Qanunvericilik › Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Atmosfer havasının mühafizəsinə dair proqramlar və tədbirlər, onların maliyyələşdirilməsi

Atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Atmosfer havasına atılan zərərli maddələrin və olan zərərli fiziki təsirin mənbələrinə malik olan hüquqi və fiziki şəxslər atmosfer havasının mühafizəsinə dair tədbirləri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırdıqdan sonra həyata keçirirlər.

8.2. Müvafiq icra hakimiyyəti orqanı zərərli maddələrin həcminin azaldılmasına dair tədbirləri, atmosfer havasının monitorinqi üzrə məlumatları, zərərli maddələrə nəzarətin və onların yayılması miqyasının nəticələrini nəzərə alaraq atmosfer havasının mühafizəsinə dair məqsədli (müəyyən dövr üçün) proqramlar hazırlayır və həyata keçirir.

8.3. Atmosfer havasının mühafizəsinə dair tədbirlər ətraf mühitin digər obyektlərinə zərər vurmamalıdır.

8.4. Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin həyata keçirilməsində əhalinin və qeyri-hökumət təşkilatlarının təkliflərini nəzərə almaq məqsədilə atmosfer havasının mühafizəsinə dair proqram layihələri onların müzakirəsinə çıxarıla bilər.

8.5. Atmosfer havasının mühafizəsinə dair proqramlar və tədbirlər atmosfer havasına zərərli maddələrin alınmasına və ona zərərli fiziki təsirlərə görə ödəmələrin, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar vəsaitlərin, o cümlədən müəssisə və təşkilatların vəsaitlərinin, beynəlxalq təşkilatların vəsaitinin, fiziki şəxslərin könüllü ianələrinin və digər mənbələrin hesabına maliyyələşdirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver