Qanunvericilik › Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Fərdi identifikasiya nömrəsi

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Dövlət Reyestrinə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatların tərkib hissələrinin əlaqələndirilməsinə, təkrara yol verilməməsinə və səmərəli istifadə edilməsinə imkan yaradan fərdi identifikasiya nömrəsi əsasında aparılır.

8.2. Fərdi identifikasiya nömrəsi Azərbaycan Respublikasının hər bir vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

8.3. Fərdi identifikasiya nömrəsi şəxs barədə bu Qanunun 6-cı maddəsində göstərilən məlumatlar Dövlət Reyestrinə daxil edilərkən dərhal verilir.

8.4. Fərdi identifikasiya nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

8.5. Fərdi identifikasiya nömrəsi təkrar olunmur və dəyişilmir.

8.6. Dövlət Reyestrinə barəsində sənədləşdirilmiş informasiya daxil edilmiş şəxs öldükdə, məhkəmə qaydasında ölmüş elan edildikdə və ya Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs başqa ölkədə yaşayış yeri seçməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqda, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir.

8.7. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə onun fərdi identifikasiya nömrəsi arxivləşdirilir və təkrar istifadəyə verilmir. Həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığı bərpa edildikdə onun əvvəlki fərdi identifikasiya nömrəsi bərpa edilir.

8.8. Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsi həmin şəxslərin uçotu aparılan digər dövlət informasiya sistemlərində şəxs barəsində saxlanılan məlumatlara daxil edilməlidir.

8.9. Fərdi identifikasiya nömrəsinin formalaşdırılması və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver