Qanunvericilik › Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. komitənin funksiyaları

Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Komitə aşağıdakı funksiyaları həyata keçirir:

1) Azərbaycan Respublikası Milli Məclisi deputatlarının qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil edir və Azərbaycan Respublikasının Milli Məclisində baxılmasına dair rəy verir, habelə Azərbaycan Respublikası Milli Məclisi deputatının təşəbbüsü ilə qanun və qərar layihələrini hazırlayır;

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri qanun və qərar layihələrinin ilkin müzakirəsini təşkil edir və Azərbaycan Respublikasının Milli Məclisində baxılmasına dair rəy verir;

2) Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ümumxalq müzakirəsinə çıxarılmış qanun layihəsinə dair daxil olmuş təklifləri ümumiləşdirir və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

3) birinci və ikinci oxunuşda qəbul edilmiş qanun layihəsi üzərində iş aparır və onu ikinci və üçüncü oxunuşa hazırlayır;

4) Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə daxil olan məsələlərə baxır və bu barədə rəy verir;

5) Azərbaycan Respublikası Milli Məclisinin qanunvericilik işləri planına dair öz təkliflərini verir;

6) ildə iki dəfə – Azərbaycan Respublikası Milli Məclisinin yaz və payız sessiyalarının əvvəlində öz işi barədə hesabat verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver