Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikası xalq deputatlarının irəli sürdükləri təkliflərə və qeydlərə baxılması qaydası

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikası xalq deputatlarının irəli sürdükləri və ya sədrlik edənə yazılı şəkildə verdikləri təklifləri və qeydləri Azərbaycan Respublikasının Ali Soneti və ya onun daimi komissiyaları nəzərdən keçirir, yaxud baxılmaq üçün müvafiq dövlət orqanlarına,ictimai orqanlara və vəzifəli şəxslərə göndərirlər.

Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında deputatların irəli sürdükləri təkliflərin və qeydlərin göndərildiyi dövlət orqanları və ictimai orqanlar, habelə vəzifəli şəxslər onlara ən keçi bir ay müddətində baxmalı və nəticələr barəsində Azərbaycan Respublikasının Ali Sovetinə və ya onun müvafiq daimi komissiyasına, habelə bilavasitə deputata məlumat verməlidirlər.

Xalq deputatlarının təkliflərinə və qeydlərinə baxılmasına və onların həyata keçirilməsinə Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları nəzarət edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver