Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. Аvtomobil yollarında sahibkarlıq və digər fəaliyyət növlərinin həyata keçirilməsi

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Avtomobil yollarının torpaq sahələrində sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadalarının hərəkətinə mane olmamalıdır.

Ümumi istifadədə olan avtomobil yollarının təhkim zolağının hüdudlarında ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qorunma (mühafizə) zolağında avtomobil yollarının sahibləri tərəfindən xüsusi yerlər ayrılır.

Avtomobil yolları ərazisində sahibkarlıq və digər fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslər, bu cür fəaliyyətin həyata keçirilməsi ilə yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məşğul ola bilərlər.

Qorunma (mühafizə) zolağında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər avtomobil yollarının sahibləri ilə bağlanmış müqavilə əsasında və müqavilədən irəli gələn öhdəliyi yerinə yetirməklə həyata keçirirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver