9.1. Ailə kəndli təsərrüfatı ərazinin iqtisadi və sosial inkişafını təmin edən sahəvi və regional proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilər.
9.2. Dövlət orqanlarının və bələdiyyələrin qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla ailə kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etmələrinə yol verilmir.
9.3. Müvafiq dövlət orqanlarının və bələdiyyələrin ailə kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb etmək hüququ vardır.
9.4. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarı keçdikdə o, sahibkarlıq fəaliyyətinin subyekti kimi fəaliyyət göstərir.