7.1. Atmosfer havasının mühafizəsi sahəsində səlahiyyətləri daxilində qeyri-hökumət təşkilatlarının hüquqları aşağıdakılardır:
7.1.1. dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən atmosfer havasının çirklənməsi, ona zərərli fiziki təsirləri və onların mənbələri, habelə bu çirklənmənin və təsirin aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat almaq;
7.1.2. müvafiq dövlət və yerli tədbirlərin və proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
7.1.3. qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin maraqlarına cavab verən məsələlər qaldırmaq;
7.1.4. atmosfer havasının mühafizəsi ilə bağlı əhalinin hüquqlarının müdafiəsinə dair beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırmaq;
7.1.5. atmosfer havasının çirklənməsinin qarşısının alınması tələblərinə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək;
7.1.6. hüquqi və fiziki şəxslərdən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyə riayət etməsini, onun pozulmasının aradan qaldırılması tələb etmək və bu barədə məhkəməyə şikayət etmək.
7.2. Qeyri-hökumət təşkilatlarının nümayəndələri atmosfer havasının çirkləndirilməsi və ona zərərli fiziki təsir mənbələri olan istehsal obyektlərinin ərazilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə daxil ola bilərlər.