Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir".
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli 422-IIQD saylı, 25 mart tarixli 427-IIQD və 428-IIQD saylı qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 39-cu maddənin adında və dispozisiyasında "təbliğatın" sözü "təşviqatın" sözü ilə əvəz edilsin.
2. 41-ci maddənin adında və dispozisiyasında "haqqında" sözündən sonra "bilərəkdən" sözü əlavə edilsin.
3. 42-ci maddədə:
a) maddənin adında və dispozisiyasında "vəkil edilmiş şəxslərin," sözlərindən sonra "namizədlərin," sözü, "bloklarının" sözündən sonra ", referendum üzrə təşviqat qrupunun" sözləri əlavə edilsin;
b) maddənin dispozisiyasında "hüquqlarını" sözündən sonra ", o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqları pozmağa" sözləri əlavə edilsin.
4. 43-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 43. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi və ya bu cür materialların yayılması
Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsinə və ya bu cür materialların yayılmasına görə -
şərti maliyyə vahidinin otuz beş mislindən altmış beş mislinədək miqdarda cərimə edilir".
5. 46.2-ci maddədə "blokları" sözündən sonra "referendum üzrə təşviqat qrupları" sözləri əlavə edilsin.
6. 48-ci maddədə:
a) maddənin adında "məlumatın" sözündən sonra "bilərəkdən" sözü əlavə edilsin;
b) 48.1-ci maddədə "bloklarının" sözündən sonra ", referendum üzrə təşviqat qruplarının" sözləri və "məlumatların" sözündən sonra "bilərəkdən" sözü əlavə edilsin;
c) 48.2-ci maddədə "məlumatların" sözündən sonra "bilərəkdən" sözü əlavə edilsin.
7. 357.0.2-ci maddədə "üzrə komissiyalar" sözlərindən sonra ", seçki komissiyaları" sözləri əlavə edilsin.
8. Aşağıdakı məzmunda 358-1-ci maddə əlavə edilsin:
"Maddə 358-1. Seçki komissiyaları
358-1.1. Məntəqə və dairə seçki komissiyalarının, Mərkəzi Seçki Komissiyasının fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.
358-1.2. Seçki komissiyaları bu Məcəllənin 39-48-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə həmin xətalar Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 116-cı maddəsində göstərilmiş şəxslər tərəfindən törədildiyi hallarda baxır.".
9. 425.4-cü maddə çıxarılsın.
III. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, II kitab, maddə 251, № 5, maddə 323; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 159-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma
159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma -
şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma -
şərti maliyyə vahidinin iki yüz mislindən altı yüz mislinədək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma -
şərti maliyyə vahidinin üç yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;
159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə;
159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.".
2. 160.1-ci maddəyə "maneolma" sözlərindən sonra "və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə" sözləri əlavə edilsin.
3. 161-ci maddədə:
a) maddənin adı və 161.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:
"Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması -"
b) 161.2-ci maddədə "saxtalaşdırılması" sözündən sonra", saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteni qoyulmuş zərfin atılması" sözləri əlavə edilsin.
IV. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.