Məhkəmə qərarları › İş №e-2(3-10)-901/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-901/2026

23.09.2026 · Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-901/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair mülki iş (Açar sözlər: şərəf, layaqət və işgüzar nüfuzun müdafiəsi, mənəvi zərər) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Cavabdeh ##.##.2025-ci il tarixində ŞRPŞ-ya ünvanladığı ərizədən görünür ki, o, ərizsində iddiaçı İddiaçı avtomobili satıb pulunun bir hissəsini vermədiyini, 8000 manat pulun aliment pulu olaraq ödədiyini və cehiz əmlaklarını qaytarmadığını bildirərək iddiaçının əməlini dələduzluq olaraq qiymətləndirmişdir. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixində ərizə ilə məruzə verərək, keçmiş əri İddiaçı onun etibarından sui-istifadə edərək, onun qızıl-zinət əşyalarını və “KIA Rio” markalı avtomobilini ələ keçirərək, ona 5000 manat maddi zərər vurması barədə məlumat vermişdir. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli izahatında “KIA Rio” markalı maşını 10.000 manata sataraq 8000 manat cavabdehə ödəniş etdiyini qeyd etmişdir. Şəki RŞPŞ-si tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli qərara əsasən Cavabdeh şikayəti üzrə İddiaçı cinayət işinin başlanılması rədd edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədə onun dələduzluq etməyini bildirməsinin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi ilə qorunan təqsirsizlik prezumpsiyası hüququnun pozulması və onun şərəfinin, ləyaqətinin ləkələnməsi ilə şəxsiyyət hüquqlarımın pozuntusunun təsbit edilməsi, həmin ərizənin ünvanlandığı Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edilərək onun dələduzluq etməyi barədə qeyd etdiklərinin həqiqətə uyğun olmasını bildirməsi və onun barəsində şər və böhtan xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətinin alçalması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ## ######## 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində nikahılarını rəsmiləşdirməklə ailə qurmuşlar. Bir müddət mehriban yaşaslar da sonradan münasibətləri pozulmuş və mən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir və Şəki Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə onunla cavabdeh Cavabdeh arasında ## ######## 2015-ci il tarixdə Şəki rayon Qeydiyyat şöbəsində bağlanmış *** №-li nikahın pozulmuşdur. Lakin nikahlarının pozulmasından 5 il keçdikdən sonra yəni ##.##.2025-ci il tarixdə Cavabdeh onun barəsində şər və böhtan xarakterli ərizə ilə Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət etmiş və həmin şər və böhtan xarakterli ərizəsində onun “ dələduzluq” etməyini qeyd etmişdir. Həmin şikayət ərizəsi üzrə Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılmış və həmin şər və böhtan xarakterli ərizədə Cavabdeh onu “ dələduzluq” etməyini bildirməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasının kobud şəkildə pozulmasıdır. Bununla da Cavabdeh onun şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, № ** nömrəli Qərarının 2.2.15-ci bəndində qeyd edilmişdir ki, Şəxsin Konstitusiyanın 63-cü maddəsi şəxsin barəsində qanuni qüvvəyə minmiş 'ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Istinad edilən konstitusion norma ilə qorunan təqsirsizlik prezumpsiyası hüququnun pozulması onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə səbəb ola bilər. Bu hüquq barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirsizliyini qoruyur. Bu hüququn müdafiəsi (hüququn pozulmasının təsbit edilməsi, yayılmış məlumatların silinməsi, yayılmanın qarşısının alınması, düzəliş edilməsi, təkzib edilməsi və s.) və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququ istisna etmir. Bu hüququn cinayət mühakiməsi icraatının məhkəmənin hökm və ya qərarının qanuni qüvvəyə minməsinədək olan dövrün hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcminin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaqdır. Cavabdeh Cavabdeh onun barəsində şər və böhtan xarakterli məlumatlar yayması yəni onun “dələduzluq” etməyini bildirməsi nəticəsində o kifayət qədər sarsıntı keçirtmiş, ona mənəvi ziyan dəymiş, polisdə araşdırılmanın aparılması onun nüfuzuna mənfi təsir göstərmişdir. Cavabdeh yuxarıda qeyd etdiyi hərəkətləri nəticəsində o kifayət qədər sarsıntı keçirtmişdir, ona mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh onun barəsində şər, böhtan xarakterli məlumatları yayması onun ictimaiyyət arasında şərəf və ləyaqətini aşağı salmışdır. Məhkəmə iclasında iddiaçı İddiaçı bildirmişdir ki,qarşı tərəf öz rəsmi əl yazısı ilə ərizə verərək,onu dələduz kimi təqdim etmişdir. Pozulmuş şərəf və ləyaqətinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 izahatında şikayətin səbəbi barədə bildirmişdir ki, iddiaçı ərizə verərək, 2024-cü ilin dekabr ayında Türkan xanımın kartına 8000 manat maşının pulunu atdığını bildirib, sonra isə Icra və Probasiya Şöbəsinə ərizə ünvanlayaraq 8000 manat aliment ödədiyini bildirib. Ərizələr bir-biri ilə ziddiyyət təşkil edir. Iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi (hakim: A.Mövlayev) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki tələblə bağlı cavbdehin hərəkətləri nəticəsində məhz iddiaçının şərəf və ləyaqətinin alçaldılmasının, eyni zamanda ona hansı mənəvi və maddi ziyanın vurulmasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı işlərdə mülki-hüquqi məsuliyyətin yaranması üçün hər şeydən əvvəl məlumatların şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi, bu məlumatların həqiqətə uyğun olmaması və onların yayılması mövcud olmalıdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının şərəfini, ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində şərəf və ləyaqətin müdafiəsiə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdehlər tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə iddiaçının şərəf və ləyaqətin müdafiəsiə məruz qalması, həmin zərərin cavabdehlərin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki, cavabdeh X3 polis oqanına müraciət edərək iddiaçı İddiaçı tərəfindən aldadıldığını və ona qarşı dələduzluq cinayətini törədildiyini qeyd etməklə polis orqanında müvafiq araşdırmanın aparılmasını xahiş edərək öz konstision hüququndan istifadə etmiş aidiyyati dövlət orqanına müraciə etmişdir. Belə olan halda iddiaçı özünün dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, cavabdehi açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş materiallarından göründüyü kimi iddiaçının şərəf ləyaqəti, alçaldılmamış, ictimai nüfuzuna xələl gətirilməmişdir. Iddiaçı İddiaçı barəsində hər hansı təhqiramiz, alçaldıcı ifadə işlətməmiş, iddiaçının şərəf və ləyaqətini alçaltmamışlar. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X3 onun barəmdə guya onun aldadıldığı və ona qarşı dələduzluq cinayətini törədildiyini qeyd etməklə polis orqanında müvafiq araşdırmanın aparılması barədə ərizə ünvanlaması deyil, həmin ərizədə onu dələduz adlandırmasıdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında cavabdehlərin onun şərəfinin və ləyaqətinin ləkələnməsini göstərməklə kifayətlənmişdir. Halbuki, mülki qanunvericilik mövcud vəziyyətdə, yəni şərəfi və ləyaqəti ləkələyən yalan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu iddiaçıda saxlanıldığı halda keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsini də məhz iddiaçıya aid etmişdir. Beləliklə birinci instansiya məhkəməsi maddi və prosessual normaları pozulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

24. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İ. Insan ləyaqəti qorunur və ona hörmət edilir. III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 4 6 . Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 4 7 . Fikir və söz azadlığı. İ. Hər kəsin fikir və söz azadlığı vardır. II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 5 7 . Müraciət etmək hüququ. II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarı 4.24. Şəxsiyyət hüquqlarına müdaxilənin hüquqazidliyi yoxlanılarkən onun hüquqaziddliyini aradan qaldıran halların mövcudluğu da aydınlaşdırılmalıdır. Belə hallara zərərçəkən şəxsin razılığının olması, üstün xüsusi və ya ictimai mənafeyə və ya qanuna əsaslanması aiddir. Belə ki, bir sıra hallarda şəxsiyyət hüquqlarına müdaxilə şəxsin özünün razılığı ilə baş verir (məsələn, üzərində tibbi müayinə keçirilməklə onun bədən toxunulmazlığına müdaxilənin edilməsi). Bununla yanaşı, nəzərə alınmalıdır ki, şəxsiyyət hüquqlarına müdaxilə edəcək bəzi növ davranışlara razılığın verilməsi hüquqi cəhətdən mümkün deyildir (məsələn, şəxsin həyatına son qoyulması). Bu baxımdan razılığın keçərli olması üçün şəxsin iradəsi açıq şəkildə ifadə edilməli, zədələnməmiş olmalı, qanuna və ya əxlaqa zidd olmamalıdır. Üstün xüsusi mənafeyə əsaslanma onu ehtiva edir ki, müdaxilə onun yönəldiyi şəxsiyyət hüququ ilə müqayisədə daha üstün və əhəmiyyətli xüsusi hüququn qorunması zərurəti ilə törədilmişdir. Müdaxilənin əsaslandığı xüsusi mənafe həm hüquqlarına müdaxilə edilən şəxsə, həm müdaxilə edən şəxsə, həm də üçüncü şəxsə aid ola bilər (məsələn, şəxsin razılığı olmadan onun bədən toxunulmazlığı hüququna müdaxilə həmin şəxsin və ya üçüncü şəxsin həyatının xilas edilməsi zərurəti ilə edildikdə). Üstün ictimai mənafeyə əsaslanma halında isə müdaxilə konkret şəxslərin mənafeyinin qorunması üçün deyil, dövlətin və ya cəmiyyətin üstün maraqlarının qorunması zərurəti ilə edilir (məsələn, yoluxucu xəstəliyin insanlar arasında yayılmasının qarşısının alınması məqsədi ilə yoluxmuş şəxsə münasibətdə karantin tədbirini tətbiq etməklə onun sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması). Qanuna əsaslanma isə onun nəzərdə tutur ki, müəyyən hallarda şəxsiyyət hüquqlarının müdaxiləsinə qanunla yol verilir (məsələn, Mülki Məcəllənin 563-565-ci maddələrində təsbit edilən zəruri müdafiə, son zərurət və özünəyardım).

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. 5.2. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun ## ##### 2020-ci il il tarixli qərarında göstərilmişdir ki: “...hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir”. “...Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir”.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun ## ### 2002-ci il il tarixli qərarında göstərilmişdir ki: “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “...hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi, həmçinin mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədə onun dələduzluq etməyini bildirməsinin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi ilə qorunan təqsirsizlik prezumpsiyası hüququnun pozulması və onun şərəfinin, ləyaqətinin ləkələnməsi ilə şəxsiyyət hüquqlarımın pozuntusunun təsbit edilməsi, həmin ərizənin ünvanlandığı Şəki Şəhər Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edilərək onun dələduzluq etməyi barədə qeyd etdiklərinin həqiqətə uyğun olmasını bildirməsi və onun barəsində şər və böhtan xarakterli məlumatlar yayaraq şərəf və ləyaqətinin alçalması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, Şərəf – fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir. Ləyaqət – fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir. Işgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir. Bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. Kollegiya bildirir ki, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Işgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar (işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır) başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. Şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən məlumatlardan fərqli olaraq, ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsini ehtiva edir. Yayılma dedikdə isə - məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür. Yayılma informasiya agentliklərində, audiovizual, çap, onlayn media subyektlərində, habelə sosial şəbəkələrdə yayımlanmaqla, əsərlərdə təsvir və ifadə edilməklə, yığıncaq və toplantılarda səsləndirilməklə (edilməklə), məlumatın və ya ifadənin məktub, ərizə, şikayət və digər sənədlərdə göndərilməsi yolu ilə və s. üsullarla edilə bilər. Hazırki işdən görünür ki, iş üzrə cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixində ŞRPŞ-ya ərizə ünvanlamışdır. Həmin ərizədən görünür ki, o, ərizsində iddiaçı İddiaçı avtomobili satıb pulunun bir hissəsini vermədiyini, 8000 manat pulun aliment pulu olaraq ödədiyini və cehiz əmlaklarını qaytarmadığını bildirərək iddiaçının əməlini dələduzluq olaraq qiymətləndirmişdir (iş v. 20). Bundan başqa, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixində ərizə ilə məruzə verərək, keçmiş əri İddiaçı onun etibarından sui-istifaə edərək, onun qızıl-zinət əşyalarını