Məhkəmə qərarları › İş №e-2(3-7)-1233/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-1233/2026

14.09.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-1233/2026 14.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: evdən çıxarılma) Hakimlər Məmmədov Tural Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı evdən çıxarılma, evin boşaldılması və təzminat tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 200013003071-***** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0160 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır.

2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X7 Gəncə şəhəri, Atatürk prospekti, ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və məhkəmə xərcinin əvəzinə görə 100 manat pulun X7 alınaraq İddiaçı verilməsi qət edilmişdir.

3. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının * nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli arayışın surətindən görünür ki, X7 ailə üzvləri arvadı cavabdeh1, oğlu cavabdeh2 və oğlu cavabdeh3 olmaqla ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar.

4. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, X11 tərəfindən X12 tam mülkiyyətlə ona məxsus ünvan 2 ünvanında yerləşən yerləşən fərdi yaşayış evi və 0.016 ha torpaq sahəsi bağışlanmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdehlər X11, X12 və X1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi və müqavilənin bağlanmasının müəyyən edilməsi” tələbi barədə iddiası rədd edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, № *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçının şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, № *(102)- ***/**** nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, № *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədova Nizami Aybəniz qızının, cavabdeh2 və cavabdeh3 Gəncə şəhəri, Atatürk prospekti, ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılmasına və cavabdehlərin onun əmlakı üzərində hüququnu pozduqlarına görə cavabdehlərdən müştərək qaydada 40000 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən atası Əbdürəhmanov X4 şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini ona bağışlamışdır. Gəncə şəhəri, Atatürk prospekti, 62 ünvanında 0,016 hektar torpaq sahəsi və 37,6 kvadrat metr fərdi yaşayış evi üzərində (200013003071-***** reyestr nömrəli) onun mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər onun iradəsi əleyhinə həmin evdə yaşayırlar, həmin evi boşaldaraq, evdən çıxmalarına dair onlara müraciətlər etsə də, heç bir nəticə yoxdur. O, cavabdehlərin ailə başçısı X7 ünvanda yerləşən, ona məxsus evdən çıxarılmasına dair Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qəbul etdiyi qətnamə ilə iddiası təmin edilmişdir. X6 təqdim etdiyi arayışdan da göründüyü kimi həmin evdə hazırkı cavabdehlər də yaşayırlar. Beləliklə, məhkəmə yolu ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evində iddiaçının atasının əvvəllər verdiyi razılığı ilə yaşayır və onun sözügedən evə hər hansı əmlak hüququ yoxdur. Başqa sözlə, cavabdeh həmin evə ancaq mülkiyyət hüququnun olmasını mübahisələndirmiş, evə istifadə hüququnun olmasına istinad etməmişdir. O, cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirmiş və cavabdehlərin onun mülkiyyətində olan evindən çıxarılmasını tələb etmişdir. Sözügedən fərdi yaşayış evində cavabdehlərin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində o, həmin evdən mülkiyyət, o cümlədən istifadə hüququnu həyata keçirə bilməmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.T.Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 iddiaçıya məxsus Gəncə şəhəri, Atatürk prospekti, 62 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi mövqeyi mülkiyyət münasibətlərini tənzimləyən maddi hüquq normaları ilə əsaslandırmış və ona istinad etmişdir ki, sözügedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin evdə yaşamalarının hər hansı hüquqi əsası yoxdur.

12. İddia tələbinin cavabdehlərdən müştərək qaydada 40000 manat təzminat tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı 40000 manat təzminatın nədə ifadə olunması barədə sübut təqdim etmədiyi üçün təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 157.1, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış evi onların evidir və onlar həmin evdə təxminən 17 ildir fasiləsiz yaşayırlar. Onlar həmin evə hər hansı şəxsin müvəqqəti razılığı və ya icazəsi əsasında yerləşməmişdirlər. Əksinə, həmin evi öz evləri hesab edərək oraya köçmüş, uzun illər ərzində ona sahib kimi yanaşmışlar. Həmin evi pul verib almışlar, sadəcə olaraq evi öz adlarına rəsmiləşdirə bilməmişlər, çünki cavabdehin atası həbsdə olubdur və bu səbəbdən evi mülkiyyətlərinə keçirə bilməmişlər. Mübahisəli yaşayış evi üzərində hüquqları mövcud olmasa belə ən azı həmin evdən istifadə hüquqları vardır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu hüquqların yaranmasının əsaslarını, uzunmüddətli faktiki sahiblik və istifadə vəziyyətini, evlə bağlı tərəflər arasında mövcud olmuş hüquq münasibətlərini və təqdim etdikləri etirazları tam və hərtərəfli araşdırmamış, bu hallara hüquqi qiymət verməmişdir. Bundan əlavə, məhkəməyə izahat vermişəm ki, mübahisəli evlə bağlı tərəflər arasında əmlak və pul münasibətləri mövcud olmuş, bu münasibətlərdən irəli gələn hüquqları pozulmuşdur. Lakin məhkəmə həmin halların işin düzgün həlli üçün əhəmiyyətini araşdırmadan yalnız dövlət qeydiyyatı haqqında çıxarışa əsaslanaraq nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz verilmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, ** nömrəli ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlak ##.##.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında atam X8 tərəfindən bağışlanmışdır. Mülkiyyət hüququmun dövlət qeydiyyatı ##.##.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmışdır. Daşınmaz əmlakın reyestr nömrəsi 200013003071- *****-dir. Mübahisəli əmlak 0,016 hektar torpaq sahəsi və 37,6 kvadratmetr fərdi yaşayış evindən ibarətdir. Hazırkı cavabdehlərin — cavabdeh1, cavabdeh2 və cavabdeh3 mübahisəli əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri yoxdur. Cavabdehlərlə arasında həmin əmlakın satılması, icarəyə verilməsi, istifadəyə verilməsi və ya onların həmin evdə yaşamasına dair hər hansı müqavilə və ya yazılı razılaşma da mövcud deyil. Cavabdehlərin həmin evdə uzun müddət faktiki yaşamaları öz-özlüyündə əmlak üzərində mülkiyyət hüququ yaratmır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, *** nömrəli arayışda X7 ailə üzvləri — cavabdeh1, cavabdeh2 və cavabdeh3 həmin ünvanda qeydiyyatsız yaşadıqları göstərilmişdir. Bu hal Gəncə Şəhər Məhkəməsinin ##.##.2026- cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsində də əks etdirilmişdir. Bu baxımdan cavabdehlərin həmin əmlakdan istifadə etmələrinin hüquqi əsası ayrıca sübut edilməlidir. Mübahisəli əmlakla bağlı əvvəlki məhkəmə proseslərinin mövcudluğu hazırkı işin düzgün qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin əmlakla bağlı: Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, № *(***)-****/**** nömrəli mülki işi; Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, № *(***)-****/**** nömrəli işi; Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, № *(102)- ***/**** nömrəli işi üzrə müvafiq məhkəmə qətnamələri və qərarı qəbul edilmişdir. Bundan əlavə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, № *(***)-**/**** nömrəliqətnaməsi ilə X7 həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. X7 ailəsinin başçısıdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, № *(125)- **/**** nömrəli qətnaməsi iləX7 Gəncəşəhəri,Atatürk prospekti, ** nömrəli ünvandayerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. Hazırkı apellyasiya şikayətini verən şəxslər isə onun ailə üzvləri — cavabdeh1, cavabdeh2 və cavabdeh3dur. Cavabdehlər mübahisəli əmlakın guya özləri tərəfindən və öz vəsaitləri hesabına əldə edildiyini bildirirlər. Lakin bu iddianı təsdiq edən, onların əmlak üzərində mülkiyyət hüququnu yaradan və ya təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhz Gəncə Şəhər Məhkəməsində baxılmış № *(***)-****/**** nömrəli mülki iş üzrə, sədrlik edən hakim Camal Quliyevin icraatında keçirilmiş məhkəmə prosesi zamanı X7 həmin əmlakla bağlı izahat vermişdir. Həmin izahatında Firdovsi Məmmədov evin pulunu guya hissə-hissə onun qohumu X2 verdiyini və həmin məbləğlərin onun — Firdovsi Məmmədovun əmək haqqından hər ay hissə-hissə tutulduğunu bildirmişdir. Xüsusi olaraq qeyd edirəm ki, X7 və onun qohumu X2 həmin dövrdə atasının yanında işləmişlər. Həmin məhkəmə prosesi zamanı X2 məhkəmə tərəfindən sorğu göndərilmişdir. Həmin vaxt cəzaçəkmə müəssisəsində olan X2 məhkəmənin sorğusuna cavab olaraq cəzaçəkmə müəssisəsindən məhkəməyə yazılı cavab göndərmişdir. X2 öz yazılı cavabında X7 göstərdiyi məbləği ondan almadığını və hər hansı məbləğdə pul qəbul etmədiyini bildirmişdir. Beləliklə, № *(***)-****/**** nömrəli mülki iş üzrə Firdovsi Məmmədovun verdiyi izahat ilə X2 məhkəməyə təqdim etdiyi yazılı cavab arasında açıq və iş üçün mühüm ziddiyyət yaranmışdır. Məhkəmə araşdırmasının nəticəsində Firdovsi Məmmədovun həmin izahatında göstərdiyi məlumatların öz təsdiqini tapmadığı müəyyən edilmiş və bu hal həmin məhkəmə işi üzrə qəbul edilmiş qətnamədə öz hüquqi qiymətini almışdır. Buna baxmayaraq, hazırkı apellyasiya prosesində X7 ailə üzvləri tərəfindən mübahisəli evi guya pulla, öz vəsaitləri hesabına əldə etdikləri barədə iddia irəli sürülür. Lakin bu iddia əvvəlki məhkəmə prosesində araşdırılmış hallar və təqdim edilmiş sübutlarla təsdiqlənmir. Xüsusilə, əvvəlki məhkəmə prosesində X7 evin pulunun guya hissə-hissə X2 verilməsi və həmin məbləğlərin onun əmək haqqından tutulması barədə verdiyi izahat öz təsdiqini tapmamışdır. Hazırkı apellyasiya şikayətində isə onun ailə üzvləri faktiki olaraq həmin mövqeyə əsaslanaraq “evi pulla almışıq” məzmununda iddia irəli sürürlər. Mübahisəli əmlak üzrə kommunal xidmətlər və bələdiyyə uçotu ilə bağlı sənədlər də hüquqi vəziyyəti və əmlakla bağlı rəsmi uçot məlumatlarını təsdiq edən mühüm sənədlərdir. Əmlak üzrə: - Azərişıq abonent kodu – 20002932033; - Azəriqaz abonent kodu – 292002106200000; - ADSEA su və kanalizasiya abonent kodu – 8013106200000. İşıq və qaz üzrə abonent məlumatları İddiaçı adına rəsmiləşdirilmişdir. Bələdiyyə uçotu da adına aparılır. Kəpəz Bələdiyyəsinin ##.##.2026cı il tarixli, seriya № ************** olan tədiyə bildirişində onun adı, ünvanı və YVÖK məlumatları göstərilmişdir. Bu sənəd də iş üzrə yazılı sübut kimi qiymətləndirilməlidir. Ona məxsus fərdi yaşayış evi üzrə ADSEA su və kanalizasiya abonent kodu 8013106200000-dır. Həmin abonent üzrə 2011-ci ildən bu günədək su və kanalizasiya xidmətlərinə görə ödəniş aparılmamış, nəticədə ona məxsus fərdi yaşayış evinin üzərinə 1 063,72 AZN məbləğində borc yığılmışdır. Həmin borc abonent kartında öz əksini tapmış və abonent kartı iş materiallarına sübut kimi əlavə edilmişdir. Qeyd edir ki, işıq, qaz və bələdiyyə üzrə uçot məlumatları adına olduğu halda, su və kanalizasiya abonentliyi əvvəlki sahibin adına qalmışdır. Beləliklə, 2011-ci ildən bu günədək su və kanalizasiya xidmətləri üzrə ödəniş aparılmaması nəticəsində ona məxsus əmlakın üzərinə 1 063,72 AZN məbləğində borc yığılmışdır. Bu borcun mövcudluğu su abonentliyinin onun adına keçirilməsi məsələsində də problem yaratmışdır. Cavabdehlərin apellyasiya şikayətində kommunal xidmətlərə görə ödənişləri guya özlərinin həyata keçirdikləri və “kommunal xidmətləri biz ödəmişik” məzmununda irəli sürdükləri iddia da iş üzrə mövcud sənədlərlə təsdiqlənmir. Əksinə, su və kanalizasiya abonenti üzrə 2011-ci ildən bu günədək ödəniş aparılmaması və nəticədə 1 063,72 AZN məbləğində borcun yaranması həmin iddianın faktiki hallara uyğun olmadığını göstərir. Bu səbəbdən cavabdehlərin kommunal xidmətləri özlərinin ödəmələri barədə bildirdikləri məlumatların mötəbər sənədlərlə təsdiqlənmədiyi və iş materialları ilə ziddiyyət təşkil etdiyi nəzərə alınmalıdır. Mülkiyyətçi kimi əmlakla bağlı kommunal xidmət məsələlərinin qanuni qaydada həll edilməsi məqsədilə: ##.##.2026-cı il tarixində Azəriqaz İstehsalat Birliyinə, ##.##.2026-cı il tarixində isə Azərişıq ASC-yə müraciət edib. Həmin müraciətlərdə müvafiq kommunal xidmətlərin dayandırılması və abonent kodlarının passivləşdirilməsi ilə bağlı tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdehlərin kommunal xidmətlər üzrə ödənişləri özlərinin həyata keçirmələri barədə iddiaları rəsmi abonent məlumatları, ödəniş qəbzləri, bank sənədləri və aidiyyəti qurumların məlumatları əsasında yoxlanıla bilər. Kommunal xidmət üzrə hər hansı ödənişin həyata keçirilməsi öz-özlüyündə həmin şəxslərə daşınmaz əmlak üzərində mülkiyyət hüququ vermir. Əgər cavabdehlər konkret ödənişlərə istinad edirlərsə, həmin ödənişlərin hansı abonent kodu üzrə, hansı tarixdə, kim tərəfindən və hansı hüquqi əsasla həyata keçirildiyi müəyyən edilməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnamə cavabdeh tərəfindən təmin olunan hissədə mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İşdən müəyyən olunur ki, iddiaçıya mübahisəli əmlak 2023-cü ildə daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X11 tərəfindən bağışlanılmış və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0160 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla tam mülkiyyət hüququ üzrə İddiaçı adına 2023-cü ildə rəsmi reyestrdə qeydə alınmışdır. Hazırda cavabdehlər həmin evdə yaşamasına görə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan evindən çıxarılmasını tələb etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsi və evə mülkiyyət hüququ olduğundan onun bu mütləq əşya hüququ cavabdehdən və digər şəxslərdən müdafiə olunmalıdır.

28. Məhkəmə kollegiyası apellyatorun mübahisəli əmlakı öz adlarına rəsmiləşdirməsi mümkün ola bilməmiş olsa da, pul verib almasına dair arqumentinə münasibətdə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırkı mübahisənin mahiyyəti baxımından cavabdehin şikayətinin dəlilləri hər hansı hüquqi əhəmiyyət kəsb etmir.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan evindən çıxarılmaması iddiaçının öz əmlakı üzərində sahiblikdən və istifadədən məhrum olmasına, bununla da mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından apellyasiya şikayəti təmin olunmamalıdır.

30. Eyni zamanda, iş materiallarında mövcud olan müvafiq məhkəmə aktlarından müəyyən olunur ki, X7 X11, X12 və X1 qarşı hazırkı işdə istinad olunan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi və müqavilənin bağlanmasının müəyyən edilməsi tələbi rədd edilmişdir. İşin bu halı da cavabdehlərin mübahisəli əmlaka dair hüquqlarının olmamasını təsdiq edən sübut kimi qiymətləndirilir.

31. Beləliklə, məhkəmə kollegiyası, yuxarıda şərh olunanlara əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi işə dair düzgün hüquqi qiymət verərək, qanuni və əsaslı nəticəyə gəlmişdir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar