Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının xalq deputatı bütün daxili dəmir yolu, hava, avtomobil, su yollarında, şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz gediş-gəliş hüququndan, habelə növbədənkənar gediş-gəliş sənədləri əldə etmək hüququndan istifadə edir. Bu hüquqlar Birinci qrup əlil olan Azərbaycan Respublikası xalq deputatını müşayiət edən şəxsə də şamil edilir. Yerli xalq deputatları Sovetləri, müəssisələr, idarələr, təşkilatlar Azərbaycan Respublikasının xalq deputatına deputatlıq vəzifələrini yerinə yetirərkən gediş-gəliş üçün nəqliyyat vasitəsi verməlidirlər.
Qanunvericilik › Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38
Maddə 38. Azərbaycan Respublikası xalq deputatının pulsuz gediş-gəliş hüququ
Azərbaycan Respublikası xalq deputatının statusu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver