7.1. Aşağıdakı məqsədlər üçün folklor nümunələrinin istifadəsi ənənəvi və adi olmayan forma kimi qəbul edilmir:
7.1.1. folklor nümunələri orijinal müəllif (müəlliflər) əsərləri yaradılması üçün işləndikdə;
7.1.2. folklor nümunələrindən orijinal müəllif (müəlliflər) əsərində istifadənin məqsədəmüvafiq həcmdə illüstrasiya formasında istifadə edildikdə.
7.2. Folklor nümunələrinin aşağıdakı təsadüfi istifadə formaları ənənəvi və adi olmayan hesab edilmir:
7.2.1. fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadə edildikdə;
7.2.2. sərbəst giriş üçün daim açıq olan yerlərdə özündə folklor nümunələrini saxlayan obyektlərin təsvirinin fotoqrafiya, film və ya televiziya proqramına daxil edilməklə istifadəsi.