması mümkün deyildir. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi tələbinə məhkəməyə müraciət etmiş, İsmayılllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilmiş, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləği iddiaçı İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı İsmayıllı şəhəri,A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadıqda həmin əmlakın qapalı hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi və İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakın qapalı hərracdan satılması mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylarına münasib olaraq aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir.İddiaçı cavabdehlərə İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli evin onun mülkiyyətində olan 3/6 hissəsini bazar qiymətinə münasib olaraq ondan satın alınması barədə təklif göndərilmiş, cavabdeh cavabdeh2 ərinin sağlığında qaynı İddiaçı mübahisəli fərdi yaşayış evinə dair hər hansı tələbinin olmadığını, ərinin vəfatından sonra iddiaçı mübahisəli fərdi yaşayış evinə dair payını tələb etdiyini, mübahisəli fərdi yaşayış evinin bölünməsinə və iddiaçının payına düşən hissədə yaşamasına etiraz etmədiyini, onun fərdi yaşayış evinin iddiaçının payına düşən hissəsinə dair kompensasiya ödəmək üçün maddi imkanı olmadığını bildirmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri əsassızdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyinin başa düşülən olmaması, natamam olması, daşınmaz əmlakın 0.06 hektar torpaq sahəsində yerləşməsi və iki hissədən giriş çıxışının olması, evin naturada bölgüsü keçirilərsə onun mülkiyyətində olan torpaq sahəsindən ümumi yoldan istifadə edilməsinə razılaşacağını, məhkəmənin gəldiyi nəticənin tam qanunsuz və əsassız olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
38. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 407013093402-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı müəyyən edilmiş, digər birgə mülkiyyətçilər cavabdeh2 fərdi ev 1/6 hissə və torpaq 0.01 hektar,cavabdeh1 fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.04 hektar və cavabdeh3 isə fərdi ev 1/6 hissə, torpaq sahəsi 0.01 hektar payları müəyyən edilmişdir. 39.İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, №*-**-**/*-**/****/**** saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş “Texniki Pasport” sənədinin mərtəbələr üzrə otaqlarının təsnifatı hissəsi ilə həmin “Texniki Paspoert” sənədinin tikintilərinin mərtəbələr üzrə planı hissəsi arasında uyğunsuzluq olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin naturada real bölgü əsasında bərabər hissələrə bölünməsinin mümkün olubolmaması barədə tədqiqat aparılmamışdır.
40. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ####### 2024cü il tarixli, 3-21-3-42/2- ****/**** saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması üçün mütəxəssislər İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə və daxilində yerləşən fərdi yaşayış evinə və köməkçi tikiliyə baxış keçirmişlər və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 407013093402-***** reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi,torpaq 0.01 hektar), cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evi və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada tərəflər arasında bölgü aparılması mümkün deyildir.
41. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** saylı mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı çəlum olmuşdur ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli daşınmaz əmlakla bağlı verilmiş ## ####### 2024-cü il tarixli mütəxəssis rəyi verilərkən fərdi yaşayış evinin iki tərəf (iddiaçı İddiaçı və digər 3 mülkiyyətçinin eyni bir tərəf və ya bir şəxs kimi nəzərə alınmaqla) arasında paylara münasib olaraq bölgüsünü, fərdi yaşayış evinin bütün mülkiyyətçilər arasında paylarına münasib olaraq bölgüsünü və fərdi yaşayış evinin üzərində yerləşdiyi və həyətyanı torpaq sahəsində iddiaçının, yəni İddiaçı payının olmamasını nəzərə alınaraq rəy verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 407013093402-***** reyestr nömrəli 407-1/270 inventar nömrəli texniki pasporta əsasən İddiaçı (fərdi yaşayış evi üzrə 3/6 hissədə mülkiyyətçi), cavabdeh2 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi,torpaq 0.01 hektar), cavabdeh1 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.04 hektar) və cavabdeh3 (fərdi yaşayış evi üzrə 1/6 hissədə mülkiyyətçi, torpaq 0.01 hektar) mülkiyyətlərində olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə pay bölgüsü məlum olduğu halda fərdi yaşayış evinin naturada (tikilinin faktiki vəziyyəti üzrə) bölünməsi fərdi yaşayış evinin sərbəst girişinin yalnız bir hissədən olması və eyni zamanda iddiaçı İddiaçı sözügedən 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmamsı səbəbindən (0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığına görə yola çıxışın mümkünsüz olmasından) və fərdi yaşayış evinə nəzərən mülkiyyətdə olan torpaq sahəsinin yola çıxışı təmin olunmadığı üçün faktiki naturada fərdi yaşayış evinin tərəflər arasında bölgü aparılması mümkün deyildir.
42. ## ###### 2023-cü il tarixli ümumi birgə əmlakın bölgüsü ilə bağlı təklifdən görünür ki, İddiaçı ## ###### 2023-cü il tarixdə İsmayıllı şəhəri,A.Aslanov küçəsi ev 2 ünvanında yaşayan cavabdeh2, cavabdeh1 və cavabdeh3 ümumi birgə mülkiyyətdə olan İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli evin onun mülkiyyətində olan 3/6 hissəsini bazar qiymətinə münasib olaraq ondan satın almağı və İsmayıllı şəhəri, A.Aslanov küçəsi ünvanında yerləşən * nömrəli evin bazar qiymətinə münasib olaraq qiymətləndirilməsi və satılaraq pulunun paylarına münasib olaraq aralarında bölünməsi barədə ümumi birgə əmlakın bölgüsü ilə bağlı təklif göndərmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 407013093402-***** reyestr nömrəli çıxarışdan görünür ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evində İddiaçı 3/6 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, həmin evdən mülkiyyətçinin payının naturada ayrılması mümkün deyildir, bu səbəbdən iddiaçı qeyd olunan fərdi yaşayış evinin onun payına düşən hissəsinin satın alınması barədə cavabdehlərə təklif göndərmiş, lakin tərəflər arasında hər hansı razılaşma olmadığından qeyd olunan mənzilin hərracdan satılaraq satış pulunun paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsini tələb etmiş, birinci instansiya məhkəməsi də qeyd olunan fərdi yaşayış evinin Mülki Məcəllənin 220.2-220.6-cı maddələrinin tələblərinə uyğun olaraq tərəflər arasında qapalı hərracda, bu mümkün olmadıqda isə açıq hərracda satılması və mənzilin satışından əldə olunan pul vəsaitinin mülkiyyətçilərin paylarına uyğun bölüşdürülməsini qət etmişdir. 44.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İsmayıllı Rayon Məhkəməsinin hazırkı qətnaməsi ilə e-2(037)-14/2025##.##.2025-ci il tarixli qətnaməsinin eyni hakim (İ.Hüseynov) tərəfindən çıxarılması prosesual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.3-cü maddəsində göstərilmişdir ki, hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etdikdə hakimin işə baxılmasına yol verilmir.
48. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin müxtəlif instansiyalarda hakim kimi eyni işin baxılmasında təkrar iştirak etməsini istisna etmişdir. Hazırkı vəziyyətdə yuxarıda göstərilən hal mövcud deyildir və prosessual qanunvericiliyin tələblərinin pozulması halı aşkar olunmamışdır.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi mövcud mübahisəli məsələni həll edərkən formal mülahizələrdən çıxış edərək, tələb ilə bağlı işin əhəmiyyətli hallarını araşdırmaması, iş üzrə torpaqşünaslıq ekspertizasının təyin edilməməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, №*-**-**/*-**/****/**** saylı ekspert rəyi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Qəbələ Ərazi İdarəsinin ## ####### 2024-cü il tarixli, 3-21-3-42/2- ****/**** saylı və ## ###### 2025-ci il tarixli, *-**-*- **/*-****/**** saylı mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 2 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 148.7 kv.metr olan fərdi yaşayış evindən iddiaçının payının naturada ayrılması mümkün deyildir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir.
51. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
53. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
54. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.