Azərbaycan Respublikası xalq deputatının deputatlıq fəaliyyəti ilə əlaqədar xərcləri Azərbaycan Respublikası Ali Sovetinin müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
İstehsalat və ya xidmət vəzifələrini yerinə yetirməkdən azad edilmiş və Azərbaycan Respublikasının Ali Sovetinə,yaxud onun orqanlarına işə keçirilmiş Azərbaycan Respublikasının xalq deputatına deputatlıq vəzifələrini yerinə yetirdiyi müddət üçün Azərbaycan Respublikası Ali Sovetinin müəyyən etdiyi məbləğdə əmək haqqı verilir.
Yerli xalq deputatları sovetlərinin rəyasət heyətləri, icraiyyə komitələri Azərbaycan Respublikasının xalq deputatına deputatlıq səlahiyyətini həyata keçirmək üçün avadanlıqla, rabitə vasitələri ilə təchiz edilmiş ayrıca otaq verirlər. Azərbaycan Respublikası xalq deputatının mehmanxanalarda növbədənkənar yer almağa hüququ vardır.