9.1. Sığorta hadisəsi hallarında auditin subyekti sığorta məbləğinin alınması üçün sığortalıya müraciət edir. Sığortalı zərərin baş verməsini etiraf etdikdə sığorta müqaviləsində sığorta ödənişinin alınması üçün müraciət müddətləri nəzərə alınmaqla bu barədə auditin subyektinə yazılı məlumat verir və aşağıdakı sənədləri sığortaçıya təqdim edir:
9.1.1. sığorta subyektinin rekvizitləri, sığorta hadisəsinin səbəbləri, zərərin məbləği və nəticəsi göstərilməklə ərizə;
9.1.2. sığorta müqaviləsinin və sığorta şəhadətnaməsinin surəti;
9.1.3. hadisə ilə bağlı sığortalıya qarşı irəli sürülən tələblər barədə sənədlər;
9.1.4. auditin subyektinə dəyən zərərin məbləği və zərərlə əlaqədar auditin subyektinin birbaşa xərclərini təsdiq edən sənədlər;
9.2. Sığortaçı aldığı sənədlərin siyahısı və onların alınma tarixi barədə sığortalıya sənəd verməlidir.
9.3. Sığortaçı bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş sənədləri aldıqdan sonra 10 gün ərzində sığorta ödənişini həyata keçirməlidir.
9.3-1. Sığortaçı sığorta ödənişini bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
9.4. Sığortalı müvafiq məlumatı bu Qanunun 9.1-ci maddəsində göstərilən müddətdə auditin subyektinə təqdim etmədikdə, auditin subyekti sığorta məbləğinin alınması üçün məhkəməyə müraciət edə bilər.