Məhkəmə qərarları › İş №e-2(3-6)-2728/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2728/2026

04.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2728/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 MMC, cavabdeh3, cavabdeh1 qarşı “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əqdlərin etibarsız hesab edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil3, nümayəndəsi X5, Cavabdeh cavabdeh1, cavabdeh3, onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 MMC, cavabdeh3, cavabdeh1 qarşı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə inşa edilmiş yaşayış binasının 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 78,95 kv.m. olan *** nömrəli mənzilə dair “xxxx” MTK ilə cavabdeh1 arasında bağlandığı iddia edilən Kooperativ binada mənzil tikintisi haqqında ##.##.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından həmin müqavilə əsasında “xxxx” MMC ilə cavabdeh1 arasında bağlanmış Mənzil tikintisi haqqında ##.##.2010-cu il tarixli müqavilənin, mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair Niyaməddin Yaqub oğluna verilmiş cavabdeh4 MMC-nin ##.##.2010-cu il tarixli **/** saylı arayışın, cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və “xxxx” MMC tərəfindən təsdiq edilmiş pay haqqının verilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilənin, mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair cavabdeh3 verilmiş cavabdeh4 MMC-nin ##.##.2025-ci il tarixli **/*** saylı və ##.##.2025-ci il tarixli **/*** saylı arayışlarının, Bakı şəhəri Xətai rayonu, Lütfizadə küçəsi, 2347-48-ci məhəllə, *** saylı mənzilin (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, giriş 171, M14, m2) daşınmaz əmlakın 010011004714-05301-****** reyestr nömrəsi ilə cavabdeh3 adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025ci il qeydiyyat tarixli çıxarışının ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi (hazırkı Lütfizadə küçəsi) 2347-48 məhəllədə inşa edilmiş yaşayış binasının 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 78,95 kv.m. olan *** nömrəli mənzilin iddiaçı X7 təhvil verilməsi, həmin mənzildən iddiaçı X7 və istifadə hüquqlarına törədilən maneənin aradan qaldırılması, mənzilə mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunan maliyyə arayışının cavabdeh4 MMC tərəfindən iddiaçı X7 verilməsi, 100 manat məbləğində dövlət rüsumunun və vəkilin göstərdiyi hüququ yardıma görə ödənilmiş 320 manatın cavabdeh cavabdeh4 MMC-dən iddiaçı X7 xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı sorğusuna cavabdeh4 MMC-nin ## ######## 2025-ci il tarixli **/*** saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, cəmiyyətə məxsus binanın 3-cü girişində yerləşən sahəsi 78,79 kv.m. olan 1 otaqlı *** saylı mənzil vətəndaşın təqdim etdiyi sənədə istinadən 2006-cı ildən etibarən cavabdeh1 adına olub. Tam vəsaitini ödəyərək maliyyə arayışı əldə edib. 2025-ci ilin may ayında isə yenidən cəmiyyətə müraciət edərək mənzilini satışa çıxararaq başqa şəxsin adına sənədləşdirilməsini xahiş etmişdir. Bütün sənədləri qaydasında olduğu üçün mənzilin alqı-satqısı reallaşmış və yeni payçısı mənzilini dövlət qeydiyyatına alaraq çıxarış əldə etmişdir. Hal-hazırda da, çıxarışa əsasən mənzil cavabdeh3 sahibliyində və istifadəsindədir. ## ####### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh cavabdeh4 MMC-nin vəkili və nümayəndəsi tərəfindən məhkəməyə kağız daşıyıcıda təqdim edilmiş ## ######## 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” MTK-nın şəxsində sədr X13 ilə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Culfa kəndində yaşayan cavabdeh1 arasında ## ######## 2006-cı il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin # ######## 2025-ci il tarixli *-**-*-**/*-*****/**** saylı cavab məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 2347/48- ci məhəllə, *** saylı mənzil (yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 171, M14, m2) daşınmaz əmlakın 010011004714-05301- ****** reyest nömrəsi ilə ## ### 2025-ci il tarixdə cavabdeh3 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Aşağıda qeyd olunan əsaslarla hesab edirəm ki, “xxxx” MTK ilə cavabdeh1 arasında bağlandığı iddia edilən kooperativ binada mənzil tikintisi haqqında müqavilə ## ######## 2006-cı il tarixdə deyil, ## #### 2011-ci il tarixdən sonra qanunsuz yollarla bağlandığından etibarsız hesab edilməli, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından həmin müqavilə əsasında cavabdeh4 MMC ilə cavabdeh1 arasında bağlanmış mənzil tikintisi haqqında ## #### 2010-cu il tarixli müqavilə, mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair cavabdeh1 verilmiş cavabdeh4 MMC-nin ## #### 2010-cu il tarixli **/** saylı arayışı, cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş pay haqqının verilməsi haqqında ## ### 2025- ci il tarixli müqavilə, mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair cavabdeh3 verilmiş cavabdeh4 MMC-nin ## ### 2025-ci il tarixli **/*** saylı və ## ### 2025-ci il tarixli **/*** saylı arayışları, cavabdeh3 adına verilmiş 010011004714-05301- ****** reyestr nömrəli, ## ### 2025-ci il tarixli çıxarış ləğv edilməli və mübahisəli mənzil iddiaçı İddiaçı təhvil verilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış ## #### 2025-ci il tarixli ***/** saylı vəkil sorğusu əsasında tərəfimdən ********* nömrəli cinayət işinin materialları ilə tanış olunmuş, eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli məktubunun qoşmasına əlavə edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2017-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313, və 320.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə 1-ci cild 343-351-ci səhifədə olan siyahının, 4-cü cild 79- 105-ci səhifələrdə olan aktın, 106-113-cü səhifədə olan cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş sənədlərin adlar üzrə siyahısının, 114-120-ci səhifədə olan “Müştərilərin vəziyyəti haqqında məlumat”ın, 121-123-cü səhifədə olan bloklar üzrə siyahının surətləri bizə təqdim edilmişdir. Tərəfimdən məhkəməyə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış cinayət işi üzrə; 1-ci cild 343-351-ci səhifədə olan siyahıdan görünür ki, İddiaçı ilə binanın 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 78,95 kv.m., ümumi dəyəri 41054 AZN olan *** nömrəli mənzilə dair ##.##.2007-ci il tarixli müqavilə bağlanmış, mənzilin ümumi dəyərini təşkil edən 41054 AZN tam olaraq ödənilmiş və qalıq borcu mövcud deyil. 4-cü cild 79-105-ci səhifələrdə olan Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllədəki ofisdə və seyfdə olan sənədlərin və Bakı şəhəri, Xətai rayonu, Xocalı (Telnov) küçəsi, ****-** saylı binanın tikintisi ilə bağlı cavabdeh cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş bütün sənədlərin, MTK-nın payçıları ilə bağlanmış müqavilələrin və s. götürülməsinə dair Xətai rayon Icra şöbəsini icra məmuru O.Isayev tərəfindən ## #### 2011-ci il tarixdə tərtib edilmiş Aktın payçıların adlarını əks etdirən siyahısının 121 nömrə ilə qeyd edilmiş sətrindən İddiaçı aid ##.##.2007-ci il tarixli ərizə, müqavilə, şəxsiyyət vəsiqəsi və 5 ədəd arayışın da təhvil alındığı məlum olur. 4-cü cild 106-113-cü səhifələrdə olan cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş sənədlərin adlar üzrə siyahısının 3-cü qovluğunun 98-ci sətrindən İddiaçı ilə “xxxx” MTK arasında ##.##.2007-ci il tarixli, cavabdeh4 MMC arasında isə ##.##.2011-ci il tarixli müqavilələrin bağlandığı aydın şəkildə görünür. 4-cü cild 114-120-ci səhifələdə olan “Müştərilərin vəziyyəti haqqında məlumat”ın 111-ci bəndindən İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə inşa edilmiş yaşayış binasının 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 78,95 kv.m., ümumi dəyəri 41054 AZN olan *** nömrəli mənzilə dair müqavilə bağlandığı məlum olur. 4-cü cild 121-123-cü səhifələrdə olan bloklar üzrə 3-cü bloka aid siyahıdan görünür ki, binanın *** nömrəli mənzili İddiaçı məxsusdur. Göründüyü kimi həmin sənədlərdən mübahisəli mənzilə dair “xxxx” MTK ilə İddiaçı arasında ##.##.2007-ci il tarixli müqavilənin bağlandığı, mənzilin ümumi dəyərinin onun tərəfindən tam olaraq ödənildiyi və qalıq borcunun olmadığı görünsə də, cavabdeh1 ilə ##.##.2006-cı il tarixdə, eləcə də başqa tarixdə hər hansı müqavilə bağlandığı təsdiqini tapmır və bununla bağlı hər hansı qeyd mövcud deyil. Cavabdeh cavabdeh4 MMC tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MTK ilə cavabdeh1 arasında bağlandığı iddia edilən ## ######## 2006-cı il tarixli müqavilənin surətinin sonradan qanunsuz yollarla hazırlandığının, bu səbəbdən də etibarsız olmasının digər əsası isə ondan ibarətdir ki, müqavilənin surətindən onun “xxxx” MTK-nın sədri Z.Gülmalıyev tərəfindən imzalanaraq möhürlə təsdiqləndiyi görünsə də, həqiqətdə “xxxx” MTK ilə cavabdeh1 arasında ## ######## 2006-cı il tarixdə kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmamış və Z.Gülmalıyev tərəfindən imzalanaraq təsdiq edilməmişdir. Bunu məhkəmədə şahid qismində dindirilməsi xahiş edilmiş Z.Gülmalıyev özü də təsdiq edə bilər. ## ####### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh cavabdeh4 MMC-nin vəkili və nümayəndəsi məhkəməyə cinayət işi başlanmasının rədd edilməsi barədə cavabdeh4 MMC-nin vəkili və nümayəndəsinin məhkəmədə verdiyi həmin ifadənin həqiqətə uyğun olmadığı, eyni zamanda Xətai RPI-nin 34-cü PŞ-nin ## ###### 2025-ci il tarixli qərarının məhkəməni işin faktiki hallarından yayındırmaq və yanlış fikir formalaşdırmaq məqsədilə təqdim edildiyi barədə dəlilləri məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirəm. Belə ki, həmin qərarın 1-ci vərəqində ## #### 2025-ci il tarixdə Xətai RPI-nin 34-cü PŞ-nə ərizə ilə müraciət edən cavabdeh1 izahatı kimi qeyd olunmuşdur ki, ## ###### 2006-cı il tarixdə Bakı şəhəri Xətai rayonu, 2347/48-ci məhəllədə yerləşən “xxxx” MTK-nın binasında *** nömrəli mənzili 43.674 manat ödəniş etməklə bina rəhbərliyindən mənzil almışdır. Müəyyən vaxt keçdikdən sonra məlum olmuşdur ki, həmin mənzil ondan sonra başqa şəxslərə satılmışdır. Həmin şəxslər isə iddia edərək onda olan sənədlərin saxta olduğunu bildirmişlər. Buna görə də, o sənədin saxta olub-olmamasının yoxlanılmasından ötrü polisə müraciət etməli olmuşdur. Eyni zamanda, qərarın 1-ci vərəqindən görünür ki, təhqiqat araşdırması üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizaları təyin edilmişdir. Məhkə-məxətşünaslıq ekspertizasından alınmış */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspert rəyinə təqdim edilmiş ## ###### 2006-cı il tarixli “xxxx” MTK kooperativ binada mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Z.Q.Gülmalıyev” yazısının qarşısında olan imza: ## #### 2006-cı il tarixli “xxxx” MTK kooperativ binada mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Z.Q.Gülmalıyev” yazısının qarşısında olan imza: cavabdeh1 adından olan 59323 min manat və 43674 min manat pula dair “Arayışlar”xxxx“xxxx MTKnın sədri” qrafasında olan imzalar – öz aralarında eyni şəxs tərəfindən icra edilmişdir. Bundan başqa qərarın 2-ci vərəqinin 2-ci abzasında əksini tapan sənədlərin texniki ekspertizasından alınmış */***- *-*** nömrəli ekspert rəyindən də görünür ki, tədqiqata ## ###### 2006-cı il və ## #### 2006-cı il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilələr və iki ədəd arayış təqdim edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh1 Xətai RPI-nin 34-cü PŞ-nə müraciət etdiyi ərizəsində *** nömrəli mənzili “xxxx” MTK-nın rəhbərliyindən ## ###### 2006-cı il tarixdə aldığını və həmin mənzilə görə 43.674 manat ödəniş etdiyini bildirməsinə və aparılan araşdırma zamanı eynilik təşkil edən izahat verməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kooperativ binada mənzil tikintisi haqqında müqavilədə onun bağlanma tarixi ## ######## 2006-cı il, mənzilin ümumi dəyərinin isə 31580 manat olduğu müəyyən edilir. Bununla yanaşı cavabdeh cavabdeh4 MMC-nin vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müqavilənin “xxxx” MTK-nın sədri tərəfindən imzalanaraq təsdiqləndiyinin ekspertiza rəyi ilə müəyyən edildiyinin bildirilməsinə baxmayaraq, ekspertiza tədqiqatına “xxxx” MTK ilə cavabdeh1 arasında bağlandığı iddia edilən ## ######## 2006-cı il tarixli müqavilə deyil, ## ###### 2006-cı il tarixdə bağlanmış başqa bir müqavilə təqdim edilmişdir. Məkəməyə təqdim edilmiş həmin müqavilənin həqiqətən də sonradan saxta yollarla bağlandığını deməyə əsas verən nüanslardan biri də odur ku, cavabdeh1 Xətai RPI-nin 34-cü PŞ-nə ərizə ilə müraciət etdiyi ## #### 2025-ci il tarixdədək hazırda məhkəməyə təqdim edilmiş ## ######## 2006-cı il tarixli müqavilə mövcud olsa idi, o halda cavabdeh1 tərəfindən 34-cü PŞ-nə həmin müqavilə təqdim edilər və müqavilədə mənzilin dəyəri 43.674 manat deyil, 31580 manat göstərilərdi. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, iddia ərizəsində qeyd olunduğu kimi, iddiaçı İddiaçı 2025-ci ilin aprel ayında mənzilin sənədlərini itirdiyini bildirməsindən sonra onları bir daha tapa bilməyəcəyini ehtimal edən cavabdeh4 MMC həmin mənzili ikinci dəfə cavabdeh1 satmaqla əlavə qazanc əldə etmək niyyətinə düşmüşdür. Bu niyyətlə guya ki, *** nömrəli mənzilin sahibi cavabdeh1 ilə cavabdeh3 arasında pay haqqının verilməsi haqqında ## ### 2025-ci il tarixli müqavilə bağlanmasını təşkil etmiş, cavabdeh3 adına ## ### 2025-ci il tarixli 02/197 və **/*** saylı arayışlar vermiş və həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə təqdim etməklə sonuncunun adına çıxarışın alınmasına nail olmuşdur. Işin hallarına uyğun gəlməyən digər ziddiyyətli məqam isə ondan ibarətdir ki, nəzərə alınsa ki, pay haqqının verilməsi haqqında müqavilənin bağlandığı ## ### 2025-ci il tarix cavabdeh1 həmin mənzilə olan istifadə hüquqlarına xitam verildiyi gün, cavabdeh3 isə istifadə hüquqlarının yarandığı gün hesab edilir. Bununla yanaşı, mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən ## ### 2025-ci il tarixli çıxarışa əsasən cavabdeh3 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Belə olan halda ## #### 2025-ci il tarixdə Xətai RPI-nin 34-cü PŞ-nə mübahisəli mənzilin mülkiyyətçisi cavabdeh3 deyil, mənzilə dair hüquqlarını ## ### 2025- ci il tarixdən, yəni 1 ay 27 gün əvvəldən itirmiş cavabdeh1 müraciət etməsi mübahisəli mənzillə bağlı onun maraqlı olmasını təsdiq edir. Qeyd olunanlarla yanaşı, məhkəmənin diqqətinə onu da çatdırmaq istərdim ki, Xətai Rayon Məhkəməsinin icraatında başqa şəxslərin də, cavabdehlər cavabdeh3 və cavabdeh4 MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin aradan qaldırılması” tələbinə dair işlərə baxılmaqdadır. Həmin iş üzrə də cavabdeh cavabdeh3 vəkili və nümayəndəsi tərəfindən hazırkı işdə olduğu kimi məhkəməyə vəsatətlə müraciət olunaraq, mənzilin əvvəlki sahibinin şahid qismində dəvət olunaraq dindirilməsi xahiş edilmişdir. Cavabdeh cavabdeh3 hər iki iş üzrə cavabdeh olması və son vaxtlarda mübahisəli mənzillərin onun adına qeydiyyata alınmasının təşkil edilməsi cavabdeh4 MMC-nin qanunsuz əməlləri nəticəsində yaranmış mübahisələrə yeni şəxslər cəlb etməklə işin məhkəmədə baxılmasını mürəkkəbləşdirmək niyyətinin göstəricisidir. Cinayət işi başlanmasının rədd edilməsi barədə Xətai RPI-nin 34-cü PŞ-nin ## ###### 2025-ci il tarixli qərarının məhkəməyə cavabdeh cavabdeh4 MMC-nin vəkili və nümayəndəsi tərəfindən təqdim edilməsi isə bir daha təsdiq edir ki, yuxarıda qeyd olunan qanusuzluqlar cavabdeh4 MMCnin təşəbbüsü ilə həyata keçirilmişdir. Qeyd olunanlardan aydın şəkildə görünür ki, “xxxx” MTK ilə cavabdeh1 arasında bağlandığı iddia edilən kooperativ binada mənzil tikintisi haqqında müqavilə ## ######## 2006-cı il tarixdə deyil, ## #### 2011-ci il tarixdən sonra qanunsuz yollarla bağlanmışdır. Belə ki, iddiaçının özünə məxsus mənzilə dair sənədlərini itirməsindən sui-istifadə edən cavabdeh4 MMC əvvəlki tarixə belə bir müqavilə bağlayaraq əlavə qazanc əldə etmək niyyəti güdmüş, bu isə özlüyündə iddiaçının qanuni sahiblik və istifadə hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.

3. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə inşa edilmiş yaşayış binasının 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 78,95 kv.m. olan *** nömrəli mənzilə dair “xxxx” MTK ilə cavabdeh1 arasında bağlanmış, “Kooperativ binada mənzil tikintisi haqqında” ##.##.2006-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, cavabdeh4 MMC ilə cavabdeh1 arasında bağlanmış “Mənzil tikintisi haqqında” ##.##.2010-cu il tarixli müqavilə və mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair cavabdeh1 verilmiş cavabdeh4 MMC-nin ##.##.2010-cu il tarixli **/** saylı arayış etibarsız hesab edilmiş, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, hüquqi xidmət haqqının əvəzi olaraq 160 (yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, hüquqi xidmət haqqının əvəzi olaraq 160 (yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh4 MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdehlər qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi iddianın təmin edilən hissəsində, yəni-mənzilə dair “xxxx” MTK ilə cavabdeh1 arasında bağlanmış, “Kooperativ binada mənzil tikintisi haqqında” ##.##.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh4 MMC ilə cavabdeh1 arasında bağlanmış “Mənzil tikintisi haqqında” ##.##.2010-cu il tarixli müqavilə və mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair cavabdeh1 verilmiş cavabdeh4 MMC-nin ##.##.2010-cu il tarixli **/** saylı arayışın etibarsız hesab edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, təmin edilməyən, yəni - cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş “Pay haqqının verilməsi” haqqında ## ### 2025- ci il tarixli müqavilənin; Mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair cavabdeh3 verilımiş cavabdeh4 MMC-nin ## ### 2025-ci il tarixli **/*** saylı və ## ### 2025-ci il tarixli **/*** saylı arayışlarının; Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, 2347/48-ci məhəllə, *** saylı mənzilin (yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, giriş 171, M14, m2) daşınmaz əmlakın 010011004714-05301-****** reyest nömrəsi ilə cavabdeh3 adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ## ### 2025-ci il qeydiyyat tarixli çıxarışının ləğv edilməsi; Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, (hazırkı Lütfi Zadə küçəsi) 2347-48 məhəllədə inşa edilmiş yaşayış binasının 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən 1 otaqlı, ümumi sahəsi 78,95 kv.m. olan *** nömrəli mənzilin iddiaçı İddiaçı təhvil verilməsi; Həmin mənzildən iddiaçı İddiaçı sahiblik və istifadə hüquqlarına törədilən maneənin aradan qaldırılması; Mənzilə mülkiyyət hüququnun əldə edilməsi üçün tələb olunan maliyyə arayışının cavabdeh4 MMC tərəfindən iddiaçı İddiaçı verilməsi hissəsində işin faktiki hallarını düzgün araşdırmadığından, maddi hüquq normalarının işin faktiki hallarına tətbiqində kobud yanlışlığa yol verdiyindən, maddi və prossesual qanunvericliyin normaları Konstitutsiyda təsbit olunmuş insan hüquq və azadlıqlarının norma və prinsiplərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən aktlarına zidd tətbiq edildiyindən, beləliklə, qətnamə həmin hissədə qanunsuz, əsassız və qərəzli olduğundan hesab edir ki, aşağıda göstərilən əsaslarla apellyasiya qaydasında ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Rayon Məhkəməsi cavabdeh3 vicdanlı alıcı olması qənaətinə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsaslansa da, həmin Qərarın hazırkı işə tətbiqində yanlışlığa yol vermişdir. Belə ki, rayon məhkəməsi həmin qərara istinad edərkən nəzərə almamışdır ki, həmin iş üzrə satılan əmlaka mülkiyyət hüququ dövlət reyestrindən çıxarışa əsasən satıcıya məxsus olmuş və mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Hazırkı işdə isə məhkəmənin vicdanlı əldə edən hesab etdiyi cavabdeh3 mübahisəli mənzili dövlətin apardığı reyestr məlumatlarına güvən əsasında deyil, məhkəmə tərəfindən etibarsız hesab edilmiş “xxxx” MTK ilə cavabdeh1 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilə əsasında bağlanmışdır. Göründüyü kimi iş üzrə cavabdeh cavabdeh4 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən *** saylı mənzilə dair “xxxx” MTK ilə cavabdeh1 arasında ## ######## 2006-cı il tarixli saxta müqavilə bağlamış, sonradan isə formal olaraq vicdanlı əldə edən görünrütüsü yaratmaq məqsədilə həmin mənzilin cavabdeh3 adına rəsmiləşdirilməsinə nail olunmuşdur. Hansı ki, cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən *** saylı mənzilə münasibətdə vicdanlı əldə edən olduğunu istisna edən bir çox meyarlar mövcuddur və həmin hallar birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Lakin məhkəmə əlavə heç bir dəyərləndirməyə ehtiyac duymadan, sadəcə Daşınmaz Əmlakın Dövlət Reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ əldə etmiş cavabdeh3 vicdanlı saymaqla, onunla cavabdeh1 arasında bağlanmış və cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş “Pay haqqının verilməsi” haqqında ## ### 2025-ci il tarixli qanunsuz müqavilənin ləğvi tələblərini təmin etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında formalaşdırılmış hüquqi mövqedən bir daha aydın olur ki, alıcının vicdanlı əldə edən hesab edilməsi üçün daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlanması əsas şərt kimi qəbul edilməlidir. Belə ki, daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Hazırkı iş üzrə cavabdeh cavabdeh3 isə vicdanlı əldə edən olmaması işin faktiki halları və işdəki sənədlərlə sübut edilir. Belə ki, cavabdeh3 tərəfindən mübahisəli mənzilin yerləşdiyi binadan başqa bir mənzil də alınmış və cavabdeh1 ilə onun arasında “Pay haqqının verilməsi” haqqında müqavilənin bağlandığı ## ### 2025-ci il tarixədək həmin mənzillə bağlı mübahisənin olduğu ona məlum olmuşdur. Belə ki, həmin binada qanuni müqavilə əsasında X4 məxsus olan mənzil də, sonradan saxta müqavilə əsasında X3 verilmiş, daha sonra isə işi mürəkkəbləşdirmək məqsədilə cavabdeh3 adına rəsmiləşdirilmişdir. E.Sübhanova cavabdehlər cavabdeh3, “xxxx” MTKya və cavabdeh4 MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin aradan qaldırılması” tələbinə dair işə Xətai Rayon Məhkəməsinin hakimi Ilahə Abbasovanın icraatında baxılmışdır. cavabdeh3 həqiqətən də, vicdanlı əldə edən olduğunu istisna edən halların aşkara çıxarılması məqsədilə iddiaçı tərəfindən məhkəməyə vəsatətlə müraciət olunaraq, cavabdeh3 iştirakı ilə Xətai Rayon Məhkəməsində gedənməhkəmə işləri barədə məlumatların məhkəməyə təqdim edilməsinin Xətai Rayon Məhkəməsindən, mülkiyyətində olan mənzillər barədə məlumatların məhkəməyə təqdim edilməsinin isə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən tələb edilməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi işin obyektiv və hərtərəfli həlli üçün vacib olan həmin məlumatların məhkəməyə təqdim edilməsində maraqlı olmamış və bu səbəbdən vəsatətin təmin olunmasından qərəzli şəkildə yayınmışdır. Göründüyü kimi, cavabdeh3 hazırkı iş üzrə mübahisəli mənzili alanadək mübahisəli mənzilin yerləşdiyi binadan aldığı başqa mənzillə bağlı mübahisə olduğu halda hazırkı iş üzrə aldığı evin hüquqi statusunu müəyyənləşdirmək, mübahisəli olub-olmadığını öyrənmək onun borcu idi. Eyni zamanda cavabdeh3 cavabdeh4 MMC və cavabdeh1 tərəfindən cinayətkarcasına aldadıldığına görə onlara qarşı iddia qaldıraraq pulunu tələb etmək əvəzinə, məhkəmə iclaslarında onlarla eyni mövqedən çıxış etməklə vicdansız sahib olduğunu sübuta yetirmişdir. cavabdeh3 vicdanlı əldə edən olduğunu istisna edən, lakin məhkəmə tərəfindən bu barədə hər hansı araşdırma aparılmayan digər ziddiyyətli məqam isə ondan ibarətdir ki, Pay haqqının verilməsi haqqında müqavilənin bağlandığı ## ### 2025-ci il tarixi cavabdeh1 həmin mənzildən istifadə hüquqlarına xitam verildiyi gün, cavabdeh3 isə istifadə hüquqlarının yarandığı gün hesab edilir. Eyni zamanda mübahisəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən ## ### 2025-ci il tarixli çıxarışa əsasən cavabdeh3 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Belə olan halda ## #### 2025-ci il tarixdə Xətai RPI-nin 34-cü PŞ-nə mübahisəli mənzilin mülkiyyətçisi cavabdeh3 deyil, mənzilə dair hüquqlarını ## ### 2025-ci il tarixdən, yəni 1 ay 27 gün əvvəldən itirmiş cavabdeh1 müraciət etməsi mübahisəli mənzillə bağlı adına dövlət reyestrində qeydiyyat aparılmış cavabdeh3 deyil, onun maraqlı olmasını təsdiq edir. Bu isə özlüyündə cavabdeh3 mübahisəli mənzilin əsl sahibi olmadığının və cavabdeh4 MMC ilə cavabdeh1 qanunsuz əməlləri nəticəsində yaranmış mübahisələrə yeni şəxslər cəlb etməklə mənzili formal olaraq başqa şəxsin adına rəsmiləşdirməklə vicdanlı əldə edən görüntüsü yaratmaq niyyətinin göstəricisidir. Bu isə özlüyündə cavabdeh3 vicdanlı əldə edən olmadığının sübutudur. Qeyd olunanlardan aydın şəkildə görünür ki, qanuni müqavilə əsasında payçılara satılmış mənzillər sonradan cavabdeh4 MMC tərəfindən saxta sənədlər əsasında başqa şəxslərin adına, daha sonra isə, formal olaraq vicdanlı əldə edən görüntüsü yaratmaq məqsədilə cavabdeh3 və digər şəxslərin adına rəsmiləşdirilməkdədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunanların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, mülki qanunvericilikdə cavabdeh3 vicdanlılığı prezumpsiyanı istisna edən bir sıra hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd olunan maddi hüquq normasının tələbi onu deməyə əsas verir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından Xətai Rayon Məhkəməsi tərəfindən “xxxx” MTK ilə cavabdeh1 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilə etibarsız hesab edildiyi halda cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş “Pay haqqının verilməsi” haqqında ## ### 2025-ci il tarixli müqavilənin etibarlı müqavilə kimi tanınması qanunsuz və əsassızdır. Ali Məhkəmənin məhkəmə təcrübəsinin vahidliyini təmin edən Qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, əvvəlki mülkiyyətçinin mübahisəli torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində qüvvədə olan mülkiyyət hüququna dair qeydi mövcud olduğundan həmin əmlaka dair qanunsuz olan ikinci qeydiyyat əsasında bağlanmış sərəncam əqd(lər)i üzrə alıcıların adına aparılmış mülkiyyət hüququ barədə qeydlərin həqiqiliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 149.2-ci maddələrində müəyyən edilmiş vicdanlılıq qaydaları çərçivəsində qoruna bilməz. Nəzərə alınmalıdır ki, vicdanlı əldə edənin qorunması qaydasındakı məqsəd, reyestrdəki mülkiyyət qeydi silinmiş əvvəlki mülkiyyətçiyə münasibətdə adına əsassız qeydiyyat aparılmış şəxsdən əşya hüquqlarını məhz dövlətin apardığı reyestr məlumatlarına güvənərək yüksüz əldə edən vicdanlı üçüncü şəxsin üstün tutulmasıdır. Başqa sözlə, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir. Bununla belə, mülkiyyətçinin reyestrdəki qeydi silinmədən (ləğv edilmədən) eyni əşyaya dair başqa bir şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması halında əvvəlki və sonrakı qeydiyyatdan deyil, ikili qeydiyyatdan söhbət gedir. Bu halda sonrakı qeydiyyat üzrə mülkiyyətçi kimi görünən şəxsdən əşya hüquqları əldə edən şəxslər vicdanlı əldə etmə qaydalarına istinad edə bilməzlər. Ona görə ki, həmin üçüncü şəxslərin mənafelərinin toqquşduğu şəxs, reyestr qeydi silinmiş əvvəlki mülkiyyətçi deyil, bu hüququ reyestrdə ümumiyyətlə ləğv edilməmiş mövcud mülkiyyətçidir. Bu vəziyyətdə vicdanlı əldə edənin hüquqlarının qorunması ilə bağlı qaydanın tətbiqi istisna olunur. Əks yanaşma Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunmasına təminat verilən mülkiyyət hüququnun qanunsuz və qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxarardı. Qeyd olunan qərarla müəyyən edilmiş vicdanlı əldə etmə qaydalarının hazırkı işə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə inşa edilmiş yaşayış binasının 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən *** nömrəli mənzilə dair eyni vaxda 2 müqavilə - “xxxx” MTK ilə cavabdeh1 arasında bağlanmış ##.##.2006-cı il tarixli müqavilə (sonradan bağlanmış saxta müqavilə) əsasında cavabdeh4 MMC ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2011-ci il tarixli müqavilə və “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ## ###### 2007-ci il tarixli müqavilə əsasında cavabdeh4 MMC ilə İddiaçı arasında bağlanmış ## ###### 2011-ci il tarixli müqavilə mövcud olmuşdur. Hazırda cavabdeh1 ilə “xxxx” MTK arasında bağlanmış ##.##.2006-cı il tarixli və cavabdeh4 MMC arasında bağlanmış ##.##.2010-cu il tarixli müqavilələr məhkəmə tərəfindən etibarsız hesab edildiyindən həmin mənzilə dair İddiaçı ilə “xxxx” MTK ilə arasında bağlanmış ## ###### 2007-ci il tarixli və cavabdeh4 MMC arasında bağlanmış ## ###### 2011-ci il tarixli müqavilələr qüvvədədir. Belə olan halda mənzilin sahibi kimi görünən cavabdeh1 mənzili əldə edən cavabdeh3 vicdanlı əldə etmə qaydalarına istinad edə bilməz. Ona görə ki, cavabdeh3 mənafelərinin toqquşduğu şəxs, MTK ilə bağlanmış müqaviləsi ləğv edilmiş əvvəlki sahib deyil, bu hüququ ümumiyyətlə ləğv edilməmiş mövcud sahibdir. Bu vəziyyətdə vicdanlı əldə edənin hüquqlarının qorunması ilə bağlı qaydanın tətbiqi istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarından görünür ki, alıcının vicdanlı əldə edən hesab edilməsinin əsas şərti əşya hüququnu dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad edərək vicdanlı şəkildə əldə etməsidir. Hazrkı işdə isə məhkəmənin vicdanlı əldə edən olduğu qənaətinə gəldiyi cavabdeh3 mübahisəli mənzili dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad edərək vicdanlı şəkildə deyil, cavabdeh1 ilə MTK arasında bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş müqavilələr əsasında almışdır. Hansı ki, cavabdeh1 ilə cavabdeh3 arasında “Pay haqqının verilməsi” haqqında müqavilənin bağlandığı ## ### 2025-ci il tarixdə həmin binadakı mənzillərin 80 faizi dövlət qeydiyyatına alınmaqla onlara müvafiq çıxarışlar verilmişdir. Belə olan halda cavabdeh3 da lazımı sayıqlıq göstərərək cavabdeh1 tərəfindən mənzilin hansı səbəbdən çıxarış almadan satılması barədə araşdırma aparmaqla mübahisəli olduğunu bilməli idi. Digər tərəfdən cavabdeh3 bundan əvvəl həmin binadan aldığı mənzillə bağlı məhkəmə mübahisəninin olması onun daha çox sayıqlıq göstərməsini zəruri edirdi. Onun tərəfindən isə “Pay haqqının verilməsi” haqqında müqavilə əsasında əvvəl aldığı mənzillə bağlı məhkəmə mübahisəsinin olduğu halda yenidən hər hansı araşdırma aparılmadan, eləcə də, dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad etmədən əldə etməsi onun vicdanlı əldə edən olmadığının sübutudur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun qazanılması üçün: 1) əldə edənin adına dövlət reyestrində qeydiyyat aparılmalı; 2) bunun üçün müvafiq razılaşma mövcud olmalı; 3) əşyaya səlahiyyətli şəxs tərəfindən sərəncam verilməlidir. Bu şərtlər qanunda aşağıdakı kimi təsbit olunmuşdur: Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınmaz Əmlakın Dövlət Reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (Notarius əşyaya dair sərəncam verən tərəfin (satanın) hüququnu yoxlayır). Sərəncam hüququ sərəncam verən tərəfin Daşınmaz Əmlakın Dövlət Reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir (Əgər satıcı əmlakın dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyatda deyilsə, onun bağladığı alqı-satqı müqaviləsi etibarsız sayılır). Hazırkı işdə cavabdeh1 ilə cavabdeh3 arasında mübahisəli mənzilə sərəncam verilməsi haqqında müqavilə notariat qaydasında təsdiqlənməmiş, eyni zamanda cavabdeh1 mənzil üzərində sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Göstərilənlər mübahisəli mənzilə dair cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış müqavilənin və cavabdeh3 adına olan reyestr qeydlərinin ləğv edilməsi üçün əsasdır. Ali Məhkəmənin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq, cavabdeh3 vicdanlılığı prezumpsiyasını istisna edən hallarla bağlı qeyd edir: 1) Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən *** saylı mənzilin saxta yolla hazırlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş müqavilə əsasında, yəni əmlakın cinayət yolu ilə və digər şəkildə qanunsuz əldə edilməsi. (hazırda cavabdeh4 MMC-nin sənədlərin saxtalaşdırılmasında iştirak edən vəzifəli şəxsləri (MMC-nin direktoru X8 və işçisi Həsənova (Şəhruqova) Səbinə Xəqani qızı) barəsində Xətai Rayon Prokurorluğunda araşdırma aparılmaqdadır. 2) cavabdeh3 mübahisəli mənzili dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad edərək vicdanlı şəkildə deyil, cavabdeh1 ilə MTK arasında bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş müqavilələrə əsaslanaraq “Pay haqqının verilməsi” haqında müqavilə əsasında əldə etməsi. Belə ki, “Pay haqqının verilməsi” haqında ##.##.2025-ci il tarixli müqavilədə *** saylı mübahisəli mənzilin sahibinin cavabdeh1 olduğu görstərilsə də, mənzilin hansı sənədə əsasən ona məxsus olduğu qeyd olunmamışdır. Mənzil alqısatqısı ilə məşğul olan cavabdeh3 isə satıcı cavabdeh1 məxsus olduğunu güman etdiyi mənzilin ona hansı sənədlər əsasında məxsus olduğunu araşdırmalı, eləcə də, həmin sənədlərinin əsllərini tələb etməli olduğu halda bunu etməmişdir. 3) Mübahisəli mənzil satıcı qismində iştirak edən cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyindən cavabdeh3 həmin mənzili sərəncam vermək səlahiyyətinə malik olmayan şəxsdən alması; 4) cavabdeh3 mənzili əldə etdikdən dərhal sonra satışa çıxarmaq istəməsi. Belə ki, cavabdeh3 birinci instansiya məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, mənzili satmaq istəmiş, lakin satılmasına qadağa olduğundan sata bilməmişdir; 5) Bazar dəyəri təqribən 160.000 manat olan mübahisəli mənzilin “Pay haqqının verilməsi” haqqında ## ### 2025-ci il tarixli müqavilədən göründüyü kimi cavabdeh3 tərəfindən həqiqi bazar dəyərindən şübhə çəkəcək qədər aşağı qiymətlə, yəni cəmi 31580 manata əldə edilməsi; 6) cavabdeh1 mübahisəli mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına qeydiyyata aldırmaqla daha rahat və daha yuxarı qiymətə satmaq imkanı olduğu halda, cavabdeh3 həmin mənzili pay haqqının verilməsi müqaviləsi əsasında aşağı qiymətə əldə etməsi, yəni əqd bağlanarkən şübhəyə əsas verən halların mövcudluğu cavabdeh3 vicdanlılığı prezumpsiyasını istisna edən hallardır. Göründüyü kimi, cavabdeh3 vicdanlılığı prezumpsiyasını istisna edən hallardan biri də, cavabdeh4 MMC-nin özünün qanunsuz əməlləri nəticəsində yaranmış mübahisələrə yeni şəxslər cəlb etməklə işi mürəkkəbləşdirmək məqsədilə cavabdeh1 ilə cavabdeh3 arasında “Pay haqqının verilməsi” müqaviləsinin bağlanmasını təşkil etməsidir. Lakin cavabdeh3 vicdanlılığı prezumpsiyasını istisna edən yuxarıda qeyd olunan halların məhkəmənin diqqətinə dəfələrlə şifahi və yazılı qaydada çatdırılmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən mühüm əhəmiyyəti olan həmin faktiki hallar aydınlaşdırılmamış, bu isə özlüyündə cavabdehlərin maraqlarını müdafiə edən düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Bununla yanaşı, cavabdeh3 vicdanlılığı prezumpsiyasını istisna edən halların – cavabdeh3 mübahisəli mənzili dövlət reyestrdəki məlumatların həqiqiliyinə və tamamlığına etimad edərək vicdanlı şəkildə deyil, cavabdeh1 ilə MTK arasında bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş müqavilələrə əsaslanaraq “Pay haqqının verilməsi” haqında müqavilə əsasında əldə etməsi, cavabdeh3 satıcıya məxsus olduğunu güman etdiyi mənzilin sənədlərinin əsllərini tələb etməli olduğu halda bunu etməməsi, bazar dəyəri təqribən 160.000 manat olan mübahisəli mənzilin “Pay haqqının verilməsi” haqqında ## ### 2025-ci il tarixli müqavilədən göründüyü kimi cavabdeh3 tərəfindən həqiqi bazar dəyərindən şübhə çəkəcək qədər aşağı qiymətlə, yəni cəmi 31580 manata əldə edilməsi, cavabdeh3 mənzili əldə etdikdən dərhal sonra satışa çıxarmaq istəməsi, cavabdeh1 mübahisəli mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına qeydiyyata aldırmaqla daha rahat və daha yuxarı qiymətə satmaq imkanı olduğu halda, cavabdeh3 həmin mənzili “Pay haqqının verilməsi” müqaviləsi əsasında aşağı qiymətə əldə etməsi, yəni əqd bağlanarkən şübhəyə əsas verən halların mövcudluğu aşkar şəkildə göründüyü halda qətnamə qəbul edərkən məhkəmə tərəfindən həmin halara istinad edilməməsi və yalnız cavabdeh tərəfin verdiyi izahatları əsas götürməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən həmin halların araşdırılmamasının, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinin nəticəsidir. Bu isə özlüyündə qeyd olunan maddi və prosessual hüquq normalrının tətbiq edilməsində səhvin buraxılması ilə nəticələnmişdir ki, bu da birinci instansiya məhkəməsənin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və bildirdi ki, cavabdeh cavabdeh1 müqavilə bağlamışdırsa və mailiyyə arayışı da mövcud idisə, reyestrdən çıxarış almaq imkanı var idi. Həmçinin cavabdeh3 öz izahatlarında bildirmişdir ki, ev təmiri və alqı-satqısı ilə məşğul olur, yəni o belə məsələlərdən məlumatlı idi və mənzil alan zaman araşdırmaq imkanı vardı. Nəticədə cavabdeh cavabdeh3 vicdanlı əldə edən ola bilməz. Qeyd edir ki, cavabdeh cavabdeh3 həmin binada başqa bir mənzil də almış və həmin mənzillə bağlı da mübahisə yaranmışdır. Vəkil cavabdeh cavabdeh3 nümayəndəsi və vəkilinin elektron məhkəmə sisteminə yüklədiyi – mənzilin 105.000 manata alınmasına dair sənədlərin yolverilməz hesab edilərək sübut kimi qəbul edilməməsini xahiş etdi, qeyd etdi ki, məlum deyil ki, həmin sübutlar mövcud idisə, vəkillə təmsil olunan cavabdeh hansı səbəbdən onları rayon məhkəməsində təqdim etməmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Mamedov apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, mənzilin sahəsi 80 kv.metrdir. Hazırda həmin ərazidə qiymətlər 1 kv.m. üçün təxminən 1300-1500 manat olar.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh3 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, mübahisəli mənzili alanda orta təmirli idi, o, təmir etdirmək istəsə də, məhkəmə mübahisəsinə görə təmiri dayandırmışdır. Həmin binada təmirsiz mənzilin 1 kv.metrinin qiyməti təxminən 1500 manatdır, o mənzilə görə 105000 manat ödəmişdir. Cavabdeh eyni zamanda da bildirdi ki, onun həmin binada başqa bir mənzili də var və həmin mənzillə də bağlı məhkəmədə mübahisə var.

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və mənzilin 105.000 manata alınması ilə bağlı sənədlərin birinci instansiyada təqdim edilməməsini isə həmin vaxt bunun mübahisələndirilməməsi ilə əsaslandırdı, bildirdi ki, cavabdeh3 vicdanlı əldə edəndir .

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, mübahisəli mənzili cavabdeh3 105.000 manata satıb.

11. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh cavabdeh4 MMC məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

13. Mülki iş materiallarına əlavə edilmiş “xxxx” MTK ilə X7 arasında ##.##.2007-ci il tarixində bağlanmış müqaviləyə əsasən Kooperativ, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş “xxxx” MTK-nın tikilməkdə olan binasında *** nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 3-cü giriş, 14-cü mərtəbə, 1 otaqdan ibarətdir. Göstərilən mənzilin ümumi dəyəri 41054 manat məbləğində müəyyən olunmuşdur.

14. “xxxx” MTK-nın ##.##.2007-ci il tarixli **** nömrəli arayışdan görünür ki, X7 həqiqətən “xxxx” MTK-nın kassasına 16490 manat məbləğində vəsait ödəmişdir.

15. “xxxx” MTK-nın ##.##.2007-ci il tarixli **** nömrəli arayışın surətindən görünür ki, X7 həqiqətən “xxxx” MTK-nın kassasına 8500 manat məbləğində vəsait ödəmişdir.

16. “xxxx” MTK-nın ##.##.2008-ci il tarixli *** nömrəli arayışdan görünür ki, X7 həqiqətən “xxxx” MTK-nın kassasına 3464 manat məbləğində vəsait ödəmişdir.

17. “xxxx” MTK-nın ##.##.2008-ci il tarixli *** nömrəli arayışdan görünür ki, X7 həqiqətən “xxxx” MTK-nın kassasına 16490 manat məbləğində vəsait ödəmişdir.

18. “xxxx” MTK-nın ##.##.2008-ci il tarixli **** nömrəli arayışın surətindən görünür ki, X7 həqiqətən “xxxx” MTK-nın kassasına 8460 manat məbləğində vəsait ödəmişdir.

19. cavabdeh4 MMC ilə X7 arasında ##.##.2015-ci il tarixində bağlanmış “Mənzil Tikintisi haqqında” müqavilədən görünür ki, cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş cavabdeh4 MMC-nin tikilməkdə olan binasında *** nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 41054 manat məbləğində müəyyən olunmuşdur.

20. “xxxx” MTK ilə cavabdeh1 arasında ##.##.2006-cı il tarixində bağlanmış müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən Kooperativ, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347- 48 məhəllədə yerləşmiş “xxxx” MTK-nın tikilməkdə olan binasında *** nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 3-cü giriş, 14-cü mərtəbə, 1 otaqdan ibarətdir. Göstərilən mənzilin ümumi dəyəri 31580 manat məbləğində müəyyən olunmuşdur.

21. cavabdeh4 MMC ilə cavabdeh1 arasında ##.##.2010-cu il tarixində bağlanmış “Mənzil Tikintisi haqqında” müqavilədən görünür ki, cəmiyyətin Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş cavabdeh4 MMC-nin tikilməkdə olan binasında *** nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 31580 manat məbləğində müəyyən olunmuşdur.

22. cavabdeh4 MMC-nin ##.##.2010-cu il tarixli **/** nömrəli maliyyə arayışından görünür ki, X9 cavabdeh4 MMC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 6 məhəllə ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 14-cü mərtəbə, ümumi sahəsi 78,95 kv.m. olan *** saylı 1 otaqlı mənzil almışdır. Mənzilin dəyəri tam olaraq ödənilmişdir və onun Cəmiyyətə heç bir borcu yoxdur.

23. Xətai RPI-nin 34-cü PŞ-nin ## ###### 2025-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh1 ##.##.2025-ci il tarixdə ərizə ilə Xətai RPI-in 34-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, ##.##.2006-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xovalı küçəsi 2347-48-ci məhəllədə yerləşən “xxxx” MTK-nın binasında *** nömrəli mənzil 43674 manat ödəniş etməklə bina rəhbərləyindən mənzili almışdır. Müəyyən vaxt keçdikdən sonra ona məlum olmuşdur ki, həmin mənzil ondan sonra başqa şəxslərə satılmışdır. Həmin şəxlsər isə iddia edərək, ondan olan sənədin saxta olduğunu bildirmişlər. Buna görə də, o, sənədin saxta olub-olmamasının yoxlanılmasından ötrü polisə müraciət etməli olmuşdur.

24. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 34cü Polis Şöbəsinin ##.##.2026-cı il tarixli 55-#/# **** nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş ##.##.2006-cı il tarixli “xxxx” MTK kooperativ binada mənzil tikintisi haqqında Müqavilənin aşağı hissəsində “Z.Q.Gülmalıyev” yazlarının qarşısında olan imza; ##.##.2006-cı il tarixli “xxxx” MTK kooperativ binadan mənzil tikintisi haqqında “Müqavilə”nin aşağı hissəsində “Z.Q.Gülmalıyev” yazılarının qarşısında olan imza; cavabdeh1 adından olan 59323 min manat və 43674 min manat pula dair “Arayışlar”xxxx“xxxx” MTKnın sədri qrafalarında olan imzalar – öz aralarında eyni şəxs tərəfindən icra edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli */***-*/*** nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “xxxx” MTK-nın cavabdeh1 ilə bağlanmış ##.##.2006-cı il tarixli və ##.##.2006-cı il tarixli Kooperativ binada mənzil tikilməsi haqqında müqavilələrdə və iki ədəd arayışlarda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata tərtim edilmiş “xxxx” MTK-nın cavabdeh1 ilə bağlanmış ##.##.2006-cı il və ##.##.2006-cı il tarixli kooperativ binada mənzil tikilməsi haqqında müqavilələrdə və iki ədəd arayışlarda olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Tədqiqata təqdim edilmiş “xxxx” MTK-nın cavabdeh1 ilə bağlanmış ##.##.2006-cı il və ##.##.2006-cı il tarixli kooperativ binada mənzil tikilməsi haqqında müqavilələrdə və iki ədəd arayışlarda hər hansı düzəlişlər (mexaniki üzulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər) müəyyən edilmədir.

26. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli məktubunun qoşmasına əlavə edilməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli məktubuna əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məclləsinin 178.3.2, 308.2-ci, 313-cü və 320.1-ci maddəlrəi ilə məhkim olunmasına dair cinayət işi üzrə 1-ci cild 343-351-ci səhidədə olan siyahının, 4-cü cild 79-105-ci səhifədə olan aktın, 106-113cü sahifədə olan cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş sənədlərin adlar üzrə siyahısının, 114- 120-ci səhifədə olan “Müştərinn vəziyyəti haqqında məlumat”ın, 121-123-cü səhifədə olan bloklar üzrə siyahının surətlərindən, məlum olur ki, həmin siyahılarda yaşayış binasının 3-cü girişi, 14-cü mərtəbəsində yerləşən sahəsi 78,95 kv.m. olan mənzil ##.##.2007-ci il tarixli müqavilə əsasında X7. Mənzilin dəyərinə görə 41054 manat məbləğində ödəniş edilmişdir. Məktuba əlavə edildmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı (Telnov) küçəsi, ****-** saylı binanın tikintisi ilə bağlı cavabdeh cavabdeh4 MMC tərəfindən təsdiq edilmiş bütün sənədlərin, MTK-nın payçıları ilə bağlanmış müqavilələrin və s. götürülməsinə dair Xətai rayon icra şöbəsini icra məmuru O.Isayev tərəfindən ## #### 2011-ci il tarixdə tərtib edilmiş Aktın payçıların adlarını əks etdirən siyahısının 121 nömrə ilə qeyd edilmiş sətrindən İddiaçı aid ##.##.2007-ci il tarixli ərizə, müqavilə, şəxsiyyət vəsiqəsi və 5 ədəd arayışın da təhvil alınmışdır. “Müştərilərin vəziyyəti haqqında məlumat”ın 111-ci bəndindən İddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə inşa edilmiş yaşayış binasının 3-cü girişində, 14-cü mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 78,95 kv.m., ümumi dəyəri 41054 AZN olan *** nömrəli mənzilə dair müqavilə bağlanmışdır. Həmin sənədlərin heç birində cavabdeh1 adı qeyd edilməmişdir.

27. Azərbaycan Respublikası Iqtizadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsiin ##.##.2025-ci il tarixli sorğuya cavabdeh məktubuna əlavə edilmiş cavabdeh4 MMC, cavabdeh1 və cavabdeh3 arasında bağlanmış ##.##.2025-ci il tarixli “Pay haqqının verilməsi haqqında” müqaviləyə əsasən cavabdeh1 cəmiyyətin Bakı şəhəri. ünvan 5 ünvanında yerləşən və cavabdeh4 MMC-nin hesabında olan çoxmənzilli yaşayış binasında 31580 manat məbləğində pay haqqının müqabilində *** saylı mənzilini yeni payçı cavabdeh3 istifadəsinə vermişdir. Yeni payçı cavabdeh3 cəmiyyətin Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən cavabdeh4 MMC-nin hesabından olan çoxmənzilli yaşayış binasında yerləşən əvvəlki payçı cavabdeh1 31580 manat məbləğində olan pay haqqını mənzil şəklində öz istifadəsinə qəbul etdi. Bu müqavilə imzalandığı tarixdən *** saylı mənzil üzərində pay hüququ cavabdeh3 verilir.

28. cavabdeh4 MMC-nin ##.##.2025-ci il tarixli **/*** saylı arayışının surətindən görünür ki, cavabdeh3 ünvan 2 171 (keçmiş Telnov 2347-48) ünvanda yerləşən çoxmənzilli yaşayış binasının 171-ci binasının 14-cü mərtəbəsində yerləşən, sahəsi 78,95 kv.m. olan 1 otaqlı *** saylı mənzilin tam pay hüquqlu sahibidir. Mənzilin dəyəri tam olaraq ödənilmişdir və onun Cəmiyyətə heç bir borcu yoxdur.

29. cavabdeh4 MMC-nin ##.##.2025-ci il tarixli **/*** saylı arayışının surətindən görünür ki, cavabdeh3 “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, keçmiş Telnov küçəsi 2347-48-ci məhəllə hazırkı Lütfi-zadə küçəsi, 167,169, 171 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 14-cü mərtəbə, ümumi sahəsi 78,95 kv.m. olan *** saylı 1 otaqlı tam pay hüquqlu sahibidir. Payçı cavabdeh3 bu mənzilə dair Cəmiyyətə heç bir borcu yoxdur.

30. Bakı şəhəri. Xətai rayonu, Lütfi-zadə küçəsi, 2347/48-ci məhəllə, mənzil 281 (yeni qaydalarla: AZ1149, ünvan 1 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tariixndə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

31. cavabdeh4 MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025- ci il tarixli **/*** nömrəli məktubundan görünür ki, cavabdeh4 MMC-yə məxsus ünvan 4 məhəllə) ünvanında yerləşən yaşayışbinasının Vergi Cəmiyyətlərinin Ibtidai Araşdırılması Departamentinin ##.##.2014-cü il, ##.##.2014-cü il və ##.##.2015-ci il tarixli “baxış keçirilməsi” (iş №*********) və “Sənədin götürülməsi haqqında” məhkəmə qərarı və protokollara əsasən bütün arxiv sənədləri, məhkəmə qərarları, məktublar və digər sənədlər aktlaşdırılaraq götürülmüşdür. Daha sonra zərurət yarandığı üçün Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsi həmin sənədləri VCIAD-dan təhvil götürmüşdür. Yalnız 2017-ci ilin dekabr ayında sənədlər cəmiyyətə geri qaytarılarkən pərakəndə şəkildə qaytarılmış və 100-dən artıq mənzil sənədi, məktublar və digər sənədlər itirmişdir. Bununla bağlı iddiaçı tərəfindən dəfələrlə hər iki orqana müraciət olunmuş və cavab məktubunu almışdırlar. Bu səbəbdən də sənədi itmiş mənzillərlə bağlı yalnız vətəndaşın özündə olan Müqaviləyə və maliyyə arayışına istifadə edə bilirlər. Cəmiyyətə məxsus binanın 3-cü girişində yerləşən sahəsi 78,79 kv.m. olan 1 otaqlı *** saylı mənzil vətəndaşın təqdim etdiyi sənədə istinadən 2006-cı ildən etibarən cavabdeh1 adına olub. Tam vəsaitini ödəyərək maliyyə arayışı əldə edib. 2016-cı ildə o, Cəmiyyətə yaxınlaşın mənzilin qapısını dəyişmiş, kommunal ödənişləri edərək təmirə başlamaq istədiyini bildirmişdir. Sonradan səhhətində yaranan problemlər onu bunu etməyə imkan verməyib. 2025-ci ilin may ayında isə yenidən Cəmiyyətə müraciət edərək mənzilini satışa çıxararaq başqa şəxsin adına sənədləşdirilməsini xahiş etmişdir. Bütün sənədləri qaydasında olduğu üçün mənzilin alqısatqısı reallaşmış, və yeni payçısı mənzilini dövlət qeydiyyatına aldıraraq çıxarış əldə etmişdir. Halhazırda da çıxarışa əsaəsn mənzil vətəndaş cavabdeh3 sahibliyində və istifadəsindədir. Eyni zamanda, “xxxx” MTK tərəfindən həmin mənzil ##.##.2006-cı ildə təkrarən Süleymanov Süleyman Əliş oğluna satılmışdır.

32. Rayon məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 verdiyi ifadəsində göstərmişdir ki, X7 ##.##.2007-ci ildə onlardan ev almışdır. O, “xxxx” MTK-nın sədri olmuşdur. Onun bu yaxınlarda məlumatı olmuşdur ki, bu mənzilin guya başqa sahibi olub. O, 2010-cu ilə kimi rəhbər olub. 2010-ci ildə "xxxx" MMC-nin o vaxtkı rəhbərləri Bağırov Akif və Mirzəyev Fuad onların oturduqları ofisi zəbt etmişdilər. Bütün sənədləri ələ keçirmişdilər. 1 il MTK-nın bütün sənədləri " xxxx"-in o vaxtkı sədrinin əllərində olandan sonra onlar ilk dəfə işin hüquqi tərəfi üçün Xətai Rayon Məhkəməsinə müraciət etmişdirlər. Proseslər uzun çəkdi. 2011-ci ilin iyun ayında Xətai Rayon Məhkəməsinin qərarına əsasən Xətai Rayon Məhkəməsi Icra Şöbəsinin icra məmurları 2 nəfər sənədləri opis edib onlardan aldı və “Əzizbəy”-ə verdi. Xətai Rayon Məhkəməsi binanın gələcək taleyini, binanın gələcək idarəçiliyini "xxxx"-ə verdiyinə dair qərarı var idi. Təhvil verdikləri sənədlərin içində 121-ci sırada iddiaçının sənədi də var idi. Niyammədini tanımır. 2011-ci ildən sonra sənədləri verib çıxmışdırlar. Gülşən xanımgil gəlib-gedirdi ki, binanın üstü bağlananda təmir etsinlər. Üstü bağlanandan sonra isə hələ təmirə başlamamışdılar. Bina 2010-cü ildə bitmişdir. Gülşən xanıma mənzil təhvil verilmişdir. Gülşən xanım da müxtəlif tarixlərdə olmaqla ümumilikdə 41054 manat ödəniş edib.

33. Rayon məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, Niyaməddin “xxxx”in binasında ev sahibidir. O, mənzil elanını görmüş, maraqlanmışdır. Bundan sonra Xaqana mənzili təklif etmişdir. O, Niyaməddinlə Xaqanı tanış etmişdir. Alqı-satqı oldu. Hər ikisindən komissiya haqqı almışdır. Mənzil ucuz qiymətə satılmamışdır, təhminən 100 min, və ya 100 mindən yixarı qiymətə satılmışdır. O, satıcıdan 2%, alıcıdan 1% haqq almışdır. Lakin məbləğ dəqiq yadında deyil. Alqı-satqı müqaviləsi ## ### 2025-ci il tarixində bağlanmışdır.

34. Rayon məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 məhkəm iclasında: verdiyi ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin sentyabr “xxxx”-də ev almışdır. Indi də orada yaşayır. Vaxtilə “xxxx” MMMC-də 1 il 9 ay sədr vəzifəsində işləmişdir. Mübahisəli mənzildə yaşayış olmayıb, kommunal ödənişlər edilmirdi. Onda siyahı var idi ki, hansı mənzildə yaşayış var, hansılarda isə yox. Siyahıda iddiaçı X7 da adı var idi. O, mənzildə yaşayış yox idi. Təzəlikcə bilmişdir ki, həmin mənzillə bağlı problem yaranıb.

35. Rayon məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 verdiyini ifadəsində göstərmişdir ki, o, iddiaçını şəxsən tanımır. O, cavabdeh4-in 2021-2023- cü illərdə direktoru olmuşdu. Iddiaçının qohumu gəlib-gedirdi. Mənzil sahiblərinin siyahısı var idi. Ona həmin siyahını Səbinə xanım vermişdi. Səbinə xanım təsisçinin yoldaşıdır. ***-ci nömrəli mənzilin sahibi Salmanova Gülşən idi. Hətta təmir haqqı ödənişi üçün qohumu ilə söz-söhbəti də olmuşdu. Mənzilin başqa sahibindən xəbərim yoxdur. Tətbiq edilən maddi hüquq normaları:

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” № **/****, ## ### 2026-cı il tarixli Qərardadı. Mülki Məcəllədə təsbit olunmuş vicdanlı əldəetmə institutu əşya hüquqlarına, o cümlədən mülkiyyət hüququna müdaxilənin qanuni əsaslarından birini təşkil edir. Bu institut yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) üçün keçərlidir və reyestrdə qeydə alınıbalınmamasından asılı olmayaraq tələb hüquqları (məsələn, daşınmaz əşyanın icarəsi, çoxmənzilli yaşayış binasının tərkib hissəsinə dair podrat müqaviləsi və sair) ilə bağlı münasibətlərə tətbiq olunmur. Əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, hüququn qazanılmasına dair hansısa maneənin varlığının obyektiv olaraq fərqində olmamaq başa düşülür. Vicdanlı əldəetmə ilə bağlı qaydalar hüquqi əməliyyatların etibarlı bir şəraitdə daha asan və sürətli realizəsinə şərait yaratmaqla, mülki dövriyyənin sabitliyinin və sürətliliyinin, eyni zamanda mülki hüquq subyektlərinin mənafelərinin təmin olunmasına, eləcə də əşya hüquqlarından məhrumetmə ilə bağlı risklərinin bölüşdürülməsinə xidmət edir. Belə ki, bu kateqoriya mübahisələr üzrə eyni əşyaya dair qorunmalı iki mənafe olur – həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçinin və vicdanlı əldə edən üçüncü şəxsin mənafeyi. Onlardan biri üçün əşyaya olan hüququnu itirmək təhlükəsi qaçılmazdır. Sözügedən mübahisəli hüquq münasibətlərində, adətən, üç subyekt iştirak edir: 1) həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi (əsl mülkiyyətçi); 2) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi görünən şəxs (özgəninkiləşdirən); 3) sonuncudan əşya hüquqlarını əldə edən üçüncü şəxs. Vicdanlılığın qorunması bu subyektlərdən yalnız üçüncü şəxslərə münasibətdə tətbiq olunan qaydadır. Belə ki, onlardan yalnız üçüncü şəxs hüquqlar barədə reyestrin həqiqiliyi prezumpsiyasına etimad edərək əşyanı əldə edir və qanun da bu etimadın qorunmasını təmin edir. Bununla belə, vicdanlı üçüncü şəxs statusu hüquq münasibətlərinin konkret mərhələsi və subyektlərin qarşılıqlı hüquqi vəziyyəti nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, hüququndan məhrum olmuş mülkiyyətçi də həmin əşyaya dair əvvəlki hüquqi münasibətlər çərçivəsində öz hüquqi sələflərinə münasibətdə vicdanlı üçüncü şəxs qismində çıxış edə bilər. Bu baxımdan vicdanlı əldəetmə institutunun məqsədi yalnız sonrakı əldə edəni qorumaqdan ibarət olmayıb, bütövlükdə mülki dövriyyədə hüquqi müəyyənliyin, dövlət reyestrinə etimad prinsipinin təmin edilməsinə və mülkiyyət hüququnun müdafiəsinə xidmət edir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnu öz iradəsindən kənar itirmiş şəxslər bu hüququn müdafiəsi məqsədi ilə Mülki Məcəllənin 141.1 maddəsində nəzərdə tutulmuş iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Belə iddiaların predmetini daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməklə mülkiyyət hüququnun onun adına bərpası təşkil edir. Əsl mülkiyyətçi əşyaya sahiblikdən də məhrum olduğu halda, Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunmasını da tələb edə bilər. Reyestr qeydinin ləğv edilməsi və ya etibarsız sayılması barədə, habelə onun əsasında duran əqdin etibarsızlığına dair tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır və onun predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün irəli sürülən tələblərin hansı formada (ləğv, etibarsızlıq, silinmə və sair) ifadə olunmasından asılı olmayaraq, iddianın predmeti dəyişmir, belə tələblərin hər biri eyni predmet (daşınmaz əmlakın dövlət reyestrindəki qeyddə düzəlişin aparılması) hesab edilir. Bu baxımdan iddia tələblərinin əşyaya dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilməsi, yəni iddiaçının adına qeydin bərpa edilməsi şəklində qaldırılması yetərlidir. Bununla bağlı ayrıca tələb qoyulmasa da, məhkəmə əşyaya dair bağlanmış bütün əqdlərin etibarlılığını yoxlamalıdır. Bunun üçün iddiaçı əşyaya dair bağlanmış əqdlərin tərəflərini iş üzrə cavabdeh qismində göstərməli, əks halda məhkəmə həmin şəxsləri cavabdeh qismində cəlb etməyi iddiaçıya təklif etməli, sonuncu razılıq vermədikdə isə öz təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməlidir. Göstərilən tələblər üzrə daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın cavabdeh qismində işə cəlb edilməsi tələb olunmur. Bu iddia tələblərinə baxılarkən məhkəmələr tərəfindən Mülki Məcəllənin daşınmaz əşya üzərində mülkiyyət (tam əşya) hüquqlarının əldə edilməsi ilə bağlı 139, 139-1.1.3, 140, 144, 146, 148.2 və 149.2-ci maddələri nəzərdən keçirilməli və aşağıdakı şərtlər üzrə yoxlama aparılmalıdır: 1) iddiaçının həqiqi hüquqi vəziyyətə görə mülkiyyət hüququnun olması (əşyaya dair ləğv edilmiş reyestr qeydinin mövcudluğu, vərəsəlik hüququnun olması və digər); 2) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mövcudluğu; 3) üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğu; 4) əşyanı üçüncü şəxsə özgəninkiləşdirənin adına reyestr qeydinin əsaslı olub-olmadığı; 5) qeyd əsassız olduqda, əldə edən üçüncü şəxsin vicdanlı olub-olmadığı. Bu şərtin yoxlanılması zamanı nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə yalnız dövlət reyestrində özgəninkiləşdirənin adına aparılmış qeydə etimad etmiş üçüncü şəxslərin hüquqlarını qoruyur. Ona görə də, bu növ mübahisələr üzrə əvvəlcə özgəninkiləşdirənin adına daşınmaz əmlakın dövlət reyestrində əşyaya dair qeydin olub-olmadığı yoxlanılmalıdır. Bu problemə daha çox dövlət reyestrində qeydə alınmamış əşyalara dair müqavilələrin (məsələn, çoxmənzilli yaşayış binasının tərkib hissəsinə dair podrat müqavilələri) bağlanması zamanı təsadüf edilir. Bu zaman alıcı rəsmi reyestrdə qeydə alınmamış əşyanı yazılı müqavilə əsasında əldə etdiyindən reyestrə etimada əsaslanan vicdanlı əldəetmə halı yaranmır. Bəzən məhkəmə təcrübəsində səhvən həmin müqavilələr üzrə də əldə edənin vicdanlılığı məsələsi araşdırılır, halbuki yuxarıda da qeyd edildiyi kimi, qanunverici vicdanlılıq institutu ilə yalnız reyestrdəki qeydə etimad edən üçüncü şəxslərin hüquqlarını qoruyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.cavabdeh1nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli qərarı: Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il ## ### tarixli Qərar, §103). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il ## ##### tarixli Qərarı). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

42. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

46. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

47. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

50. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

51. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

52. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

53. Maddə 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

54. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

56. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən - iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

57. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

58. Məhkəmə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində cavabdeh3 vicdanlı alıcı olması barədə rayon məhkəməsinin qənaəti ilə razılaşmamış, qətnaməni mübahisələndirmişdir. Cavabdehlər isə iddia tələbinin təmin edilən hissəsində qətnaməni mübahisələndirməmişlər.

59. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

60. Mülki Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

61. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.cavabdeh1nın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı).

62. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı).

63. Məhkəmə qeyd edir ki, MM-in 140-cı maddəsinə görə, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunda əldə edənin vicdanlı alıcı kimi qəbul edilməsinin istisna olması üçün qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməsi halı göstərilmişdir. Yəni həmin maddədə əldə edənə münasibətdə kobud ehtiyatsızlıq halı, yəni bilməli olması halı, ümumiyyətlə, nəzərdə tutulmayıb.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” № **/****, ## ### 2026-cı il tarixli Qərardadına əsasən bu iddia tələblərinə baxılarkən məhkəmələr tərəfindən Mülki Məcəllənin daşınmaz əşya üzərində mülkiyyət (tam əşya) hüquqlarının əldə edilməsi ilə bağlı 139, 139-1.1.3, 140, 144, 146, 148.2 və 149.2-ci maddələri nəzərdən keçirilməli və aşağıdakı şərtlər üzrə yoxlama aparılmalıdır: 1) iddiaçının həqiqi hüquqi vəziyyətə görə mülkiyyət hüququnun olması (əşyaya dair ləğv edilmiş reyestr qeydinin mövcudluğu, vərəsəlik hüququnun olması və digər); 2) üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın mövcudluğu; 3) üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğu; 4) əşyanı üçüncü şəxsə özgəninkiləşdirənin adına reyestr qeydinin əsaslı olubolmadığı; 5) qeyd əsassız olduqda, əldə edən üçüncü şəxsin vicdanlı olub-olmadığı.

