Azərbaycan Respublikası Ali Sovetinin iclaslarında Azərbaycan Respublikasının xalq deputatları Azərbaycan Respublikası Konstitusiyasına müvafiq surətdə Azərbaycan Respublikasının səlahiyyətinə aid olan bütün məsələləri kollektiv və sərbəst müzakirə əsasında nəzərdən keçirir və həll edirlər.
Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında, Ali Sovetin seçilmiş olduğu orqanlarının iclaslarında olmalı, onların işində fəal iştirak etməlidir.
İclasa kəlməsi mümkün olmadıqda Azərbaycan Respublikasının xalq deputatı bu barədə Azərbaycan Respublikası Ali Sovetinin sədrinə və ya onun müavininə xəbər verir.