və “KIA Rio” markalı avtomobilini ələ keçirərək, ona 5000 manat maddi zərər vurması barədə məlumat vermişdir. Şəki RŞPŞ-si tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli qərara əsasən Cavabdeh şikayəti üzrə İddiaçı cinayət işinin başlanılması rədd edilmişdir. Həmin ərizə üzrə araşdırma aparılan zaman iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli izahatında “KIA Rio” markalı maşını 10.000 manata sataraq 8000 manat cavabdehə ödəniş etdiyini, 2000 manatını isə atasına veridiyini, cehiz əşyalarını da Türkanın özü ilə apardığını qeyd etmişdir (iş v. 18). Göründüyü kimi, iddiaçının “KIA Rio” markalı avtomobili 10.000 manata sataraq cavabdehə ancaq 8000 manat verməsi müəyyən edilmişdir. Eyni zamanda da tərəflər arasında cehiz əmlakın qaytarılması və alimentin ödənilməməsi barədə mübahisələr vardır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarının 2.2.14-cü bəndində qeyd edilmişdir ki, özünün pozulmuş hüquqlarının bərpası məqsədilə qarşı tərəfin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərin səlahiyyətli aidiyyəti orqana ünvanlanması bu müraciətlərin məzmunlarının aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməyəcəkdir. Belə ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Lakin nəzərə alınmalıdır ki, bu müraciətlərin məzmunlarının onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalı, şəxsin şərəf və ləyaqətinə və ya digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etməməlidir. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədilə qonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək, onun qanunsuz əməllərinəhüquqi qiymətin verilməsi və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununla yanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalan məlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlı şəxsin məsuliyyəti istisna olunsa da, digər hal qarşı tərəfin şərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaqdır. Hazırki işdən də göründüyü kimi, cavabdeh X3 ittiham xarakterli şikayət və müraciətini səlahiyyətli aidiyyəti orqana ünvanlamışdır. Bundan başqa, müraciətin məzmununda aşkar surətdə iddiaçının şərəf və ləyaqətini alçaldan tərzdə (aşkar surətdə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada) ifadə işlədilməmişdir. Həmçinin, cavabdehin müraciətinin iddiaçının şərəf və ləyaqətini alçaldan tərzdə, pis niyyətlə və zərər yetirmək niyyəti ilə edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh X3 polis orqanına müraciət edərək iddiaçı İddiaçı tərəfindən aldadıldığını və ona qarşı dələduzluq cinayətini törədildiyini qeyd etməklə polis orqanında müvafiq araşdırmanın aparılmasını xahiş edərək öz konstision hüququndan istifadə etmiş aidiyyati dövlət orqanına müraciət etmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin cavabdehin polis orqanına ünvanladığı ərizədə onu dələduz adlandırması və təqsirsizlik prezumpsiyası ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Kollegiya şikayətin həmin dəlilinə münasibətdə ilkin olaraq qeyd edir ki, cavabdeh Cavabdeh iddiaçı tərəfindən aldadıldığını güman edərək polis orqanıda müraciət etmiş və ərizəsində iddiaçı İddiaçı avtomobili satıb pulunun bir hissəsini vermədiyini, 8000 manat pulun aliment pulu olaraq ödədiyini və cehiz əmlaklarını qaytarmadığını bildirərək iddiaçının əməlini dələduzluq olaraq qiymətləndirmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq cinayətlərini ehtiva edir və həmin maddənin adı da məhz “Dələduzluqdur”. Bundan başqa, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-***/*-****/**** nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, hazırk iş üzrə tərəflər arasında məhkəmənin icraatında yeddi iş olmuş və həmin işlərin bəziləri apellyasiya icraatında baxılmaqdadır. Göründüyü kimi, tərəflər arasında “KIA Rio” markalı avtomobilin pulunun bir hissəsinin ödənilməməsi, cehiz əmlakın qaytarılması və alimentin ödənilməməsi barədə mübahisələr vardır. Belə olan halda, cavabdeh Cavabdeh ərizədə qeyd edilən əməlləri (öz təsdiqini tapmasada) dələduzluq kimi qiymətləndirməklə - iddiaçının şərəf və ləyaqətini ləkələmiş hesab etmək olmaz. Bundan başqa, “Zaxarçenko Rusiyaya qarşı” iş üzrə Avropa Insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanına göndərilmiş məktubda qeyd edilən tənqidi fikirlər söz azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz. Həmin qərarda xüsusilə qeyd edilmişdir ki, “...ərizəçinin onun qeyri-qanuni hesab etdiyi məsələni araşdırmalı olan səlahiyyətli dövlət orqanına və ya onun vəzifəli şəxsinə məktubla müraciət etməsi mühüm əhəmiyyət kəsb edir. Vətəndaşların qeyri-qanuni hərəkət hesab etdikləri məsələlər barədə bunu araşdırmağa səlahiyyəti olan dövlət orqanına müraciət etmək nəinki onların hüququ, hətta qanunla nəzərdə tutulmuş vəzifəsidir. Ərizəçi, ərizəsini qanunla müəyyən edilmiş hüdudlarda vermişdir. Ərizə birbaşa dövlət orqanına ünvanlanmış və hər hansı formada dərc edilməmiş və bu ərizədə göstərilən məlumatların geniş kütləyə çatdırılması üçün ərizəçi heç bir hərəkət etməmişdir. Məhkəmə vətəndaşların və vəzifəli şəxslərin diffamasiya və təhqirə məruz qalmamasının vacibliyi ilə yanaşı həmçinin bildirir ki, bu, hər bir işin konkret hallarından asılıdır. Hazırkı işdə ərizəçinin məktubla dövlət orqanına müraciət etməsi məlumatların yayılması kimi qiymətləndirilməmişdir”. Bundan başqa, Avropa Insan Hüquqları Məhkəməsinin “Insan Hüquqları üzrə Avropa Konvensiyasının” 10-cu maddəsi (ifadə azadlığı) ilə bağlı bir sıra qərarlarında da vurğulanmışdır ki, “...məlumatlarla (faktlar) rəylər (qiymətləndirici mülahizələr) arasında dəqiq fərq qoyulmalıdır, belə ki, faktların mövcudluğunu sübut etmək mümkün olsa da, qiymətləndirici mülahizələri sübutlarla təsdiq etmək mümkün deyil....Qiymətləndirici mülahizələrə gəldikdə, bu tələbi təmin etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsinin təmin etdiyi hüququn mühüm tərkib hissəsi olan öz rəyini ifadə etmək azadlığını pozur” (“Lingens Avstriyaya qarşı” iş). Avropa Məhkəməsi daha sonra vurğulamışdır ki, Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi kontekstində, ifadə azadlığı təkcə xoş qarşılanan, ziyansız sayılan “bilgi və ideyalara” deyil, həm də dövləti və ya əhalinin hər hansı bir bölümünü incidən, şoka salan və ya narahat edən “bilgi və ideyalara” da tətbiq edilir. Plüralizmin (çoxsəsliliyin), dözümlülüyün və geniş düşüncəliliyin tələbləri belədir. Bunsuz “demokratik toplum” yoxdur (“Həndisayd BK-ya qarşı” iş). Avropa Məhkəməsinin presedent hüququna görə, qanunların idarə etdiyi toplumda mətbuatın əvəzedilməz rolunu nəzərə almaq zəruridir (“Kastells Ispaniyaya qarşı” iş). Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdehin hüquqlarının iddia olunan pozuntularından müdafiə olunması, ona qarşı edilən hərəkətlə bağlı müvafiq dövlət, o cümlədən hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ vardır və bu hüququ Konstitusiyanın 57-ci maddəsində təsbit olunmuşdur. Belə ki, dövlət vətəndaşın məruz qaldığı cinayət və ya inzibati xəta əməli barədə dövlət orqanlarına şikayət etmək imkanını təmin edir. Vətəndaş şikayətini əsaslandırmaq üçün ona qarşı törədilmiş qanunsuz hərəkət haqqında məlumat verməkdə sərbəstdir, üstəlik, belə məlumatların araşdırılması və cavablandırılması hüququna malikdir. Yəni, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ ilə yanaşı, vətəndaşın öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etmək hüququ da konstitusion səviyyədə tanınır və onlara təminat verilir. Məhkəmə kollegiyası hesab edir ki, konkret mülki mübahisədə tərəflərin istinad etdiyi bu hüquqlar bir-biri ilə toqquşduqda, həmin hüquqların hədlərini və məhdudlaşdırılma əsaslarını məhkəmə müəyyən edir. Bu zaman nəzərə alınmalıdır ki, Avropa Insan Hüquqları Məhkəməsinin presedent qərarlarına görə, hüququn məhdudlaşdırılmasına yalnız qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və bu məqsədə mütənasib (demokratik cəmiyyətdə zəruri) olduqda haqq qazandırmaq olar. Yəni, dövlət orqanına başqa şəxsin ona qarşı törətdiyi güman olunan qanunsuz əməli barədə məlumat vermiş vətəndaşın şikayətinə görə sonuncunun mülki məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, şərəf və ləyaqəti müdafiə hüququ və dövlət orqanlarına müraciət hüququnun düzgün tarazlığına nail olunmalıdır. Kollegiya hesab edir ki, konkret və mötəbər sübutlara malik olmayan vətəndaşın məruz qaldığı “iddia olunan” əməl barədə dövlətə məlumat vermək hüququ əlindən alınmamalıdır. Belə ki, vətəndaşın üzərinə düşən öhdəlik dövlət orqanına dürüst və vicdanlı məlumat vermək, əgər varsa bu barədə sübutlar təqdim etməkdən ibarətdir. Həmin fakt üzrə tam və hərtərəfli araşdırma aparmaq, qanunsuz hərəkəti sübuta yetirmək isə dövlət orqanının vəzifəsidir. Müraciət sübuta yetirilməyəcəyi halda, qarşı tərəfin iddiası ilə təqib edilmək qorxusu vətəndaşın dövlət orqanına müraciət etmək hüququnu böyük həcmdə məhdudlaşdırmaqla, onu xəyali hüquq səviyyəsinə endirmiş olardı. Belə yanaşma, insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin etməyi dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmaqla, dövlətin bu sahədəki pozitiv öhdəlikərinin icrası ilə də bir araya sığmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 2.2.15-ci bəndinin pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarının 2.2.15-ci bəndində qeyd edilmişdir ki, şəxsin Konstitusiyanın 63-cü maddəsi şəxsin barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun təqsirliliyinə dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Istinad edilən konstitusion norma ilə qorunan təqsirsizlik prezumpsiyası hüququnun pozulması onun şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə səbəb ola bilər. Bu hüquq barəsində qanuni qüvvəsini almış məhkəmənin ittihamedici hökmü olmadan şəxsin təqsirsizliyini qoruyur. Bu hüququn müdafiəsi (hüququn pozulmasının təsbit edilməsi, yayılmış məlumatların silinməsi, yayılmanın qarşısının alınması, düzəliş edilməsi, təkzib edilməsi və s.) və pozulmasından irəli gələn mənəvi zərərin kompensasiyası üzrə tələb hüququ pozuntu anından yaranır və şəxsin barəsində sonradan ittihamedici hökmün çıxarılması və qanuni qüvvəyə minməsi bu hüququ istisna etmir. Bu hüququn cinayət mühakiməsi icraatının məhkəmənin hökm və ya qərarının qanuni qüvvəyə minməsinədək olan dövrün hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcminin müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Məsələn, ibtidai araşdırma mərhələsi ilə müqayisədə cinayət işi üzrə birinci instansiya məhkəməsində ittiham hökmünün çıxarılmasından sonra şəxsin cinayəti törətməsinə dair təsdiqedici məlumatların yayılması ona daha az həcmdə mənəvi zərərin vurulmasına səbəb olacaqdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, cavabdeh X3 ittiham xarakterli şikayət və müraciətini səlahiyyətli aidiyyəti orqana ünvanlamışdır. Belə ki, qanunvericiliyə əsasən dələduzluq cinayət əməlini araşdırmaq səlahiyyəti məhz polis orqanına aiddir. Həmin müraciətdən görünür ki, cavabdeh iddiaçı İddiaçı ona məxsus avtomobili satıb pulunun bir hissəsini verməməsini, 8000 manat pulun aliment pulu olaraq ödəməsini və cehiz əmlaklarını qaytarmamasını dələduzluq əməli kimi qiymətləndirmişdir. Dələduzluq cinayəti isə konkret olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin normasıdır. Bundan başqa, cavabdeh X3 nə ərizəsində nədəki izahatdında iddiaçının şərəf və ləyaqətini alçaldan tərzdə ifadə işlətməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 2.2.14cü bəndində qeyd edilmişdir ki, özünün pozulmuş hüquqlarının bərpası məqsədilə qarşı tərəfin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərin səlahiyyətli aidiyyəti orqana ünvanlanması bu müraciətlərin məzmunlarının aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməyəcəkdir. Belə olan halda isə şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi və prosessual normaların pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyator şikayətində ümumi qaydada maddi və prosessual normalarının pozulduğunu bildirsə də, konkret olaraq hansı normanın hansı qaydada pozulmasını bildirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası mənəvi zərərin tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab isə şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Bundan başqa, Avropa Insan Hüquqları Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Kollegiya daha sonra qeyd edir ki, mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il ## ######## tarixli qərarında Avropa Insan Hüquqları Məhkəməsi, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, cavabdehin aidiyyətı dövlət orqanına ünvanlanmış ərizəsi iddiaçıya mənəvi zərərin ödənilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar