6.1. Dövlət Reyestrinə Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında aşağıdakı məlumatlar daxil edilir:
6.1.1. fərdi identifikasiya nömrəsi;
6.1.2. soyadı (əvvəlki soyadları);
6.1.3. adı;
6.1.4. atasının adı;
6.1.5. doğulduğu tarix;
6.1.6. doğulduğu yer;
6.1.7. cinsi;
6.1.8. vətəndaşlığı;
6.1.9. ailə vəziyyəti;
6.1.10. hərbi mükəlləfiyyətə münasibəti;
6.1.11. yaşayış yeri və olduğu yer üzrə qeydiyyata götürülməsi və çıxarılması;
6.1.12. şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti (o cümlədən 15 yaşına çatmamış şəxsin doğum haqqında şəhadətnaməsinin nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti);
6.1.13. 15 yaşına çatmış şəxsin fotoşəkil;
6.1.14. 15 yaşına çatmış şəxsin biometrik məlumatları (qan qrupu, gözlərinin rəngi, boyu);
6.1.15. ərin (arvadın) fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
6.1.16. valideynlərin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
6.1.17. uşağın fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti;
6.1.18. ölüm tarixi.
6.2. Dövlət Reyestrindəki məlumatlar həmişəlik saxlanılır və heç bir halda məhv edilə bilməz.