Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Azərbaycan Respublikası xalq deputatının hesabatlar və seçicilərlə görüşlər keçirməsində ona kömək göstərilməsi

Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası xalq deputatının hesabatlar və dairənin seçiciləri ilə görüşlər keçirməsi üçün lazımi şərait təmin edilir. Onun xahişi ilə müvafiq yerli xalq deputatları Sovetinin rəyasət heyəti və ya icraiyyə komitəsi, yaxud ictimai təşkilatın yerli orqanları, müəssisələrin, idarələrin, təşkilatların müdiriyyəti bina ayırır, deputatın hesabatının, seçicilərlə görüşlərinin keçirilmə vaxtı və yeri haqqında vətəndaşlara məlumat verir, deputatın dəvəti ilə öz nümayəndələrini görüşlərdə iştirak etməyə göndərir, başqa yardım göstərirlər.

Azərbaycan Respublikası xalq deputatının xahişi ilə dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr, təşkilatlar hesabat və çıxışlar üçün ona lazımi arayış və informasiya materialları verirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver