Qanunvericilik › Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarının pozulmasına görə məsuliyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 291

Maddə 291. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrə baxılması

Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarının pozulmasına görə məsuliyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

291.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətində (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır.

291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.

291.3. Ərizəyə baxılması üzrə məhkəmənin çıxardığı qətnamə dərhal icra edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver