Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Deputat sorğusu

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Deputat sorğusu ictimai əhəmiyyəti olan məsələlər üzrə rəsmi izahat vermək, ya da rəy bildirmək üçün dövlət orqanlarına və vəzifəli şəxslərə sessiyada elan edilən deputat tələbidir.

Azərbaycan Respublikasının xalq deputatı və ya Azərbaycan Respublikası xalq deputatları qrupu Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarə orqanlarının qəbul etdikləri qərarların və başqa aktların pozulması faktları barəsində, habelə ümumdövlət əhəmiyyəti olan başqa məsələlər barəsində Azərbaycan Respublikasının Prezidentinə,Azərbaycan Respublikası Ali Sovetinin sədrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Ali Sovetinin təşkil etdiyi və ya seçdiyi başqa orqanların rəhbərlərinə Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında sorğu ilə müraciət etmək hüququna malikdirlər.

Deputat sorğusu yazılı şəkildə verilir. Azərbaycan Respublikasının xalq deputatı və ya onun xahişi ilə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında sədrlik edən sorğunu oxuyur.

Sorğu hansı dövlət orqanına və ya vəzifəli şəxsə aiddirsə, onlar sorğu ilə əlaqədar rəsmi cavab verməlidirlər. Sorğuya yazılı cavab ən keçi üç gün müddətində və ya Azərbaycan Respublikası Ali Sovetinin müəyyən etdiyi başqa müddətdə verilir və Azərbaycan Respublikası Ali Sovetinin həmin sessiyasında oxunur.

Azərbaycan Respublikası xalq deputatının ixtiyarı var ki, vəzifəli şəxsin sorğuya cavabına qiymət versin.Sorğu ilə əlaqədar müzakirənin nəticələri üzrə qərar qəbul edilir.

Sorğu, ona verilən cavab, sorğuya baxılmasının, nəticələri üzrə Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərar dərc olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver