Qanunvericilik › Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Aviasiya hadisəsi zamanı axtarış və xilasetməyə dair ümumi tələblər

Aviasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyələr, hava hərəkəti xidmətlərini təmin edən təchizatçılar, hava limanları, aerodromlar, helikopter meydançaları və hava gəmisinin istismarçısı fəaliyyət istiqamətlərinə uyğun olaraq axtarış və xilasetmə işlərinin təşkil edilməsi üçün müvafiq sənədlərə, məlumatlara və avadanlıqlara malik olmalıdır.

16.2. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), bələdiyyələrin, hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, hava limanlarının, aerodromların, helikopter meydançalarının və hava gəmisinin istismarçısının əməkdaşları, həmçinin müxtəlif sahələr üzrə mütəxəssislər axtarış və xilasetmə işlərinə cəlb edilir.

16.3. Axtarış və xilasetmə işlərinin dayandırılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

16.4. Axtarış və xilasetmə işlərinin dayandırılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən axtarış və xilasetmə işlərində iştirak edən digər dövlət orqanlarına, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyaya, hava gəmisinin istismarçısına, hava gəmisinin qeydiyyat dövlətinə və hava gəmisinin istismarçısının dövlətinə məlumat verilir.

16.5. İnsan həyatını xilas etmək məqsədilə görülən tədbirlər nəticəsində hadisə yerində aşkar edilmiş bütün elementlər hadisə yerində saxlanılmalı və bu elementlər barədə məlumat aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyaya verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver