Deputatın qanuna görə Azərbaycan Respublikası xalq deputatının səlahiyyətini yerinə yetirməsi ilə bir araya sığmayan vəzifəyə seçilməsi və ya təyin edilməsi ilə əlaqədar olaraq, yaxud deputat olan şəxs barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə əlaqədar olaraq, habelə Azərbaycan Respublikası xalq deputatının Azərbaycan Respublikasının vətəndaşlığını itirdiyi halda, Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası xalq deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilir.
Səlahiyyətini yerinə yetirməsinə mane olan səbəblərə görə,yaxud digər şəxsi səbəblərə görə səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi haqqında xalq deputatının şəxsi ərizəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi qərara əsasən Azərbaycan Respublikası xalq deputatının səlahiyyətinə vaxtından əvvəl xitam verilə bilər.
Azərbaycan Respublikası xalq deputatının seçicilər tərəfindən geri çağırılması nəticəsində də onun səlahiyyətinə vaxtından əvvəl xitam verilir.