Azərbaycan Respublikasının xalq deputatı tapşırıqların ümumiləşdirilməsində. onların həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasında və müzakirəsində iştirak edir, tədbirlərin icrasına nəzarət edir, tapşırıqların yerinə yetirilməsi gedişi haqqında seçicilərə məlumat verir.
Xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin və ya onun orqanlarının tapşırığı ilə, habelə öz təşəbbüsü ilə tapşırıqların icrasını yoxlayır, zərurət olduqda mütəxəssisləri də bu işə cəlb edir. Xalq deputatı yoxlamaların nəticələri haqqında Azərbaycan Respublikasının Ali Sovetinə və ya onun orqanlarına, habelə seçicilərə məlumat verir.