Məhkəmə qərarları › İş №e-2(3-7)-1285/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1285/2026

09.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1285/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı, cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddia tələbinə baxılana kimi iki uşaq üçün aliment sabit Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh ilə aralarında olan nikahın vaxt verilmədən pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılan tarixədək ##.##.2026-cı il tarixdən başlayaraq İddiaçı Məhəmməd oğlundan ##.##.2013-cü il təvəllüdlü Şıxəmir və ##.##.2014-cü il təvəllüdlü Şərafət adlı uşaqların saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 misli həddində sabit pul məbləğində aliment alınıb Cavabdeh xeyrinə tutulması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı qərardaddan şikayət verərək, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılan tarixədək ##.##.2026-cı il tarixdən başlayaraq İddiaçı ##.##.2013-cü il təvəllüdlü Şıxəmir və ##.##.2014-cü il təvəllüdlü Şərafət adlı uşaqların saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 misli həddində sabit pul məbləğində aliment alınıb Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. Halbuki, cavabdeh ##.##.2026-cı il tarixdə məhkəmə iclasında hər ay hər uşağa görə 150 manat aliment istəmişdir. Lakin buna baxmayaraq məhkəmə uşaların saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla 440 manat aliment təyin etmişdir. Məhkəmə onun 400 manat əmək haqqı almasını nəzərə almamış, hər uşağa görə 0,55 misli olmaqla, 440 manat müvəqqəti aliment qət etmişdir. Cavabdehin belə ərizəsi olmasa da həmin ərizəyə istinad edilmişdir. Göstərdiklərinə əsasən Tərtər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qərardadı ləğv edilərək alimentin məbləğinin 0,35 misli müəyyən edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə, verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1.-ci maddəsinə görə Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 75.4.-ci maddəsinə görə Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Belə ki, iddia ərizəsinə əlavə edilmiş cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində uşaqlarının yanında qalmalarını, onların saxlanması üçün bir uşağa 250 manat aliment təyin edilməsini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Iddia ərizəsinə əlavə edilmiş cavabdeh Cavabdeh vəkalətli nümayəndəsi X2 ##.##.2026cı il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində hər ay hər uşağa görə 250 manat aliment təyin edilməsini və barışmaq üçün tərəflərə vaxt verilməsini xahiş etmişdir. Işdə olan Mingəçevir nikah evi tərəfindən verilmiş AZ-İ № ****** saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında nikah ##.##.2013-cü il tarixdə 100 sayla Mingəçevir nikah evi tərəfindən qeydə alınmışdır. Ərə Nağıyev, arvada Nağıyeva soyadları verilmişdir. Işdə olan Tərtər * saylı mediasiya təşkilatı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı nikahın pozulması tələbi ilə mediasiya şurasına müraciət etmişdir. Bu mübahisə ilə bağlı cavabdeh Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ilkin mediasiyanın keçirilməsi ilə bağlı İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər 2013-cü ilin aprel ayında rəsmi olaraq ailə qurmuşlar. Onların nikahları rəsmiləşmişdir. Bu münasibətdən ##.##.2013-cü il tarixdə X1 və ##.##.2014-cü il tarixdə X3 anadan olmuşdur. Tərəflər əvvəllər normal ailə kimi yaşasalar da, sonradan aralarında baş verən narazılığa görə ayrılmışlar. Hazırda tərəflərlə bağlı Tərtər Rayon Məhkəməsinin icraatında nikahın pozulması tələbinə dair mülki iş vardır və iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Cavabdeh Cavabdeh ərizə verərək həmin iş üzrə yekun qərar qəbul edilənədək, uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa 250 manat aliment tələb etmişdir. Məhkəmə ərizəni təmin etmiş və iş üzrə iddia tələbinə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılan tarixədək ##.##.2026-cı il tarixdən başlayaraq İddiaçı ##.##.2013-cü il təvəllüdlü Şıxəmir və ##.##.2014-cü il təvəllüdlü Şərafət adlı uşaqların saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 misli həddində sabit pul məbləğində aliment alınıb Cavabdeh xeyrinə tutulması barədə qərardad qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *- */**** nömrəli Qərarında dəyişikliklər edilmişdir. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Istinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində aliment təyin edilərkən, onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılan vaxtadək alimentin sabit qaydada tutulması qanunamüvafiq olmuşdur. Birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə əsaslıdır. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.3, 399 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar