Məhkəmə qərarları › İş №e-2(3-9)-1191/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1191/2026

28.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1191/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh, maraqlı şəxs Maraqlı şəxs qarşı miras əmlak üzərində qanun üzrə vərəsə kimi payının müəyyən olunması tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh, maraqlı şəxs Maraqlı şəxs qarşı vərəsə kimi payının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar iddiaçı1 və iddiaçı2 ünvan 3 ünvanda yerləşən mənzilə qanun üzrə vərəsə kimi hər birinin 1\3 hissədə paylarının müəyyən edilməsini, qəbul ediləcək qətnamənin ünvan 2 ünvanda yerləşən mənzilə iddiaçı1 və iddiaçı2 və cavabdeh Cavabdeh ünvan 3 ünvanda yerləşən mənzilə vərəsə kimi hər birinin 1\3 hissədə paylar göstərilməklə hüquq müəyyən edici sənədin alınması üçün əsas hesab edilməsini xahiş etmişdirlər. Iddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ünvan 2 ünvanda qeydiyyatda olan iddiaçı2 atası mərhum Əsgərov Zellabdin Adbağır oğlu ##.##.2024-cü il tarixdə, ana X10 Teymur qızı ##.##.2021-ci ildə vəfat etmişdir. Mərhum Əsgərov Zellabdin Adbağır oğlu X10 Teymur qızı ilə ##.##.1994-cü ildə nikaha daxil olmuşlar. iddiaçı2 AR ƏN PX X23 cəza çəkir və qardaşı iddiaçı1 etibarnamə verilmişdir. Cəzasını bitirdikdən sonra qayıdacağı qeydiyyatda olduğu ünvan 3 ünvandır. iddiaçı1 olaraq qeydiyyatda olduğu evdə formaldır və o da, 1984-cü ildən anası X10 Teymur qızı ##.##.2021-ci ildə vəfat edənə qədər həmin mənzildə yaşamışdır. Mərhum Əsgərov Zellabdin Adbağır oğlu ilə X10 birgə nikahdan iddiaçı2 anadan olmuşdur. Iddiaçı iddiaçı1 mərhum Dadaşov Mirdadaş ilə X10 birgə nikahdan anadan olmuş oğludur. Cavabdehlər Cavabdeh Maraqlı şəxs mərhum Əsgərov Zellabdin Adbağır oğlu ilə Əsgərova Çimnaz ilə birgə nikahdan olan uşaqlarıdır. X4 ilə Əsgərov Zellabdinin nikahlarına xitam verildiyindən və qanunvericiliklə artıq Əsgərova Çimnaz hazırki vəziyyətdə ünvan 3 ünvanda olan miras əmlaka heç bir hüququ qalmamışdır. X10 qanun üzrə vərəsə kimi iddiaçı1 ünvan 3 ünvanda yerləşən miras əmlaka qanun üzrə vərəsə hesab edilməlidir. Maraqlı şəxs isə mirası qəbul etməmişdir. Ona görə də iddiaçı2, Maraqlı şəxs və iddiaçı1 ünvan 3 ünvanda yerləşən miras əmlaka qanun üzrə vərəsə hesab edilməlidir mərhum Əsgərov Zellabdin Adbağır oğluna Salyan XDS tərəfindən 1990-cı ildə yuxarıda qeyd olunan ünvanda göstərilən mənzil verilmişdir. Həmin mənzillərin orderlərinin kötüyü olduğu halda surətinin, Salyan XDS-nin həmin tarixə olan qərarının və qərarın verilməsi üçün əsas olmuş sənədlərin surətinin verilməsinə köməklik göstərməsi X6 Filialından xahiş edilmiş və arxiv çıxarışı təqdim edilmişdir. Mərhum Əsgərov Zellabdin Adbağır oğlu vəfat etdiyi üçün Salyan Regioanal ASAN Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş və mərhum Əsgərov Zellabdin Adbağır oğlu ##.##.2024-cü il tarixdə, ana X10 Teymur qızı ##.##.2021-cidə vəfat etdikləri və vərəsələr arasında mübahisə yarandığından vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 verdiyi izahatında iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 izahatında iddia tələbini müdafiə etmidiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 etibarnamə üzrə nümayəndəsi, vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddiaçı1 mərhum anasına, iddiaçı iddiaçı2 isə həm anasın həm də, atasında münasibətdə paylarının olmasını bildirirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddianı qismən qəbul edərək iddiaçı2 münasibətdə etiraz etmədiyini, bir atadan olduqları üçün ona da pay verilməli olduğunu, iddiaçı1 isə ayrı atadan və anadan olduğu üçün həmin mənzildə payının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs qardaşı, cavabdeh Cavabdeh izahatına uyğun izahat verərək, iddianın qismən təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (Hakim: Şahəddin Kələntərov), iddianın qismən təmin edilməsi, Əsgərov Zellabdin Adıbağır oğlundan miras qalmış ünvan 3 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 28.35 kvm olan mənzilə iddiaçı iddiaçı2 1/3 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı iddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilməsini, iddiaçı1 münasibətdə iddia tələbinin təmin olunaraq payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçının apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Qanunvercilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası iddiaçıların və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsini iddiaçı iddiaçı1 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159. Miras qoyana məxsus əmlakda mirası qəbul etmiş vərəsələrin payları bərabər müəyyən edilməlidir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli *-**DA/*F-*-***/**** saylı Milli Arxiv Idarəsinin Azərbaycan Respublikası X6 Filialından iddiaçının müraciətinə cavab olaraq verilmiş Salyan Rayon Xalq Deputatları Sovetinin Icraiyyə Komitəsinin arxiv sənədlərindən, o cümlədən ##.##.1990-cı il tarixli ** nömrəli icrayiyyə komitəsinin iclas protokolunun arxiv surətindən görünür ki, Salyan rayon XDS Icraiyyə Komitəsi Salyan rayon Lokomotiv deposunun həmkarlar ittifaqı və müdiriyyətinin ## ### 1990-cı il tarixli qərarı ilə idarənin təsərrüfat hesablı tikdiyi binanın mənzillərindən Dzerjinski küçəsi blok 4 mərətəbə 2-də yerləşən 2 otaqlı, yaşayış sahəsi 28.35 kvm olan ** nömrəli mənzil Əsgərov Zellabdin Adıbağır oğluna verilmiş və adına order yazılmışdır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli *** saylı Salyan MITTIB MMC tərəfindən verilmiş arayışdan görünür ki, X9 daimi yaşayış yeri ünvan 1 ünvanı olmuş, vəfat edənədək övladları iddiaçı1 və iddiaçı2 onunla birgə yaşamışdırlar. Iş materiallarında olan ##.##.2025-ci il tarixli *** saylı Salyan MITTIB MMC tərəfindən verilmiş arayışdan görünür ki, Əsgərov Zellabdin Adıbağır oğlunun daimi yaşayış yeri ünvan 1 ünvanı olmuş, vəfat edənədək həyat yoldaşı X9, övladları Cavabdeh, iddiaçı2, Maraqlı şəxs onunla birgə yaşamışdırlar. Əsgərov Zellabdin Adıbağır oğlunun həmin vərəsələrdən başqa vərəsələri müəyyən edilməmişdir. Iş materiallarında olan doğum haqqında şəhdaətnamələrin surətlərindən görünür ki, ##.##.1990-cı il tarixdə Salyan şəhərində Incibəyim Əsgərova ilə Zellabdin Əsgərovun nikahlarından dan iddiaçı2, ##.##.1978-ci il tarixdə Salyan şəhərində Incibəyim Dadaşova ilə X7 Dadaş Mirzə oğlu, ##.##.1981-ci il tarixdə Salyan şəhərində Çimnaz Bəbirova ilə Zellabdin Əsgərovdan Cavabdeh anadan olmuşdur. Iş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ##.##.2021-ci il tarixdə X9, ##.##.2024-cü il tarixdə Əsgərov Zellabdin Adıbağır oğlu vəfat etmişdir. Iş materiallarında olan nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ##.##.1977-ci il tarixdə ** nömrəli qeydlə X1 ilə X11 nikaha daxil olmuş, nikahdan sonra arvada Dadaşova soyadı verilmişdir Iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Əsgərov Zellabdin Adıbağır oğlu ilə X4 nikahları ## ###### 1980-ci il tarixdə Salyan Rayon VVAQT şöbəsində ** nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Əsgərov Zellabdin Adıbağır oğlu ilə X4 nikahları ## #### 1991- ci ildə pozulmuşdur Iş materiallarında olan ##.##.1994-cü il tarixdə *** nömrəli qeydlə Əsgərov Zellabdin Adbağır oğlu ilə X12 nikaha daxil olmuş, nikahdan sonra arvada Əsgərova soyadı verilmişdir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli 963 və *** saylı X2 Xidmət Mərkəzində notariat Ofisinin məktubundan görünür ki, məhrum Əsgərov Zellabdin Adbağır oğlunun və X9 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət nəzərdən keçirilən zaman vərəsələr arasında mübahisə olması səbəbdən vərəsəliyi notarial qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Iş materiallarında olan Salyan MITTIB MMC-nin rəisi A.Hüseynov tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 23 oktybr 2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, Dzerjinski küçəsi blok 4 mərətəbə 2-də yerləşən 2 otaqlı, yaşayış sahəsi 28.35 kvm olan ** nömrəli mənzil ünvan 3 ünvanda yerləşən mənzillə eynilik təşkil edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya qeyd edir ki, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı2 münasibətdə iddia təmin edilmiş, iddiaçı1 münasibətdə isə təmin edilməmişdir. Qətnamə iddiaçı1 tərəfindən mübahisələndirilmişdir. Kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı iddiaçı1 apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılmalıdır. Işin mübahisəsiz halı kimi təsdiq olunur ki, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 19-da yerləşən ** nömrəli otaqlı, yaşayış sahəsi 28.35 kvm olan mənzil Əsgərov Zellabdin Adıbağır oğluna məxsus olmuş, həmin mənzil X4 ilə Əsgərov Zellabdin Adıbağır oğlu rəsmi nikahda olan zaman sonuncunun adına müvafiq orderlə rəsmiləşdirilmiş, Əsgərov Zellabdin Adıbağır oğlu ##.##.2024-cü ildə ölmüş, onun ölümündən sonra oğlu Maraqlı şəxs, Cavabdeh və iddiaçı2 qanun üzrə vərəsələr olmuşlar. iddiaçı1 isə Dadaşova (Axundova) Incibəyim Teymur qızının birgə nikahlarından doğulmuş, sonradan X15 Əsgərovla nikahada daxil olmuşdur. Miras qoyanın ölümündən sonra vərəsəlik MM-nin 1159-cu maddəsinə əsasən müəyyən edilir. Ögey qardaşın hüquqi statusu, MM-yə əsasən: yalnız qan qohumları və ya övladlığa götürülmüş şəxslər vərəsə ola bilər. Ögey qardaş, nə qan qohumudur, nə də övladlığa götürülmə faktı mövcuddur. Ögey qardaş vərəsə sayılmır və hüquqi iddiası əsassızdır. Göründüyü kimi iddiaçı1 Əsgərov Zellabdin Adıbağır oğlu ilə qan qohumluğu yoxdur, həmçinin iddiaçı1 Zellabdin Əsgərov tərəfindən övladlığa götürülməsi ilə bağlı da hər hansı fikir irəli sürülməmiş, bununla bağlı hər hansı bir sübut mövcud deyildir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı iddiaçı2 qanun üzrə vərəsə kimi pay tələb etmək hüququ olsa da, digər iddiaçı iddiaçı1 miras əmlakdan pay tələb etməkdə haqlı olmaması qənaətinə gəlmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya birinci instansiya məhkəməsinin “iddia tələbi iddiaçı1 münasibətdə əsassız olduğundan təmin edilməlidir.” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununun hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olduğu qənaətinə gəlir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Iddiaçı iddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar