Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna bilməz, həbs edilə bilməz və ya məhkəmə qaydasında tətbiq edilən inzibati tənbeh tədbirlərinə məruz qoyula bilməz.
Azərbaycan Respublikasının xalq deputatı barəsində cinayət işi yalnız Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən qaldırıla bilər.
Xalq deputatının məcburi qaydada gətirilməsinə, saxlanılmasına,yaxud onun azadlığının hər hansı formada məhdudlaşdırılmasına, eləcə də şəxsi əşyasının, baqajının, nəqliyyatının, yaşayış və ya xidmət sahəsinin yoxlanılmasına, götürülməsinə və zəbt edilməsinə yol verilmir.
Azərbaycan Respublikasının xalq deputatı deputat səlahiyyətinin icrası dövründə qanunun pozulmasına yol verməsi barədə ona qarşı irəli sürülmüş ittihama görə səlahiyyət müddəti qurtardıqdan sonra məsuliyyətə yalnız Azərbaycan Respublikasının xalq deputatı barəsində qanunla nəzərdə tutulmuş qaydada cəlb edilə bilər.