65. Həmin qərardadın 48-ci abzasına əsasən bu şərtin yoxlanılması zamanı nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə yalnız dövlət reyestrində özgəninkiləşdirənin adına aparılmış qeydə etimad etmiş üçüncü şəxslərin hüquqlarını qoruyur. Ona görə də, bu növ mübahisələr üzrə əvvəlcə özgəninkiləşdirənin adına daşınmaz əmlakın dövlət reyestrində əşyaya dair qeydin olub-olmadığı yoxlanılmalıdır. Bu problemə daha çox dövlət reyestrində qeydə alınmamış əşyalara dair müqavilələrin (məsələn, çoxmənzilli yaşayış binasının tərkib hissəsinə dair podrat müqavilələri) bağlanması zamanı təsadüf edilir. Bu zaman alıcı rəsmi reyestrdə qeydə alınmamış əşyanı yazılı müqavilə əsasında əldə etdiyindən reyestrə etimada əsaslanan vicdanlı əldəetmə halı yaranmır. Bəzən məhkəmə təcrübəsində səhvən həmin müqavilələr üzrə də əldə edənin vicdanlılığı məsələsi araşdırılır, halbuki yuxarıda da qeyd edildiyi kimi, qanunverici vicdanlılıq institutu ilə yalnız reyestrdəki qeydə etimad edən üçüncü şəxslərin hüquqlarını qoruyur.

66. Məhkəmə Ali Məhkəmənin həmin mövqeyinə əsaslanaraq qeyd edir ki, hazırkı halda vicdanlı əldəetmə halı yaranmadığından, qərardadda göstərilən vicdanlılıq prezumpsiyasına dair halların yoxlanılmasına əslində lüzum qalmır.

67. Bununla belə, Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh3 mənzil alqısatqısı ilə məşğul olan şəxsdir. Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli iclasında da cavabdeh3 5-6 ildir ev alıb, təmir edib satdığını bildirmişdir (1-ci cild, səh. 138,139). cavabdeh3 Xətai Rayon Məhkəməsinin icraatında mübahisəli yaşayış binasında yerləşən başqa mənzillə bağlı bağlanmış əqdin etibarsız hesab edilməsinə dair başqa mülki iş üzrə də cavabdehdir. cavabdeh4 MMC, cavabdeh1 və cavabdeh3 arasında bağlanmış ##.##.2025-ci il tarixli “Pay haqqının verilməsi haqqında” müqaviləyə əsasən cavabdeh1 31580 manat məbləğində pay haqqının müqabilində *** saylı mənzili yeni payçı cavabdeh3 istifadəsinə vermişdir.

68. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni sahəyə malik analoji mənzillərin dəyəri təxminən 130.000-150.000 manat olduğu halda hazırkı mənzilin 31580 manata – 4-5 dəfə aşağı qiymətə satılması da cavabdeh3 vicdanlılığını şübhə altına salır. Belə ki, Ali Məhkəmənin yuxarıda istinad edilən ##.##.2026-cı il tarixli qərardadına əsasən uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: - əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; - buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi; - buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; - buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; - əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi; - buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi; - cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması; - əldə edənin əşyaya həqiqi marağının olmamasına işarə edən davranışları (lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, buna dair ağlabatan əsaslar olmadan məhkəmə proseslərinə gəlməməsi, ona qarşı verilmiş iddia ərizəsinə etiraz etməməsi, əleyhinə çıxarılmış məhkəmə aktlarından şikayət verməməsi və sair); - əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar.

69. Məhkəmə qeyd edir ki, cavabdeh3 vicdanlı əldə edən olduğunu istisna edən – şübhə altına salan hallardan biri də odur ki, ##.##.2025-ci il tarixli pay haqqının verilməsi haqqında müqaviləyə əsasəmn mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli çıxarışa əsasən cavabdeh3 adına qeydiyyatdan keçsə də, ##.##.2025-ci il tarixdə Xətai RPI-nin 34-cü PŞnə mübahisəli mənzilin mülkiyyətçisi cavabdeh3 deyil, mənzilə dair hüquqlarını ##.##.2025-ci il tarixdən itirmiş cavabdeh1 müraciət etməsi mübahisəli mənzillə bağlı adına dövlət reyestrində qeydiyyat aparılmış cavabdeh3 deyil, onun maraqlı olmasını təsdiq edir.

70. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixdə Məhkəməyə cavabdeh3 mənzili 105.000 (yüz beş min) manata almasına dair cavabdeh4 MMC-nin məktubunu və ərizələr təqdim etsə də, Məhkəmə MPM-in 372.2-ci maddəsinə əsasən həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırılmadığından həmin sənədləri sübut kimi qəbul etməmişdir.

71. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.).

72. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

73. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

74. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

75. Məhkəmə qeyd olunan maddi hüquq normalarına istinadən və hazırkı mülki iş üzrə müəyyən olunmuş yuxarıda qeyd edilən hallara əsasən hesab edir ki, bazar dəyəri təqribən 130.000- 150.000 manat olan mübahisəli mənzilin cavabdeh3 tərəfindən həqiqi bazar dəyərindən şübhə çəkəcək qədər aşağı qiymətlə, yəni cəmi 31.580 manata əldə edilməsi, mübahisəli mənzil satıcı qismində iştirak edən cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən cavabdeh3 həmin mənzili sərəncam vermək səlahiyyətinə malik olmayan şəxsdən alması cavabdeh3 vicdanlılığı prezumpsiyasını istisna edən hallardır. Belə olan halda cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və “xxxx” MMC tərəfindən təsdiq edilmiş pay haqqının verilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilə yalan əqd olmaqla əhəmiyyətsizdir. Rayon məhkəməsi cavabdeh3 vicdanlılığı prezumpsiyasını istisna edən halları nəzərə almayaraq onu vicdanlı əldə edən hesab etmiş və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, həmin müqavilə etibarsız hesab edilməli, cavabdeh3 adına olan qeydiyyat ləğv edilməli, həmin mənzil iddiaçıya təhvil verilməli, mənzilin iddiaçıya təhvil verilməsinə maneələr aradan qaldırılmalıdır

76. Məhkəmə iddia tələbinin - mənzilin dəyərinin tam olaraq ödənilməsinə dair cavabdeh3 verilmiş cavabdeh4 MMC-nin ##.##.2025-ci il tarixli **/*** saylı və ##.##.2025-ci il tarixli **/*** saylı arayışların ləğv edilməsinə dair hissəsində təmin edilməməsi qənaətinə gələrək qeyd edir ki, iddiaçının məqsədinə çatması üçün həmin arayışların ləğvinin hazırkı mübahisənin həlli baxımından əhəmiyyəti yoxdur.

77. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

79. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

80. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

81. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və “xxxx” MMC tərəfindən təsdiq edilmiş pay haqqının verilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Hazırkı halda sonuncu əqd üzrə ödənişin məbləğinə dair cavabdehlərin özləri dəqiq olmayan məlumatlar verdiyindən, Məhkəmə hesab edir ki, cavabdeh cavabdeh3 həmin əqd üzrə verdiyi məbləği və çəkmiş olduğu əlavə xərcləri cavabdehdən ayrıca tələb etmək hüququ izah olunur.

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

83. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

84. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

85. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən və işin faktiki hallarını düzgün araşdırmadığından iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbləri həmin hissədə qismən təmin edilməli, cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və “xxxx” MMC tərəfindən təsdiq edilmiş pay haqqının verilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Bakı şəhəri Xətai rayonu, Lütfizadə küçəsi, 2347-48-ci məhəllə, *** saylı mənzilin (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, giriş 171, M14, m2) daşınmaz əmlakın 010011004714-05301-****** reyestr nömrəsi ilə cavabdeh3 adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il qeydiyyatı ləğv edilməli, mənzil iddiaçı İddiaçı təhvil verilməli, mənzilin dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan sənədlərin (müqavilə, maliyyə arayışı və s.) verilməsi öhdəliyi cavabdeh cavabdeh4 MMC-yə həvalə edilməli, iddia tələbi maneələrin aradan qaldırılması hissəsində mənzilin iddiaçıya təhvil verilməsi ilə əhatə olunduğundan, cavabdehin adına verilmiş maliyyə arayışının ləğvinin isə iddiaçının nail olmaq istədiyi nəticənin təmin edilməsinə hər hansı əhəmiyyəti olmadığından, həmin hissələrdə təmin edilməməlidir.

86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

87. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 (əlli) manat cavabdeh cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır.

88. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbləri həmin hissədə qismən təmin edilsin. cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış və “xxxx” MMC tərəfindən təsdiq edilmiş pay haqqının verilməsi haqqında ##.##.2025-ci il tarixli müqavilə etibarsız hesab edilsin.

Bakı şəhəri Xətai rayonu, Lütfizadə küçəsi, 2347-48-ci məhəllə, *** saylı mənzil (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, giriş 171, M14, m2) cavabdeh cavabdeh4 MMC tərəfindən iddiaçı İddiaçı təhvil verilsin. Bakı şəhəri Xətai rayonu, Lütfizadə küçəsi, 2347-48-ci məhəllə, *** saylı mənzilin (yeni qaydalarla: AZ1149, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, giriş 171, M14, m2) dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan sənədlərin (müqavilə, maliyyə arayışı və s.) verilməsi öhdəliyi cavabdeh cavabdeh4 MMC-yə həvalə edilsin. Iddia tələbləri baxılan qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 (əlli) manat cavabdeh cavabdeh3 tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar