Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin təşkili və fəaliyyətinin əsasları

Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi komitələr təşkil edir.

Azərbaycan Respublikası Milli Məclisinin komitələri (bundan sonra – “komitə” adlandırılacaq) qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun və qərar layihələrinin ilkin baxılmasını təşkil etmək, onların Milli Məclisin müzakirəsinə çıxarılmasını təmin etmək və bu Qanunda nəzərdə tutulmuş başqa vəzifələri həyata keçirmək məqsədi ilə fəaliyyət göstərirlər.

komitələrin hüquqları, təşkili qaydası, səlahiyyət müddəti, fəaliyyət prinsipləri, tərkibi, iclaslarının aparılması qaydası, onların sədrlərinin və sədr müavinlərinin səlahiyyətləri “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsi”nin 35 – 39-cu maddələri ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver