Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3307/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilmiş və Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2021-ci il tarixli (sədrlik edən hakim Nizami Quliyev, hakimlər Xamməd Nuriyev və Oruc Cəlilovdan ibarət tərkibdə) hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 206.3.2,234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan etmə cəzasına, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla İddiaçı cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhərum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin bağlanğıcının ## ###### 2020-ci il tarixdən hesab edilməsi, N.H. Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı müdafiəçisi Vəkil apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)**/**** nömrəli hökmü İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, məhkum Əlizadə Fərid İkram oğlunun müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2022-ci il tarixli hökmünün Əlizadə Fərid İkram oğluna cəza təyin edilməsi hissəsində dəyişdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi və sonradan dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 10.000 manat, mənəvi zərərə görə isə 65.200 manat və hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 500 (beş yüz) manat, cəmi 75.700 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, yəni İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona görə təqsirləndirilmiş ki, guya ## ###### 2020-ci il tarixdə Əlizadə Fərid İkram oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərərək ümumilikdə 14 bükümdə narkotik vəsitələri gizlədib saxlamış və İİR-dan Azərbaycan Respublikasına daşımışdır. Sonradan Biləsuvar şəhərinə gətirib gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən birgə keçirmiş, lakin gömrük nəzarəti zamanı 07 bükümdə külli miqdarda narkotik vasitə onun yəni İddiaçı müşayiət etdiyi əl yükünün içərisindən aşkar edilərək götürülmüşdür. Barəsində göstərilən maddələrlə ittiham verilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bildirir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikasına CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasına CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəza çəkmənin başlanğıcı ## ###### 2020-ci il tarixdən hesab edilməsi və həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi hökm edilmişdir. Qəbul edilmiş məhkəmə hökmü ilə razılaşmadığı üçün hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin ## ######## 2022-ci tarixli, *(***)-***/**** saylı hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)- **/**** saylı hökmü ona aid hissədə ləğv edilmiş, təqsirliliyi sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikasına CM-in 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə ona bəraət verilmişdir. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclasında dərhal həbsdən azad olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-***/**** saylı qərarından məhkum F.Əlizadənin müdafiəçisi F.Quliyev tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı iş Qərarı ilə kassasiya protesti təmin edilməmişdir. Belə ki, barəsində tətbiq edilmiş həbs qətimkan tədbirinin əsassız və qanunsuz olması məhkəmənin qanuni qüvvəyə minmiş bəraət hökmü ilə tam şəkildə təsdiq edilmişdir. Buna baxmayaraq, dövlət itihamçısı tərəfindən apellyasiya və kassasiya protestlərinin verilməsi səbəbindən cinayət təqibi davam etmiş, bu isə onun hüquqi vəziyyətini daha ağırlaşdırmışdır. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadəsi nəticəsində uzun müddət azadlıqdan məhrum edilmiş, cəmiyyət qarşısında nüfuzuna ciddi zərbə dəymiş, ailə və sosial münasibətləri pozulmuş, normal həyat tərzi tamamilə məhdudlaşdırılmışdır. Qanunsuz olaraq saxlanıldığı 02 il 08 ay 18 gün müddətində fiziki və psixoloji əzab-əziyyətlərə məruz qalmış, səhhətində geri dönməz problemlər yaranmış, davamlı mənəvi sarsıntılar keçirmişdir. Bu müddət ərzində əmək fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edilmiş, maddi baxımdan müflis vəziyyətə düşmüşdür. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci və sair maddələri ilə cinayət işinin başlanmasını və barəsində cinayət təqibinin aparılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə maddi və mənəvi ziyanın əvəzi olaraq 75.700 manat pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı İddiaçı hüquqmühafizə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəltmişdir. Fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o, cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. İş materialları əsasında sübut olunur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli alaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçı İddiaçı xeyrinə 33.000 (otuz üç min) manat məbləğində mənəvi zərərin, həmçinin iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 500 manat (beş yüz manat) pulun əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. İş materiallarından görünür ki, iddiaçının qazancın mövcudluğu və məbləği hər hansı rəsmi sənədlə təsdiq edilməmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi, əmək haqqı cədvəlləri və ya gəlirin davamlı və sabit xarakter daşıdığını sübut edən digər maliyyə sənədləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və suiistifadəsi nəticəsində əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 02 il 08 ay 18 gün müddətinə (##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 02 il 08 ay 18 gün müddətinə həbs qətimkan tədbirinə görə 33.000 manat (bir ay üzrə 1000 manat x 33 ay, son 18 günü bir ay kimi nəzərə alınmaqla) məbləğində kompensasiya müəyyən olunmalıdır. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçı İddiaçı xeyrinə 33.000 (otuz üç min) manat manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1100, 1101.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.1, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Qərarının 5.1, 5.2, 5.3, 5.4, 7.1, 7.3, 7.4, 7.6, 7.15, 7.16-ci bəndlərinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması, yəni cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 10.000 manat, mənəvi zərərə görə isə 65.200 manat, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 500 (beş yüz) manat və apellyasiya şikayətinin verilməsindən ötrü hüquqi xidmətə görə çəkdiyi xərcin əvəzi olaraq 500 manat, cəmi 76.200 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yəni o, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 10.000 manat, mənəvi zərərə görə isə 65.200 manat və hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 500 (beş yüz) manat, cəmi 75.700 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(*-**)-**/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçı İddiaçı xeyrinə 33.000 (otuz üç min) manat məbləğində mənəvi zərərin, həmçinin iddiaçıya yəni mən İddiaçı göstərilmiş hüquqi yardıma görə ödədiyi 500 manat (beş yüz manat) pulun əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Hesab edir ki, qeyd olunan məhkəmə qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində tamamilə əsassızdır. Buna görə də, iddia tələbinin təmin olunmayan hissəsindən apellyasiya şikayəti verir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının ##.##.2020ci il tarixindən ##.##.2022-ci il tarixinədək, yəni 02 il 08 ay 18 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilməsini, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, mənəvi sarsıntılara və iztirablara məruz qalmasını müəyyən etsə də, mənəvi ziyanın məbləğini müəyyən edərkən gəldiyi nəticəni kifayət qədər hüquqi və faktiki cəhətdən əsaslandırmamışdır. Belə ki, məhkəmə kompensasiyanı "bir ay üçün 1.000 manat" hesabı ilə müəyyən etsə də, məhz bu hesablamanın hansı hüquqi meyarlar, hansı faktiki hallar və hansı qiymətləndirmə əsasında aparıldığını izah etməmişdir. Qətnamədən görünmür ki, məhkəmə bu məbləği müəyyən edərkən hansı hüquqi metodologiyanı rəhbər tutmuş, hansı obyektiv meyarları tətbiq etmiş və hansı səbəbdən kompensasiyanın məhz 33.000 manat təşkil etməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan hüquqi meyarları sadalasa da, onları iddiaçının konkret vəziyyətinə tətbiq etməmişdir. Qətnamədə iddiaçının uzun müddət qanunsuz azadlıqdan məhrum olunmasının, cinayət təqibi altında saxlanılmasının, sonradan bəraət almasının, ciddi fiziki məhrumiyyətlərə və mənəvi iztirablara məruz qalmasının onun şəxsiyyət hüquqlarına göstərdiyi təsirin əhəmiyyətli olduğu qəbul edilsə də, həmin halların kompensasiya məbləğinin müəyyən edilməsinə hansı formada təsir etdiyi göstərilməmişdir. Beləliklə, məhkəmə bir tərəfdən iddiaçının məruz qaldığı hüquq pozuntusunun ağırlığını və onun doğurduğu mənəvi nəticələri qəbul etmiş, digər tərəfdən isə həmin halların nə üçün iddia edilən məbləğdə deyil, məhz 33.000 manat məbləğində kompensasiya edilməli olduğu barədə obyektiv, hüquqi və məntiqi əsaslandırma verməmişdir. Nəticədə məhkəmənin müəyyən etdiyi faktiki hallarla gəldiyi hüquqi nəticə arasında aydın səbəb-nəticə əlaqəsi qurulmamış, qəbul edilmiş nəticə deklarativ xarakter daşımışdır. Bundan başqa, birinci instansiya məhkəməsi mənəvi ziyanın məbləğini müəyyən edərkən iddiaçının fərdi vəziyyətini, qanunsuz cinayət təqibinin onun şəxsi həyatına, sosial münasibətlərinə və psixoloji durumuna göstərdiyi konkret təsirləri tam və hərtərəfli araşdırmamış, hüquqi meyarları formal şəkildə sadalamaqla kifayətlənmiş onların iddiaçının konkret vəziyyətinə tətbiqini həyata keçirməmişdir. Belə ki, qətnamədə iddiaçının 02 il 8 ay 18 gün qanunsuz olaraq azadlıqdan məhrum edildiyi, bu müddət ərzində ciddi fiziki məhrumiyyətlərə və mənəvi sarsıntılara məruz qaldığı göstərilsə də, həmin qanunsuz cinayət təqibinin iddiaçının ailə həyatına, sosial münasibətlərinə, cəmiyyətdəki nüfuzuna, psixoloji vəziyyətinə, gələcək həyatına, əvvəlki həyat tərzini davam etdirmək imkanlarına və sağlamlığına göstərdiyi təsirlər ayrıca araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir. Halbuki, iddia ərizəsində ətraflı şəkildə göstərilmişdir ki, qanunsuz cinayət təqibi nəticəsində iddiaçının cəmiyyətdəki nüfuzuna ciddi zərbə dəymiş, ailə və sosial münasibətləri pozulmuş, normal həyat tərzi tamamilə məhdudlaşdırılmış, səhhətində geri dönməz problemlər yaranmış, habelə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya və kassasiya protestləri nəticəsində cinayət təqibinin davam etməsi onun hüquqi və psixoloji vəziyyətini daha da ağırlaşdırmışdır. Lakin birinci instansiya məhkəməsi göstərilən halların hər biri üzrə ayrıca hüquqi mövqe bildirməmiş, onların təsdiq və ya təkzib olunmasına dair əsaslandırılmış nəticə göstərməmişdir. Nəticə etibarilə, məhkəmə iddia ərizəsində irəli sürülmüş və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mühüm faktiki halları tam araşdırmamış, həmin halların mənəvi təzminatın məbləğinin müəyyən edilməsinə təsirini qiymətləndirməmişdir. Bu isə qəbul edilmiş qətnamənin həm işin faktiki hallarının tam araşdırılması, həm də əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə cavab vermədiyini göstərir. Həmçinin birinci instansiya məhkəməsi qətnaməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi izahlarına istinad edərək qeyd etmişdir ki, mənəvi zərərin pulla dəqiq ölçülə bilən vahid standartı mövcud deyildir və kompensasiyanın məbləği hər bir işin konkret hallarına uyğun fərdi qaydada müəyyən edilməlidir. Bununla yanaşı, məhkəmə göstərmişdir ki, kompensasiya müəyyən edilərkən pozulmuş hüququn xarakteri, zərərçəkmişin keçirdiyi fiziki və psixi iztirabların ağırlığı, hüquqazidd əməlin nəticələri, işin bütün faktiki halları və təyin olunan məbləğin mütənasibliyi nəzərə alınmalıdır. Lakin məhkəmənin gəldiyi nəticə onun istinad etdiyi hüquqi mövqelərlə uzlaşmır. Belə ki, bir tərəfdən məhkəmə mənəvi zərərin hesablanması üçün qanunvericilikdə və məhkəmə təcrübəsində vahid standartın mövcud olmadığını qəbul etdiyi halda, digər tərəfdən heç bir hüquqi metodologiya göstərmədən kompensasiyanı "bir ay üçün 1.000 manat" prinsipi əsasında hesablamışdır. Qətnamədə bu hesablamanın hansı hüquqi normaya, hansı məhkəmə təcrübəsinə və ya hansı obyektiv qiymətləndirmə meyarına əsaslandığı izah edilməmişdir. Bu yanaşma isə məhkəmənin istinad etdiyi hüquqi mövqelərlə ziddiyyət təşkil edir. Əgər məhkəmənin özünün də qəbul etdiyi kimi mənəvi zərərin hesablanmasının standart üsulu mövcud deyildirsə, bu halda kompensasiyanın faktiki olaraq standart aylıq məbləğ tətbiq edilməklə müəyyən olunması hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Hazırki iş üzrə isə məhkəmə iddiaçının tələb etdiyi 65.200 manat məbləğində kompensasiyanın "kifayət qədər ağlabatan olmadığı" qənaətinə gəlsə də, bu qənaətini təsdiq edən hər hansı hüquqi və ya faktiki əsaslandırma aparmamışdır. Qətnamədə yalnız iddia edilən məbləğin ağlabatan hesab edilmədiyi qeyd olunmuş, lakin həmin məbləğin hansı hissəsinin, hansı səbəbdən artıq hesab edildiyi, işin konkret hallarına görə nə üçün məhz 33.000 manat məbləğinin ədalətli kompensasiya hesab edildiyi göstərilməmişdir. Beləliklə, məhkəmə bir tərəfdən iddiaçının uzun müddət qanunsuz azadlıqdan məhrum edilməsini, ciddi fiziki məhrumiyyətlərə və mənəvi iztirablara məruz qalmasını, şəxsiyyət hüquqlarının pozulduğunu qəbul etmiş, digər tərəfdən isə həmin pozuntuların nəticələrinin nə üçün tələb edilən məbləğdə deyil, əhəmiyyətli dərəcədə az məbləğdə kompensasiya edilməli olduğunu hüquqi və faktiki əsaslarla izah etməmişdir. Bu isə qəbul edilmiş qətnamənin daxili məntiqinin pozulmasına, əsaslandırılmışlıq meyarının zəifləməsinə və nəticənin obyektivliyinə dair əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. İddiaçı gəlir gətirən fəaliyyətlə məşğul olmuş, müəyyən qazanc əldə etmiş şəxs olmuşdur. Bu baxımdan, onun gəlir əldə etməsi iş materialları ilə təsdiq olunduğu halda, həmin gəlirin yalnız əmək müqaviləsi və ya əməkhaqqı sənədləri ilə sübut edilməli olduğu qənaətinə gəlinməsi iş üzrə mövcud sübutların natamam qiymətləndirilməsinin nəticəsidir. Qanunvericilik maddi ziyanın mövcudluğunun yalnız əmək münasibətlərini təsdiq edən sənədlərlə sübuta yetirilməsini tələb etmir. Əksinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı müddəalarına əsasən məhkəmə iş üzrə təqdim edilmiş bütün sübutları onların qarşılıqlı əlaqəsi və məcmusu əsasında qiymətləndirməlidir. Hazırki iş üzrə isə məhkəmə iddiaçının faktiki gəlir gətirən fəaliyyətlə məşğul olmasını təsdiq edən iş materiallarını nəzərə almamış, yalnız formal sənədlərin olmamasına istinad etməklə maddi ziyanın mövcudluğunu istisna etmişdir. Belə yanaşma iş üzrə sübutların tam və obyektiv qiymətləndirilməsi prinsipinə uyğun olmamaqla yanaşı, Azərbaycan Respublikası CPM-in 57.1-ci maddəsində nəzərdə tutulmuş qanunsuz cinayət təqibi nəticəsində vurulmuş maddi ziyanın real şəkildə kompensasiya olunması məqsədinə də uyğun gəlmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanmasını, qətimkan tədbirinin seçilməsini və həmin maddələrlə ona qarşı ittiham irəli sürülməsini qanunsuz hesab edərək bu əsasla ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi və mənəvi ziyanın əvəzi olaraq 75.700 manat məbləğində vəsaitin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 33.000 manat, göstərilmiş hüquqi yardıma görə ödənilmiş xidmət haqqının əvəzi olaraq isə 500 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olaraq hesab edir ki, həmin qətnamə əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunvericiliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Azərbaycan Respublikası Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## ###### 2008-ci il tarixli, * №-li Qərarının 10-cu hissəsinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır Qeyd olunmalıdır ki, məhkəmənin mənəvi ziyanı həbs qətimkan tədbirində saxlanmanın hər ayı üçün 1.000 manat dəyərində hesablanması düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il ## #### tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməli olması vurğulanmış, ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli, ** saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o. vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o, cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq, iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. II. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. III. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası Maddə 5.
5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin kompensasiya hüququ var. Maddə 41. Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi Maddə 8. Hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 56.0.4. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs; 56.0.5. qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs; 56.0.6. cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli ** №-li Qərarı: 4.43. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır. 4.46.İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.50.Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh tərəfindən faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri üzrə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilmiş və Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** saylı, ##.##.2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan etmə cəzasına, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaqla İddiaçı cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhərum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin bağlanğıcının ## ###### 2020-ci il tarixdən hesab edilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə X6 və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı müdafiəçisi Vəkil apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)**/**** nömrəli hökmü İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, məhkum Əlizadə Fərid İkram oğlunun müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2022-ci il tarixli hökmünün Əlizadə Fərid İkram oğluna cəza təyin edilməsi hissəsində dəyişdirilməsi qərara alınmışdır. İddiaçı İddiaçı 02 il 08 ay 18 gün müddətinə (##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixədək) qanunsuz həbsdə saxlanıldığı üçün ona vurulan 10.000 manat maddi zərərin və 65.200 manat mənəvi ziyanın Azərbaycan Respublikası Dövlətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətlərinin dəlillərinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qətnaməsini iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 02 il 08 ay 18 gün müddətinə (##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbləri üzrə tədqiq olunan sübutları qiymətləndirib iddia tələblərini qismən təmin edib cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına iddiaçı İddiaçı oğlunun xeyrinə qanunsuz həbsdə saxlanılmasına görə vurulmuş mənəvi ziyana görə 33.000 manat, hüquqi yardımın əvəzinə görə 500 manat məbləğində pul ödənilməli olması qənaətinə gələrkən düzgün hüquqi nəticəyə gəldiyindən iddiaçının və cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, qanunsuz cinayət təqibinə cəlb edilməsi səbəbindən maddi və mənəvi zərərə məruz qalan şəxs ona vurulmuş zərərin əvəzinin (təzminat) ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı ona maddi ziyan vurulmasını iddia etsə də, tələb etdiyi maddi ziyanın məbləğinin müəyyən edilməsini mümkün edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçının maddi ziyan tələbini təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, maddi ziyan tələbi ilə bağlı iddia tələbində istinad etdiyi halları sübut etmək iddiaçının vəzifəsidir. Kollegiya iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın vurulduğunu iddia edən həmin ziyana görə tələb etdiyi mənəvi təzminatın məbləğini ərizəsində göstərməlidir. Mənəvi təzminatın məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Hazırki işdə iddiaçının 33 aya yaxın qanunsuz həbsdə saxlanması nəticəsində ona vurulmuş mənəvi zərərin həcmini müəyyənləşdirilərkən iş üzrə ümumi meyarlarla yanaşı, bu pozuntulara xarakterik olan xüsusiyyətlər, iddiaçıya qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddəti, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin və cəzanın növü, cinayət təqibinin, həbsin və məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, iddiaçının onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olmasını nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi mənvi zərərə görə tutulmalı olan təzminatın məbləğini ədalətli məbləğ olaraq qəbul edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. İstinad olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.