Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2842/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı “X3” ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı “X3” ASC (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdehdən iddiaçının xeyrinə 4939 manat əsas, 935,78 manat faiz, 225,38 manat cərimə, 49 manat komisyon haqqı borcu olmaqla, cəmi 6149,16 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,50 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ##.##.2022-ci il tarixli ərizəanketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razılığını təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 28% olmaqla 5000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## #### 2025-ci il tarixə banka 4939 manat əsas, 935,78 manat faiz, 225,38 manat cərimə, 49 manat komisyon haqqı borcu olmaqla, cəmi 6149,16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu heç bir fayda verməmişdir və kreditor tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin olunaraq, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 4939 manat əsas borc, 646,80 manat faiz borcu, 225,38 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5811,18 manat məbləğində borcun və ödənilmiş 78 manat dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş kompüter-texniki ekspertizasının tədqiqat dəyəri olan 150 manat vəsaitin 50 manat hissəsinin “xxxx” ASC-dən, 100 manat hissəsinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE00000000-000002088501, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFIFT BIK: CTREAZ22) ödənilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin obyektiv hallarına diqqət yetirilməməsi, onun bank hesabına cinayətkar qruplar tərəfindən müdaxilənin olması, heç bir təqsirinin olmamasına baxmayaraq hesabından çıxarılmış vəsaitə görə ona faiz və cərimənin hesablanması, bankın iddiasının əksinə olaraq OTP kodun kənar şəxslərə verilməməsi, bütün qanunsuz və iradəsindən kənar hallara görə məsuliyyət daşımaması, sübutlara obyektiv hüquqi qiymət verilməməsi, nəticədə hüquqlarının pozulması və s. kimi əsaslandırılmışdır. TƏRƏFLƏRIN IZAHATLARI, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən onunla bank arasında cavabdeh ##.##.2022-ci il tarixdə müvafiq kredit münasibətləri yaranmış, ona kredit xətti ayrılmışdır. O, 2024-cü ilin iyul ayınadək həmin xətdən istifadə edərək, aldığı pul vəsaitlərini qaytarmış, aralarından hər hansı problem olmamışdır. Lakin, ##.##.2024-cü il tarixdə onun mobil telefonuna özünü bank əməkdaşı kimi təqdim edən şəxs tərəfindən zəng gəlmiş, kart hesablarına müdaxilə baş verdiyi bildirilmişdir. Həmin vaxtı mobil nömrəsinə “bank dələduzlarından qorunun” yazısında mesaj da gəlmişdir. Qısa müddət sonra bank tətbiqinə daxil olarkən ümumilikdə 4900 manat məbləğində pul vəsaitinin məxaric olduğunu görmüşdür. Hesab edir ki, həmin məxaric əməliyyatında onun təqsiri yoxdur, bu onun iradəsindən kənar qaydada baş vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiysından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunaraq iddianın rədd olunması xahiş etmişdir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən iddianın təmin olunan hissəsində yoxlayır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında ##.