Qanunvericilik › Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39-1

Maddə 39-1. Avtomobil yollarının istismardan çıxarılması

Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Aşağıda göstərilən hallarda avtomobil yollarının sahibləri avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etmək hüququna malikdir:

- avtomobil yolundan istifadə olunmadıqda;

- hər hansı yaşayış məntəqəsi digər daha rahat və təhlükəsiz alternativ avtomobil yolundan istifadə etmək imkanına malik olduqda.

Avtomobil yolunun istismardan çıxarılması haqqında qərar qəbul etdikdən sonra avtomobil yollarının sahibləri, bu qərar haqqında ətraflı məlumatın mediada yayımlanmasını təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver