Deputatlıq vəzifələrinin icrasına mane olmaq, yaxud kiminsə xeyrinə qərar qəbul edilməsinə nail olmaq məqsədilə Azərbaycan Respublikasının xalq deputatına və ya onun yaxın qohumlarına hər hansı şəkildə təsir göstərilməsi, habelə xalq deputatının təhqir edilməsi, ona böhtan atılması Azərbaycan Respublikası qanunvericiliyinə uyğun surətdə inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə səbəb olur.
Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33
Maddə 33. Azərbaycan Respublikası xalq deputatının şərəfinin, ləyaqətinin və şəxsiyyətinin qorunması
Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver