32.0. Sərnişinin əsas vəzifələri aşağıdakılardır:
32.0.1. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na, habelə sərnişin daşımalarını tənzimləyən digər normativ hüquqi aktların tələblərinə riayət etmək, daşıyıcı ilə bağlanmış müqavilənin şərtlərini yerinə yetirmək;
32.0.2. öz təqsiri üzündən daşıyıcıya və digər şəxslərə vurulmuş zərərin əvəzini ödəmək;
32.0.3. gediş sənədini (bileti) almaq (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla), gediş haqqını vaxtında və tam həcmdə ödəmək və gediş müddətində gedişə hüquq verən müvafiq sənədlərə (gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla) malik olmaq;
32.0.4. müəyyən edilmiş hallarda baqaj və əl yükünün daşınmasına görə daşınma haqqını ödəmək.