Azərbaycan Respublikası Ali Sovetinin icra üçün qəbul etdiyi tapşırıqların yerinə yetirilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət orqanları və ictimai orqanlar təmin edirlər.
Seçicilərin tapşırıqlarının yerinə yetirilməsinə Azərbaycan Respublikasının Ali Soveti, onun daimi komissiyaları, Azərbaycan Respublikasının xalq deputatları nəzarət edirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər
dövlət orqanları və ictimai orqanlar tapşırıqlar üzrə qərarların yerinə yetirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə ildə azı bir dəfə məlumat verirlər.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları tapşırıqlar üzrə tədbirlərin yerinə yetirilməsi ilə əlaqədar məsələləri nəzərdən keçirir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, digər dövlət orqanlarının rəhbərlərinin və vəzifəli şəxslərin məlumatını dinləyirlər.
Deputat seçilməmiş namizədlərə verilmiş tapşırıqlarda irəli sürülən təkliflərə, habelə seçkiqabağı yığıncaqlarda irəli sürülmüş və respublika orqanlarının, yerli orqanların səlahiyyətinə aid olan təkliflərə baxılmasını və onların həyata keçirilməsini müvafiq respublika orqanları, yerli xalq deputatları Sovetləri təşkil edirlər. Respublika orqanları, yerli xalq deputatları Sovetlərinin rəyasət heyətləri həmin təkliflərə baxılmasının və onların həyata keçirilməsinin nəticələri haqqında bilavasitə seçicilərə məlumat verirlər.