##.2022-ci il tarixdən kredit münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə, illik 28 faiz olmaqla 5000 manat həddində kredit xəttinin açılması, cavabdehin ona verilmiş kart vasitəsilə həmin xətdən istifadə etməsi işin mübahisə olunmayan hallarıdır. Işdə olan “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 4939 manat əsas borc, 935,78 manat faiz borc, 225,38 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6149,16 manat borcu vardır. Işdə olan iddiaçı "xxxx” ASC-nin cavabdeh Cavabdeh ünvanladığı ##.##.2024-cü il tarixinə borc olması barədə bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyinə əsasən baxış zamanı serverdə göstərilən məlumatlara görə, iş materiallarında qeyd olunan 409809*******8752 kart üzrə ##.##.2024-cü il tarixindəki əməliyyatın (4900 AZN) aparılmasına əsas server üzərində "M10 Top Up" kimi qeyd olunan köçürmə əməliyyatı olmuşdur. Banka məxsus serverdə pul köçürülməsinin konkret olaraq hansı hesaba köçürülməsinə və “PUSH (Ani xəbərdarlıq)" bildirişinə dair rəqəmsal izlər müəyyən olunmamışdır. Məlumat üçün nəzərə çatdırılır ki, autentifikasiyaya (istifadəçi adı və şifrə, birdəfəlik təsdiq kodu (OTP), biometrik təsdiq və ya digər çoxfaktorlu identifikasiya üsulları ilə etibarlı şəkildə təsdiqləndiyi hallar və s.) düzgün əməl olunduqda bank işçisinin və qeyrilərinin müştəriyə məxsus kart əməliyyatlarına müdaxiləsi mümkün deyildir. Prosessinq sisteminə baxış zamanı iddiaçının mobil bankçılıq tətbiqinin 02 ədəd android cihazın - identifikasiya nömrəsi "Oc98da6b-3242-3905-8c59- 1b449a68c406" olan “Xiaomi M2103K19PG" markalı və identifikasiya nömrəsi "ae5fe7d2- Occ1-3a6f-9be3-ef324f2af36" olan "Xiaomi 2201117TG" markalı mobil cihazların mövcud olduğu müəyyən edilmişdir. Daha sonra, əməliyyatın aparıldığı saatlarda mobil tətbiqə girişqeydiyyat məlumatlarına baxış keçirilmişdir. Pul çıxarılması əməliyyatın aparıldığı həmin ##.##.2024-cü il gün ərzində 14:59:29-5:23:12 zaman intervalında identifikasiya nömrəsi "0c98da6b-3242-3905-8c59-b449a68c406"olan "Xiaomi M2103K19PG" markalı mobil cihazın "+*** ** *** ** **" abonent nömrəsi üzərindən banka məxsus tətbiqə girişinə (login) dair rəqəmsal izlər müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilən məlumatlara əsasən, ##.##.2024-cü il tarixində "+*** ** *** ** **" mobil nömrəsin təhlükəsizlik kodu (şifrələnmiş formada*....) göndərilmişdir. Ekspert rəyinin "Tədqiqat prosesinin təsviri" hissəsinin 4-cü bəndində göstərilən profilaktik tövsiyyələrin nəzərə alınması məqsədəmüvafiq hesab olunmuşdur. Işdə olan Bakı şəhəri Nizami RPI-nin IŞ-nin müstəntiqi, polis müstəntiqi, R Nərimano Əzizov tərəfindən ##.##.2025-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunana qədər dayandırılmışdır. Iddianı qismən təmin edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış ##.##.2021-ci il tarixli Ümumi Oferta müqaviləsinin 21.3-cü bəndinə əsasən “Müştəri"nin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə "Müştəri" tam məsuliyyət daşıyır. Bu zaman "Müştəri", mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** nömrəli rəyi ilə baxış zamanı serverdə göstərilən məlumatlara görə, iş materiallarında qeyd olunan 409809*******8752 kart üzrə ##.##.2024-cü il tarixindəki əməliyyatın (4900 AZN) aparılmasına əsas server üzərində "M10 Top Up" kimi qeyd olunan köçürmə əməliyyatı olmuşdur. Banka məxsus serverdə pul köçürülməsinin konkret olaraq hansı hesaba köçürülməsinə və “PUSH (Ani xəbərdarlıq)" bildirişinə dair rəqəmsal izlər müəyyən olunmamışdır. Məlumat üçün nəzərə çatdırılmışdır ki, autentifikasiyaya (istifadəçi adı və şifrə, birdəfəlik təsdiq kodu (OTP), biometrik təsdiq və ya digər çoxfaktorlu identifikasiya üsulları ilə etibarlı şəkildə təsdiqləndiyi hallar və s.) düzgün əməl olunduqda bank işçisinin və qeyrilərinin müştəriyə məxsus kart əməliyyatlarına müdaxiləsi mümkün deyildir. Prosessinq sisteminə baxış zamanı iddiaçının mobil bankçılıq tətbiqinin 02 ədəd android cihazın - identifikasiya nömrəsi "Oc98da6b-3242-3905-8c59-1b449a68c406" olan “Xiaomi M2103K19PG" markalı və identifikasiya nömrəsi "ae5fe7d2-Occ1-3a6f-9be3-ef324f2af36" olan "Xiaomi 2201117TG" markalı mobil cihazların mövcud olduğu müəyyən edilmişdir. Daha sonra, əməliyyatın aparıldığı saatlarda mobil tətbiqə giriş-qeydiyyat məlumatlarına baxış keçirilmişdir. Pul çıxarılması əməliyyatın aparıldığı həmin ##.##.2024-cü il gün ərzində 14:59:29-5:23:12 zaman intervalında identifikasiya nömrəsi "0c98da6b-3242-3905- 8c59-b449a68c406"olan "Xiaomi M2103K19PG" markalı mobil cihazın "+*** ** *** ** **" abonent nömrəsi üzərindən banka məxsus tətbiqə girişinə (login) dair rəqəmsal izlər müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilən məlumatlara əsasən, ##.##.2024-cü il tarixində "+*** ** *** ** **" mobil nömrəsin təhlükəsizlik kodu (şifrələnmiş formada*....) göndərilmişdir. Həmçinin aparılmış tədqiqatın nəticələri nəzərə alınaraq, profilaktik tövsiyyələr olaraq nəzərə alınması xahiş olunmuşdur ki, bank müştəriləri tərəfindən mənbəyi məlum olmayan tətbiqlərdən istifadə etməmək, məlum olmayan wi-fi şəbəkələrinə qoşulmamaq, sosial şəbəkələrə qoşula bilmək üçün naməlum VPN-lərdən istifadə etməkdən çəkinmək, naməlum şəxslərdən gələn elektron poçtlara daha diqqətli yanaşmaq və əmin olmadığınız halda elektron poçtlarda göstərilənləri icra etməmək, fərdi və maliyyə məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, bank kartı və bank hesabı nömrələri) sorğulayan naməlum elektron poçt, sms və zənglərə cavab verməmək. Banklar tərəfindən: bankın prosessinq xidmətinin təşkil olunmasında, kart əməliyyatları tarixçələrinin, həmçinin verilənlər bazası qeydlərinin (mobil tətbiqin jurnal qeydləri, istifadəçi məlumatları, kredit müraciətləri zamanı göndərilən mesaj qeydləri və s.) müntəzəm olaraq arxivlənməsinə və təhlil olunmasına xüsusi diqqət göstərilməlidir. Baş vermiş kiber dələduzluq hallarının statistik göstəriciləri analiz edilərək bank müştərilərinin bu cür hüquq pozuntuları zamanı zərər çəkməməsi üçün öncədən maarifləndirmə tədbirləri görülməlidir. Ekspert tərəfindən baxış zamanı serverdə göstərilən məlumatlara görə, iş materiallarında qeyd olunan “409809******8752” kart üzrə ##.##.2024-cü il tarixindəki əməliyyatın (4900 AZN) aparılmasına əsas server üzərində “M10 Top Up” kimi qeyd olunan köçürmə əməliyyatı olmuşdur. Banka məxsus serverdə pul köçürülməsinin konkret olaraq hansı hesaba köçürülməsinə və “Push (Ani xəbərdarlıq)” bildirişinə dair rəqəmsal izlər müəyyən olunmamışdır. Məlumat üçün isə nəzərə çatdırılmışdır ki, autentifikasiyaya (istifadəçi adı və şifrə, birdəfəlik təsdiq kodu (OTP), biometrik təsdiq və ya digər çoxfaktorlu identifikasiya üsulları ilə etibarlı şəkildə təsdiqləmə halları və s.) düzgün əməl olunduqda bank işçisinin və qeyrilərinin müştəriyə məxsus kart əməliyyatlarına müdaxiləsi mümkün deyildir. Göründüyü kimi cavabdehə məxsus mobil cihazdan bankın tətbiqinə giriş edilməsi, bank tərəfindən həmin cihaza şifrələnmiş təhlükəsizlik kodunun göndərilməsi, cavabdehə məxsus mobil telefon nömrəsinə bank əməkdaşları tərəfindən hər hansı müdaxilənin edilə bilməməsi işin müəyyən olunmuş halıdır. Belə olan halda iddiaçı cavabdehə qarşı belə bir iddia qaldırmaqda haqlı olmuşdur. Həmçinin cavabdehin OTP təhlükəsizlik kodunun onun tərəfindən başqa şəxslərə təqdim edilməməsi, bankın əməkdaşlarının ona belə bir kreditin verilməsində və vəsaitin hesabından çıxarılmasında təqsirli olmasına dair dəlilləri işi materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları kifayət qədər araşdırmış, iş üzrə təqdim edilmiş sübutlara onların qarşılıqlı əlaqəsində hüquqi qiymət vermiş və iddianın təmin olunan hissəsi üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 405.2-ci maddəsinə əsasən üqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, tərəflər arasında ##.##.2022-ci il tarixdən kredit münasibətlərinin yaranması, iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə illik 28 faizlə 5000 manat həddində kredit xəttinin açılması və cavabdehin həmin kredit xəttindən ona verilmiş kart vasitəsilə istifadə etməsi tərəflərin mübahisələndirmədiyi hallardır. Cavabdeh özü də 2024-cü ilin iyul ayınadək kredit xəttindən istifadə etdiyini və hər hansı problemlə qarşılaşmadığını təsdiq etmişdir. Buna görə də hazırkı mübahisənin predmeti kredit münasibətlərinin mövcudluğu deyil, məhz ##.##.2024-cü il tarixdə müvafiq pul vəsaitlərinin məxaric olunması istiqamətində aparılmış əməliyyatın nəticələrinə görə tərəflərdən hansının məsuliyyət daşıması məsələsidir. Cavabdeh mübahisəli əməliyyatın onun iradəsindən kənar üçüncü şəxslər tərəfindən həyata keçirildiyini bildirsə də, bu dəlili təsdiq edən və həmin əməliyyatın bankın informasiya sistemindəki təhlükəsizlik boşluğu, bank əməkdaşının müdaxiləsi və ya banka aid edilə bilən digər hərəkət nəticəsində baş verdiyini müəyyən edən mötəbər sübut iş materiallarında mövcud deyildir. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli */*** nömrəli rəyindən müəyyən olunur ki, ##.##.2024-cü il tarixdə 4900 manatlıq əməliyyat serverdə “M10 Top Up” köçürməsi kimi qeydə alınmış, həmin gün cavabdehə aid mobil nömrə üzərindən onun mobil cihazından bank tətbiqinə girişə dair rəqəmsal izlər aşkar edilmiş və bank tərəfindən məhz həmin mobil nömrəyə təhlükəsizlik kodu göndərilmişdir (rəyə əsasən, iddiaçının mobil bankçılıq tətbiqi üzərində iki ədəd android cihazların mövcud olduğu, pul çıxarılması əməliyyatın aparıldığı həmin ##.##.2024-cü il gün ərzində 14:59:29-5:23:12 zaman intervalında identifikasiya nömrəsi "0c98da6b-3242-3905- 8c59-b449a68c406"olan "Xiaomi M2103K19PG" markalı mobil cihazın "+*** ** *** ** **" abonent nömrəsi üzərindən banka məxsus tətbiqə girişinə (login) dair rəqəmsal izlər müəyyən edilmişdir. Bank tərəfindən təqdim edilən məlumatlara əsasən, ##.##.2024-cü il tarixində "+*** ** *** ** **" mobil nömrəsin təhlükəsizlik kodu (şifrələnmiş formada*....) göndərilmişdir). Ekspert həmçinin autentifikasiya vasitələrinə — istifadəçi adı və şifrə, OTP, biometrik təsdiq və digər çoxfaktorlu identifikasiya üsullarına düzgün əməl edildiyi halda bank işçisinin və digər şəxslərin müştərinin kart əməliyyatlarına müdaxiləsinin mümkün olmadığını göstərmişdir. Bu sübutlar mübahisəli əməliyyatın bankın nəzarətində olan sistemə kənar müdaxilə nəticəsində həyata keçirildiyi barədə cavabdehin mövqeyini təsdiqləmir. Cavabdehin OTP kodunu heç kimə vermədiyini bildirməsi də özlüyündə bankın məsuliyyətini müəyyən etmək üçün kifayət etmir. Iş üzrə ekspertiza ilə cavabdehə məxsus mobil cihazdan bank tətbiqinə giriş edilməsi və cavabdehin mobil nömrəsinə təhlükəsizlik kodunun göndərilməsi obyektiv texniki məlumatlarla müəyyən edilmişdir. Bunun əksinə olaraq, bank əməkdaşlarının cavabdehin mobil telefonuna, bank tətbiqinə və ya hesabına müdaxilə etməsi, təhlükəsizlik kodunu əldə etməsi və yaxud əməliyyatı özlərinin həyata keçirməsi barədə sübut müəyyən edilməmişdir. Üstəlik, tərəflər arasında qüvvədə olan Ümumi Ofertanın 21.3-cü bəndində müştərinin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərin müştərinin üzərində olması və müştərinin belə istifadəyə istinad etməklə kredit öhdəliyinin icrasından imtina edə bilməməsi nəzərdə tutulmuşdur. Buna görə də yalnız üçüncü şəxsin dələduzluq hərəkətinin ehtimal edilməsi kredit müqaviləsindən yaranmış və bank qarşısında mövcud olan öhdəliyin aradan qalxması üçün yetərli əsas sayıla bilməz. Həmçinin Müqavilənin 13.1-ci bəndindən də göründüyü kimi, istifadəçi mobil telefon sim kartının və mobil cihazın itməsi, oğulanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək, mobil telefon sim kartının və/və ya mobil cihazın itirilməsi, oğurlanması və divə vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə dərhal bankın 117 nöməsinə zəng edərək məlumat verilməlidir. Nəzərə alınmalıdır ki, müasir bank münasibətlərində kartdan, mobil bankçılıq tətbiqindən və məsafədən kreditləşmə xidmətlərindən istifadə müştərinin yalnız rahat və operativ maliyyə xidmətlərindən yararlanmasını deyil, eyni zamanda ona təqdim edilmiş fərdi identifikasiya və təhlükəsizlik vasitələrinin qorunması ilə bağlı zəruri davranış qaydalarına əməl etməsini də tələb edir. Bank kartının rekvizitləri, mobil tətbiqə giriş məlumatları, birdəfəlik OTP kodları və digər autentifikasiya vasitələri mahiyyət etibarilə fərdiləşdirilmiş təhlükəsizlik məlumatları olduğundan, müştəri həmin məlumatların üçüncü şəxslərin əlinə keçməsinə şərait yaratmamalı, özünü bank əməkdaşı kimi təqdim edən şəxslər də daxil olmaqla kənar şəxslərə açıqlamamalı və şübhəli zəng, mesaj, elektron keçid və proqram təminatı vasitəsilə hesabına kənar müdaxilə üçün imkan yaratmamalıdır. Hazırkı işdə ekspertiza ilə məhz cavabdehə məxsus mobil cihazdan bank tətbiqinə girişə dair rəqəmsal izlərin müəyyən edilməsi və təhlükəsizlik kodunun cavabdehin bankda qeydiyyatda olan mobil nömrəsinə göndərilməsi, bununla yanaşı bank əməkdaşlarının həmin əməliyyata müdaxiləsini təsdiq edən sübutun müəyyən edilməməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, bank xidmətlərinin rəqəmsallaşdığı hazırkı şəraitdə kreditin yalnız bankın inzibati binasında tərəflərin fiziki iştirakı və kağız daşıyıcıda müqavilə imzalanması yolu ilə verilməsi tələbini irəli sürmək müasir mülki dövriyyənin xarakterinə uyğun olmazdı. Mobil bankçılıq vasitəsilə kredit xəttinin açılması, kredit vəsaitindən məsafədən istifadə və elektron autentifikasiya vasitələri ilə əməliyyatların təsdiqlənməsi bank xidmətlərinin sürətli və əlçatan göstərilməsinə xidmət edən müasir üsullardır. Belə xidmətlərin geniş tətbiqi ilə yanaşı, onların təhlükəsiz fəaliyyəti bankın üzərinə müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirləri görmək, müştərinin üzərinə isə ona məxsus identifikasiya vasitələrini qorumaq və üçüncü şəxslərin həmin vasitələrdən istifadəsinə şərait yaratmamaq vəzifəsi qoyur. Buna görə, bankın təhlükəsizlik sistemində nöqsan və ya bank əməkdaşlarının müdaxiləsi sübuta yetirilmədiyi halda, müştərinin fərdi autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilmiş əməliyyatın nəticələrinin təkcə sonradan həmin əməliyyatın üçüncü şəxsin dələduzluq hərəkətləri ilə əlaqələndirilməsi əsasında bütövlükdə bankın üzərinə qoyulması elektron bank xidmətlərinin mahiyyəti və tərəflər arasında risklərin ağlabatan bölgüsü ilə uzlaşmır. Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq Şöbəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə icraatın başlanması və sonradan təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək icraatın dayandırılması da fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin prosessual qərar yalnız üçüncü şəxslər tərəfindən cinayət xarakterli hərəkətlərin törədilməsi ehtimalı üzrə araşdırmanın aparıldığını və həmin şəxsin hələ müəyyən edilmədiyini göstərir; bu sənədlə bankın və ya onun əməkdaşlarının mübahisəli əməliyyatın aparılmasında təqsiri, bankın təhlükəsizlik sistemində nöqsan olması və yaxud əməliyyatın bankın hərəkətləri nəticəsində baş verməsi müəyyən edilməmişdir. Odur ki, cinayət işi üzrə icraatın mövcudluğu mülki hüquq münasibətindən irəli gələn kredit öhdəliyinin öz-özlüyündə aradan qalxmasına səbəb ola bilməz. Digər tərəfdən, bankın təqdim etdiyi ##.##.2025-ci il tarixli maliyyə arayışında cavabdehin 4939 manat əsas borc, 935,78 manat faiz və 225,38 manat cərimə borcunun olduğu göstərilmiş, ##.##.2024-cü il tarixli bildirişlə isə kredit öhdəliklərinin lazımi qaydada icra edilməməsi səbəbindən borcun vaxtından əvvəl qaytarılması tələb edilmişdir. Birinci instansiya məhkəməsi bankın tələbini də bütövlükdə və mexaniki şəkildə təmin etməmiş, yalnız sübutlarla əsaslandırılmış hesab etdiyi hissədə iddianı təmin edərək cavabdehdən 4939 manat əsas borc, 646,80 manat faiz və 225,38 manat cərimə olmaqla cəmi 5811,18 manat tutulmasını qət etmiş, tələbin qalan hissəsini rədd etmişdir. Bu hal da birinci instansiya məhkəməsinin tərəflərin mövqelərinə və təqdim edilmiş sübutlara fərdi qaydada qiymət verdiyini göstərir. Beləliklə, iş üzrə müəyyən edilmiş halların və sübutların məcmusundan görünür ki, cavabdehin bank qarşısında kredit öhdəliyinin yaranması və mübahisəli məbləğin kredit xətti hesabına məxaric edilməsi təsdiq olunur, lakin həmin əməliyyatın bankın təqsirli hərəkəti, təhlükəsizlik sistemindəki nöqsan və ya bank əməkdaşlarının müdaxiləsi nəticəsində baş verməsi sübuta yetirilməmişdir. Cavabdehin üçüncü şəxslərin dələduzluq hərəkətlərinə məruz qalması barədə dəlilləri onun həmin şəxslərə qarşı müvafiq hüquqi müdafiə vasitələrindən istifadə etməsini istisna etməsə də, mövcud sübutlar şəraitində bu hal bank qarşısında müqavilədən irəli gələn öhdəliyin icrasından azad olunması üçün əsas yaratmır. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş, MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halları və gəldiyi hüquqi nəticəni təkzib etmədiyindən, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia qismən təmin olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq mütənasibliyi nəzərə almaqla məhkəmə xərclərini tərəflərə aid etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı “X3” ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2842/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2842/2026
25.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver