8.1. Dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir.
8.2. Folklor nümunələrindən bu Qanunun 7-ci maddəsində göstərilən hallarda istifadə edildikdə 8.1-ci maddənin tələbləri tətbiq edilmir.