8.1. Sığorta məbləği auditorun peşə məsuliyyətinin sığorta riskinin qiymətləndirilməsi əsasında sığorta müqaviləsi ilə müəyyən edilir.
8.2. Sığorta məbləği sığorta müddətində baş verən sığorta hadisəsi zamanı sığorta ödənişlərinin həyata keçirilməsi üçün müəyyən edilir.
8.3. Sığorta riskinin müəyyən edilməsi və sığorta məbləğinin hesablanması aşağıdakı meyarlara əsaslanır:
8.3.1. sığortalının və onun əməkdaşlarının əvvəllər yol verdikləri səhvlərə və nöqsanlarına görə aldıqları cəzalar;
8.3.2. əvvəlki illərdə auditin subyektinə verilən sığorta ödənişi və onun mahiyyəti barədə məlumat;
8.3.3. sığortalının maddi - texniki bazası (o cümlədən auditor xidməti üçün kompüter proqramları);
8.3.4. sığortalının normativ hüquqi bazası;
8.3.5. auditor xidmətinin növü və dəyəri;
8.3.6. auditor xidmətinin həcmi və yerinə yetirilmə müddəti.
8.4. Sığorta ödənişi faktiki dəyən zərər məbləğində həyata keçirilir və sığortaçının məsuliyyətinin son həddindən artıq ola bilməz.
8.5. Sığorta ödənişinin məbləği bu Qanunun 9-cu maddəsində göstərilən sənədlərin (zərurət olduqda ekspert rəyinin) əsasında vəsatət qaldıranla birlikdə sığortaçı tərəfindən müəyyən edilir.
8.6. Sığortalının eyni risklərə dair qüvvədə olan bir neçə sığorta müqaviləsi olduqda, zərər sığortaçılar tərəfindən proporsional qaydada ödənilir.
8.7. Auditin subyekti qarşısında məsuliyyətin sığortası üzrə sığorta ödənişi verildikdən sonra sığorta məbləği ödəniş məbləği miqdarında azaldılır və bu barədə sığorta müqaviləsində müvafiq qeydlər edilir. Sığortalının arzusu ilə qalmış sığorta müddətinə əlavə sığorta haqqı ödəmək yolu ilə sığorta məbləği yenidən əvvəlki məbləğdə bərpa edilə bilər.
8.8. Sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verərsə, müəyyən edilmiş müddətdə auditin subyekti sığortalı, o isə sığortaçı qarşısında zərərin ödənilməsi barədə iddia qaldıra bilər.
8.9. Sığorta haqqının miqdarı sığorta məbləği nəzərə alınmaqla, sığorta məbləğinin 5%-dən artıq olmamaq şərti ilə müəyyən edilir və birdəfəlik qaydada tam məbləğdə ödənilir. Baza sığorta tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığortaçı daxil olan sığorta haqlarının 10 faizi miqdarında işlərin aparılması xərclərinə ayırmalardan sonra qalan məbləğdən sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sığorta ehtiyatları formalaşdırır.
8.10. Auditorun peşə məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği aşağıda göstərilən miqdardan az olmamalıdır:
8.10.1. auditor fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün - 1000 manat;
8.10.2. auditor fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün - 3000 manat.