19.1. Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya araşdırmanın nəticələri barədə hesabat hazırlayır və həmin hesabatı dərc edir.
19.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim edilmiş hesabatın nəticələrinə uyğun olaraq tədbirlər görür.
19.3. Araşdırmaya dair hesabatın layihəsinin və ya onun hər hansı hissəsinin, habelə araşdırma zamanı əldə olunan sənədlərin əldə edilməsinə və ya yayılmasına aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın razılığı ilə yol verilir.