Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Azərbaycan Respublikası xalq deputatının seçicilər qarşısında hesabatı

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının xalq deputatı öz işi. haqqında, seçkiqabağı proqramının yerinə yetirilməsi və tapşırıqların həyata keçirilməsi gedişi haqqında ildə azı bir dəfə dairənin seçiciləri qarşısında, habelə onu deputatlığa namizəd göstərmiş kollektivlər və ictimai təşkilatlar qarşısında hesabat verməlidir.

Azərbaycan Respublikası xalq deputatının hesabatı seçicilərin azı 250 nəfərdən ibarət qrupunun tələbi ilə də keçirilə bilər.

Yerli hakimiyyət orqanları, ictimai təşkilatlar, kütləvi informasiya vasitələri Azərbaycan Respublikası xalq deputatlarının hesabatlarının işıqlandırılmasını təmin edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver