Məhkəmə qərarları › İş №e-2-3(3-6)-11/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-3(3-6)-11/2026

08.09.2026 · Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-3(3-6)-11/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili vəkil/nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “aktın qanunauyğunluğunun yoxlanılması” tələbinə dair iddia ərizəsinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin 16-cı bəndi iddiaçı İddiaçı subyektiv hüquqlarının pozduğu üçün ləğv edilməsi xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmri elan edilmişdir. Nazirlik həmin əmri ilə tibb mütəxəssislərinin ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sahəsində nöqsanların aradan qaldırılmasına çalışmışdır. Sözügedən əmr bir sıra normativ hüquqi aktlara zidd olmaqla yanaşı, müəyyən qrup tibb mütəxəssislərinə, o cümlədən hüquqlarını müdafiə etdiyim iddiaçı həkim plastik-cərrah İddiaçı qarşı qərəzli yanaşmanı nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ## ##### 2025-ci il tarixli *-**/*-B-*-****/**** nömrəli məktubla iddiaçı İddiaçı məlumat vermişdir ki, Azərbaycan Respublikası ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibbi fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanışı məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazidrliyinin ## ###### 2025-ci il tarixli *-**/*-*-**/**** nömrəli əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorkuğunun, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən ## #### 2023-ci il tarixli AH seriyalı ****** nömrəli sertifikasiya şəhadətnaməsi, əsaslılığı təsdiq olunmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə ləğv edilmişdir. Səhiyyə Nazirliyi ## #### 2026-cı il tarixli *-**/*- *-***/**** nömrəli əmri ilə Səhiyyə Nazirliyinin ## ##### 2025-ci il tarixli əmrindən əvvəlki vəziyyəti, yəni ixtisas dəyişmələrin mümkünlüyünü təmin etməyə məcbur qalsa da, burada da özünün qərəzli, ədalətsiz mövqeyini nümayiş etdirərək əmrin 16-cı bəndi ilə bu Əmrin 1-ci hissəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2025-ci il ## ###### tarixli *-**/*-*- **/**** nömrəli, 2025-ci il ## ###### tarixli *-**/*-*-**/**** nömrəli və 2025-ci il ## ##### tarixli 3-28/3-1- ***/**** nömrəli əmrləri ilə müvafiq şəhadətnamələri ləğv edilmiş tibb mütəxəssislərinə şamil edilmədiyi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, Səhiyyə Nazirliyinin əmrlərindən (mərkəzi icra hakimiyyəti orqanlarının aktlarından) üstün hüquqi qüvvəyə malikdir. Əgər Nazirliyin ## #### 2026-cı il tarixli əmri (xüsusilə onun 16-cı bəndi), NKnın ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarı və digər yuxarı orqan tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla ziddiyyət təşkil edirsə, hüquqi baxımdan yuxarı instansiyaların aktları əsas götürülməlidir. Məlum olduğu kimi, NKnın *** nömrəli Qərarı ilə təsdiqlənmiş X1 Peşəkar Inkişaf (DPI) sisteminə keçidi nəzərdə tutur. Burada əsas meyarın "rezidentura təhsili" deyil, "ali və ya orta ixtisas tibb təhsili əsasında əldə edilmiş ixtisas" kimi müəyyən edilməsi, illərdir həmin sahədə çalışan, lakin formal rezidentura keçməmiş mütəxəssislərin lehinə olan bir yanaşmadır. Qəbul etdiyi əmrin 16-cı bəndi ilə müəyyən bir qrup mütəxəssisi (məsələn, şəhadətnamələri əvvəlki əmrlərlə ləğv edilmiş plastik cərrahları) Səhiyyə Nazirliyinin bu hüquqdan məhrum etməsi qanunvericiliyin "hüquqi müəyyənlik" və "bərabərlik" prinsiplərinin birbaşa pozulmasıdır. Əgər qanunvericilik ixtisas dəyişməsinə icazə verirsə, bu icazə bütün tibb işçilərinə eyni dərəcədə şamil edilməlidir. Müəyyən tarixlər aralığında şəhadətnamələri ləğv edilənlərin istisna edilməsi, qanunun geriyə qüvvəsi prinsipinə zidd olmaqla subyektiv yanaşma məsələsini ortaya qoyur. Göstərilənləri, eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin plastik cərrah İddiaçı peşə hazırlığı, ixtisaslaşma və əmək hüquqlarını pozduğunu nəzərə alaraq, əmrin 16-cı bəndinin ləğv edilməsi ## ### 2026-cı il tarixli EO-****VK-*****/**-**-RB nömrəli məktubla Nazirlikdən xahiş olunmuşdur. Lakin Nazirlik qeyd edilən məktuba müvafiq qaydada cavab verilməsini təmin etməmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 52.1-ci maddəsində təsbit edilmişdir ki, Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 67.2ci maddəsində göstərilmişdir ki, Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun 73-cü maddəsində təsbit edilmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin qərarları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarı və # #### 2010-cu il tarixli *** nömrəli Qərarı) mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli Əmri) əmrlərindən üstün hüquqi qüvvəyə malikdir. NK-nın *** nömrəli Qərarı ilə təsdiq edilmiş X1 Peşəkar Inkişaf (DPI) sisteminə keçidi tənzimləyir və tibb mütəxəssislərinin praktik fəaliyyətə buraxılması üçün əsas meyar kimi formal "rezidentura" təhsilini deyil, "ali və ya orta ixtisas tibb təhsili əsasında əldə edilmiş ixtisası" və DPI ballarının toplanmasını əsas götürür. Səhiyyə Nazirliyi öz əmrinin 16-cı bəndi ilə müəyyən bir qrup mütəxəssisi (sertifikatları əvvəlki əmrlərlə ləğv edilmiş şəxsləri) bu hüquqdan tamamilə məhrum edir. Aşağı normativ akt (SN Əmri) yuxarı normativ aktın (NK Qərarı) verdiyi hüquqları məhdudlaşdıra və ya istisnalar tətbiq edə bilməz. Bu, birbaşa iyerarxiya prinsipinin pozulmasıdır. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun fundamental prinsipləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mübahisələndirilən əmri ilə kobud şəkildə pozulmuşdur: 1 . Hüquqi müəyyənlik və bərabərlik prinsipi (Maddə 11): Inzibati orqan eyni xarakterli hallarda bütün şəxslərə qarşı eyni cür yanaşmalıdır. Əgər ## #### 2026-cı il tarixli əmr ixtisas dəyişmələrinin və əvvəlki vəziyyətin bərpasını qəbul edirsə, bunun yalnız müəyyən tarixlərdə sertifikatı ləğv edilən şəxslərə şamil edilməməsi ayrı-seçkilikdir və subyektiv yanaşmadır. 1. Fiziki və hüquqi şəxslərin etimadının müdafiəsi (Maddə 13):İddiaçı və digər həkimlər illərdir bu sahədə fəaliyyət göstərmiş, dövlət tərəfindən verilmiş sertifikasiya şəhadətnamələrinə etimad edərək əmək fəaliyyəti qurmuş, klinikalar isə onlarla müqavilə bağlamışdır. Dövlət orqanının sonradan öz qərarını ləğv edib, yeni əmrlə həmin şəxsləri tamamilə sistemdən kənarlaşdırması, kənarlaşdırmaya səbəb olmuş formal tələbi aradan qaldıran zaman bu tələbin bir qrup şəxsə münasibətdə qüvvədə saxlaması qanuni etimad prinsipini sarsıdır. "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 46-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ ali və ya orta ixtisas təhsili olan, müvafiq qaydada sertifikasiyadan keçmiş mütəxəssislərə məxsusdur. Həkimlərin illərlə qazandıqları təcrübə və keçdikləri ixtisaslaşma kursları (hətta formal rezidentura olmasa belə) qanunvericiliklə tanınan praktik fəaliyyət əsasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininhəmin əmrinin 16-cı bəndi vasitəsilə mütəxəssislərin yenidən sertifikasiyaya girmək və ya ixtisas dəyişikliyi etmək hüququnu bloklaması, qanunun ruhuna zidd olaraq vətəndaşların əmək və peşə fəaliyyəti hüququnu qeyrimütənasib şəkildə məhdudlaşdırır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu əmrinin 16-cı bəndinin iddiaçıya münasibətdə təmin olunmalı əsasları aşağıdakılardır: 1. Maddi hüquqi əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrinin 16-cı bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli *** nömrəli Qərarına, "Inzibati icraat haqqında" Qanunun 11 və 13-cü maddələrinə zidd olduğu üçün ləğv edilməsi. 2. Nəticəvi təsir: 16-cı bəndin ləğvi nəticəsində, sertifikatları əvvəlki əmrlərlə ləğv edilmiş tibb mütəxəssislərinin (o cümlədən İddiaçı) NK-nın *** nömrəli qərarı ilə müəyyən olunmuş ümumi qaydada (DPI sistemi və ixtisas dəyişikliyi çərçivəsində) praktik tibbi fəaliyyət hüququnun bərpa edilməsi imkanının təmin olunması. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (IPM) 122, 123 və 124-cü maddələri Səhiyyə Nazirliyinin ## #### 2026- cı il tarixli Əmrinin 16-cı bəndinin qanunsuzluğunu müəyyən edir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin122-ci maddəsinə (X6 və Aidiyyət) görə iddia qaldırmaq hüququmuzun (aktiv subyektiv seçki hüququnun) və işin hansı məhkəmədə baxılmalı olduğunu müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsində ehtiva edilmişdir ki,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Səhiyyə Nazirliyinin 16-cı bəndlə tətbiq etdiyi istisna İddiaçı və eyni vəziyyətdə olan digər həkimlərin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi (Əmək hüququ), Nazirlər Kabinetinin (NK) *** nömrəli Qərarı ilə yaradılmış X2 (DPI) sistemindən yararlanmaq hüququnubirbaşa pozur. Bu akt fərdi deyil, normativ xarakterli olmasına (müəyyən bir qrup şəxsə yönəlib və davamlı tətbiq olunur) baxmayaraq eyni statuslu şəxslərdən bir qisminin subyektiv hüquqlarını məhdudlaşdırır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddiaçı İddiaçı subyektiv hüquqlarını pozduğundan cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" ## #### 2026-cı ıl tarixli *-**/*-*-***/**** nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə yeni qərar qəbul edilməsi öhdəliyinin qoyulması, yeni qərarda ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrdəkı 16-cı bəndin bütünlüklə götürülməsi və 1.3-cü bəndində göstərilmiş "dövlət tibb müəssisəsinə" ifadəsində "dövlət", "fasiləsiz 5 (beş) il" ifadəsində "fasiləsiz" sözlərinin çıxarılmasının tələb olunması qərara alınmışdır. ## ######## 2026-cı il tarixli məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Inzibati məhkəmə icraatının iştirakçıları hazırki inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki inzibati işə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil/nümayəndə1 və vəkil/nümayəndə2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Hazırda iddiaçının tələbi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb mütəxəssislərinin praktik fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" ## #### 2026-cı ıl tarixli *-**/*-*-***/**** nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə yeni qərar qəbul edilməsi öhdəliyinin qoyulması, yeni qərarda ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrdəkı 16-cı bəndin bütünlüklə götürülməsi və 1.3-cü bəndində göstərilmiş "dövlət tibb müəssisəsinə" ifadəsində "dövlət", "fasiləsiz 5 (beş) il" ifadəsində "fasiləsiz" sözlərinin çıxarılmasının tələb olunması barədədir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII- İ, XVIII-II, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-İ, XVIII-II, XIX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Iş materiallarından məlum olur ki, iddiaçının tələbinin hüquqi əsası Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.2.6, 122-124-cü maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara o halda baxıla bilər ki, mübahisə olunan normativ xarakterli akt mövcud olsun və belə akt iddiaçının hüquqlarına toxunmuş olsun. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia normativ xarakterli aktın qəbul edilməsi və ya tətbiq olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən qaldırıla bilər. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən normativ xarakterli akt dedikdə qeyri-müəyyən sayda şəxslərə və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş ümumməcburi davranış qaydaları müəyyən edən akt başa düşülür. Məhkəmə iddiaçının mübahisələndirdiyi ## #### 2026-cı il tarixli *-**/*-*-***/**** nömrəli əmrin hüquqi mahiyyətini qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia predmeti kimi göstərilən akt normativ xarakterli akt hesab edilə bilməz. Belə ki, mübahisələndirilən əmr yeni hüquq normaları müəyyən etmir, ümumi davranış qaydaları yaratmır və qeyri-müəyyən dairədə şəxslər üçün müstəqil hüquqi tənzimləmə həyata keçirmir. Həmin əmr yalnız əvvəl qəbul edilmiş konkret inzibati qərarlar nəticəsində hüquqi vəziyyəti müəyyən edilmiş şəxslərə münasibətdə keçid xarakterli tətbiq qaydasını müəyyən edir. Bu əmrin 16-cı bəndi isə əvvəlki fərdi inzibati aktlarla sertifikasiya şəhadətnamələri ləğv edilmiş konkret müəyyən edilə bilən şəxslər dairəsinə münasibətdə hüquqi nəticə doğurur və həmin şəxslərin hüquqi statusuna təsir göstərir. Belə olan halda, mübahisələndirilən müddəa normativ tənzimləmə deyil, müəyyən edilə bilən şəxslər qrupuna yönəlmiş inzibati tənzimləmə xarakteri daşıyır. Iddiaçının hüquqlarına müdaxilə də birbaşa həmin 16-cı bəndin özündən deyil, onun barəsində qəbul edilmiş fərdi inzibati aktlardan və həmin aktların tətbiq edilməsinin nəticələrindən irəli gəlir. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları; Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları; maliyyə bazarları tənzimləyicisinin qərarları; Məhkəmə-Hüquq Şurasının qərarları; Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları; yerli özünüidarə orqanlarının qərarları; yerli icra hakimiyyəti orqanlarının qərarları Göründüyü kimi, mərkəzi icra hakimiyyəti orqanlarının (Səhiyyə Nazirliyinin) qərarları (əmrləri) yuxarıda sadalananların arasında yoxdur. Həmçinin qeyd edildiyi kimi, mübahisə predmeti olan aktın xüsusiyyətləri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyasında normativ xarakterli aktlara verilmiş anlayışa uyğun deyildir. Bu səbəbdən iddiaçının hüquqlarının müdafiəsi normativ xarakterli qanunauyğunluğunun yoxlanılmasına dair iddia vasitəsilə deyil, qanunvericilikdə müəyyən edilmiş müddətlərə riayət edilməklə fərdi inzibati aktın mübahisələndirilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilən iddia çərçivəsində həyata keçirilə bilər. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Mübahisə predmeti olan inzibati aktın (əmr) məzmunundan və tənzimlədiyi məsələlərdən də göründüyü kimi, (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmışdır. Hansı ki, həmin hüquqi nəticələr iddiaçının hüquqi vəziyyətinə birbaşa təsir göstərmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, IPM-in 122-ci maddəsində nəzərdə tutulmuş icraat yalnız normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına şamil olunur. Mübahisələndirilən akt həmin hüquqi meyarlara cavab vermədiyindən, yəni inzabti akt olduğundan qeyd edilən icraat çərçivəsində apellyasiya məhkəməsi tərəfindən birinci instaniya məhkəməsi qismində işə baxılması mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, iddia tələbi də IPM-in 122-ci maddəsinin tələblərinə uyğun qoyulmamışdır. Belə ki, sözügedən maddəyə əsasən tələb konkret normativ xarakterli aktın qanunauyğunluğunun yoxlanılması və ya onun etibarsız (qüvvədən düşmüş) hesab edilməsi olmalı olduğu halda, iddia tələbi mübahisələndirmə iddia növünün hüquqi təbiətinə uyğun formalaşdırılaraq qoyulmuşdur ki, qeyd edilən əsas da iddia tələbinin mümkünsüz sayılmasının digər əsasıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərini ödəmir və bu səbəbdən iddiaçı İddiaçı iddiası mümkün hesab edilməməlidir. Göstərilənlərə əsasən və IPM-in 2, 35-ci, 122, 122.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar