5.0. Dövlət Reyestri aşağıdakılardan ibarətdir:
5.0.1. Azərbaycan Respublikasının vətəndaşları barədə məlumatlar;
5.0.2. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər barədə məlumatlar;
5.0.3. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;
5.0.3-1. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər barədə məlumatlar;
5.0.3-2. Azərbaycan Respublikasında qaçqın statusu almış vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;
5.0.4. Dövlət Reyestrinin aparılması ilə bağlı xidməti məlumatlar (məlumatlarda düzəlişlər edilməsi və sorğular barədə məlumatlar).