Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Ətraf mühitin qorunması

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yol fəaliyyəti həyata keçirilən zaman ətraf mühitin qorunması haqqında Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq ekologiyanın və əhalinin sağlamlığının mühafizəsi tələbləri də yerinə yetirilməlidir.

Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri ilə bağlı bütün layihələr üzrə işlərin maliyyələşdirilməsi və yerinə yetirilməsi yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi alındıqdan sonra həyata keçirilir.

Avtomobil yollarının yaradılmasında yeni texnologiyanın, kimyəvi maddələrin tətbiqi xüsusi ekspertizanın onların təbiətə təsiri barədə müsbət rəyindən sonra tətbiq edilir.

Avtomobil yollarında işləyən yol təsərrüfatı orqanları ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət etməlidir.

Avtomobil yollarından istifadə edən hüquqi və fiziki şəxslər ətraf mühitə zərər vurmamalı, avtomobil yollarını və qorunma (mühafizə) zolağı çirkləndirməməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver