Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(5-109)-60/2026 04.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 550 (beş yüz əlli) manat sığorta ödənişindən əlavə təkrarən ödənilən 550 (beş yüz əlli) manat artıq sığorta ödənişindən qalan 400 (dörd yüz) manat pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0, 40 (qırx qəpik) manat pulun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsində İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes Benz E240” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. №CLM**********603 saylı sığorta aktına və İsb-dən çıxarışa əsasən, zərərçəkən “Mercedes Benz E240” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı sığorta şirkətində xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər icbari qaydada sığortalı olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü təqsirli bilinmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan (forma 4), iş materiallarında olan TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP ******* saylı X2 protokoldan görünür ki, hadisənin baş verməsində “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 04 fevral 2025-ci il tarixli hesabata əsasən, zərərçəkən avtomobil “Mercedes Benz E240” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 550 manat maddi ziyan dəymişdir. № CLM**********603 saylı sığorta aktından və xx.xx.2025-ci il tarixli 2 ədəd № 04646 saylı və № **********5/981108968 saylı ödəniş tapşırıqlarından göründüyü kimi zərərçəkən və hazırki iş üzrə Cavabdeh məxsus bank hesabına 1 dəfə köçürülməli olduğu halda, səhfən 2 dəfə 550 manat (icbari sığorta ödənişi) köçürülmüşdür. Cavabdeh həm şifahi, həm də yazılı qaydada müraciət olunmuş, cavabdeh qeyd olunanları nəzərə alaraq, İddiaçı sığorta şirkəti ASC tərəfindən səhvən əlavə olaraq həyata keçirilən 550 manat artıq sığorta ödənişindən müxtəlif tarixlərdə 150 manat məbləği iddiaçı təşkilata ödəmişdir. Beləliklə Cavabdeh əsassız olaraq varlanmışdır. Cavabdeh tərəfindən qeyd olunan məbləğ tam şəkildə qaytarılmadığından, hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İş materiallarından görünür ki, cavabdehin iddiaçı təşkilata hal-hazırki tarixədək 400 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanma hesab edilir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında yaranan mülki hüquq münasibətləri baxımından iddiaçı və cavabdeh arasında əsassız varlanma münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz həmin hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə iddiaçının pulu hesabına əsassız varlandığı üçün iddiaçı qarşısında həmin pulu qaytarmaq öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındadır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes Benz E240” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş verməsi, №CLM**********603 saylı sığorta aktına və İsb-dən çıxarışa əsasən, zərərçəkən “Mercedes Benz E240” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə zamanı İddiaçı sığorta şirkətində xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qədər icbari qaydada sığortalı olması, baş vermiş yol-nəqliyyat hadisəsində “BMC Procity” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təqsirli bilinməsi, əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 04 fevral 2025-ci il tarixli hesabata əsasən, zərərçəkən avtomobil “Mercedes Benz E240” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 550 manat maddi ziyan dəyməsi, № CLM**********603 saylı sığorta aktından və xx.xx.2025-ci il tarixli 2 ədəd № 04646 saylı və № **********5/981108968 saylı ödəniş tapşırıqlarından göründüyü kimi zərərçəkən və Cavabdeh məxsus bank hesabına 1 dəfə köçürülməli olduğu halda, səhfən 2 dəfə 550 manat (icbari sığorta ödənişi) köçürülməsi, həmin puldan cavabdehin müxtəlif vaxtlarda ümumilikdə 150 manat ödəniş etməsi, qeyd edilən məbləği cavabdehin qanuni əsas və ya müqavilə olmadan əldə edərək əsassız varlanması, onun hazırki tarixə iddiaçı təşkilata 400 manat borcu qalması sübuta yetirildiyindən və öz təsdiqini tapdığından Cavabdeh 400 manat pul, 0,40 manat xidmət haqqı və 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 400 manat pul, 0,40 manat xidmət haqqı və 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(5-109)-60/2026
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(5-109)-60/2026
04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver