Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Avtomobil yollarının istifadəçilərinin hüquqları

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət avtomobil yolları istifadəçilərinin hüquqlarının müdafiəsinə təminat verir.

Avtomobil yolları istifadəçilərinin aşağıdakı hüquqları var:

qanunvericiliklə müəyyən olunmuş xüsusi hallar istisna olmaqla ümumi istifadədə olan dövlət və bələdiyyə avtomobil yolları ilə sərbəst və ödənişsiz hərəkət etmək, yol təsərrüfatı orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində əmlakına və sağlamlığına dəymiş zərərin ödənilməsini tələb etmək və ya müvafiq məhkəmələrdə iddia qaldırmaq;

yollardan istifadə etdiyi zaman ehtiyac yaranarsa, dövlət büdcəsi vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təcili tibbi yardım almaq;

müəyyən olunmuş qaydada yol təsərrüfatı orqanlarından, habelə həmin orqanların vəzifəli şəxslərindən şikayət etmək;

yol təsərrüfatı orqanlarından avtomobil yollarının şəbəkəsi, marşrutları, yol şəraiti, hərəkətin müvəqqəti məhdudiyyəti və ya dayandırılması, daşına biləcək yükün miqdarı, qabariti və digər müvafiq məsələlər barədə məlumat almaq;

yol təsərrüfatı orqanlarının məsul şəxslərindən nəzakətli münasibət tələb etmək;

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver